Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Bookmark and Share

Şagirdlərin elmi və bədii təfəkkürünün inkişafı çətin, həm də uzun proses olduğu üçün onu yalnız dərslə məhdudlaşdırmaq olmaz. Təcrübə göstərir ki, sinifdənxaric tədbirlər (xüsusilə Azərbaycan dili və ədəbiyyat fənləri üzrə) şagirdlərin təlimə marağını artırmaqla yanaşı, həm də onların nitq mədəniyyətinə qüvvətli təsir göstərir.

Düzdür, sinifdənxaric və məktəbdənkənar tədbirlər məktəbin tədris proqramına daxil deyil, könüllülük prinsipinə əsaslanır və bir növ sinifdə aparılan işlərin davamı olur. Deməli, sinifdənxaric və məktəbdənkənar tədbirlər yalnız öz formasına görə tədris prosesindən fərqlənir, məzmununa görə isə bu proseslə birləşir. Ona görə də biz müəllimlər bu işə ciddi əhəmiyyət verməliyik.

Qeyd etmək lazımdır ki, bəzi müəllimlər sinifdənxaric və məktəbdənkənar tədbirlərə az fikir verir və yaxud çox səthi yanaşırlar. Sinifdənxaric iş planlı və müntəzəm olaraq müəllimlərin iş planında özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz.

Məktəblərdə sinifdənxaric tədbirlər müxtəlif formalarda aparılır ki, bunları da kütləvi tədbirlər və fərdi iş kimi qruplaşdırmaq olar.

Kütləvi tədbirlərə bütün sinfi və ya bir neçə sinfi, yaxud bütün məktəbi əhatə edən oxucu konfransları, bədii, elmi-kütləvi məruzələr, müəyyən ədəbi-bədii gecələr, kinolar, rəsm sərgiləri, ekskursiyalar, divar qəzetlərinin çıxarılması və s. daxildir. Fərdi iş təlim materiallarını müstəqil surətdə mənimsəyən və kütləvi tədbirlərdə sərbəst iştirak etməyənlərlə aparılır. Bu isə həm tək-tək şagirdlərlə, həm də qrup halında aparıla bilər.

Sinifdənxaric və məktəbdənkənar tədbirlər müəllimin özünə müsbət təsir edir, onun müəllimə proqrama ciddi əməl etməklə, şagirdləri maraqlandıran əlavə ədəbiyyat oxutmaqda, teatra, kinofilmlərə, tarixi abidələrə, muzeylərə baxmağı məsləhət görməkdə sərbəstlik verir. Eyni zamanda əgər dərsdə 1 siniflə iş aparılırsa, burada iş həm bir, həm də bir neçə siniflə, hətta bütün məktəblə aparılır. Sinifdənxaric tədbirdə şagirdlərin fəallığına, müstəqilliyinə, yaradıcılığına daha geniş yer vermək mümkün olur. Sinifdənxaric tədbirlərlə nəinki bütün şagirdləri əhatə etmək olar, həm də təfəkkürü zəif olanlarla fərdi məşğul olmaq mümkündür (unutmayaq ki, belə şagirdlər tədbirlərdə daha çox fəallıq göstərirlər).

Bu tədbirlər şagirdlər üçün də mühüm əhəmiyyətə malikdir. Belə ki, şagirdlər sinifdənxaric və məktəbdənkənar tədbirlərin fəal iştirakçısı və yaxud bilavasitə icraçısı olduqlarından tədbir onların nitq mədəniyyətinə qüvvətli təsir göstərir.

Sinifdənxaric tədbirlər şagirdin idarəetmə vərdişlərinin formalaşdırılmasına, elmi dünyagörüşünün genişləndirilməsinə, onda əsl azərbaycanlıya xas olan yüksək mənəvi və əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkan yaradır. Şagirdin asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı, sinifdə müəyyən fənlərdən verilmiş biliyi dərinləşdirir, şagirdlərin meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarır.

Sinifdənxaric tədbirdə şagird müəyyən vəzifəni yerinə yetirmək üçün ona tapşırılan iş üzərində axtarış aparır, bunun üçün o, müstəqil çalışmağa səy edir, bu cəhət şagirdi məsələnin mahiyyətini dərindən dərk etməyə doğru istiqamətləndirir. Şagird daha müstəqil olur, söhbət və mübahisələrə qoşulur və bu iş onun məntiqi təfəkkürünü inkişaf etdirir, nitqini zənginləşdirir.

Sinifdənxaric işlərin formaları çox müxtəlif və rəngarəngdir. Lakin yadda saxlamaq lazımdır ki, sinifdənxaric işlərin bu və ya digər formasını seçərkən, mövzuları müəyyənləşdirərkən yerli şəraiti, məktəbin tələbatını, şagirdlərin marağını, yaş və bilik səviyyəsini və bir sıra digər məsələləri mütləq nəzərə almaq lazımdır. Bundan əlavə, sinifdənxaric tədbirlərdə müvəffəqiyyət qazanmaq üçün müəllim hər şeydən əvvəl, könüllülük prinsipinə, şagirdlərin istək və arzularına, dünyagörüşlərinə fikir verməlidir. Bəzən də şagirdi maraqlandırmayan, onun zövqünü oxşamayan tədbirlərin keçirilməsi dinləyici və tamaşaçı tərəfindən qəbul olunmur. Bir şeyi də nəzərə almaq lazımdır ki, eyni bir şagirdin müxtəlif fənlər üzrə sinifdənxaric işlərlə yüklənməsinə yol vermək olmaz. Belə olan təqdirdə həmin şagirddə keçirilən tədbirə qarşı məhəbbət əvəzinə, nifrət yaranır.

Sinifdənxaric şəraiti öyrənmək və şagirdlərin maraqlarını müəyyənləşdirmək yalnız işin ilkin mərhələsidir. Əsas məsələ isə sinifdənxaric işlərin təşkili və buna daha çox şagirdin cəlb olunması və bu işlərin keyfiyyətinin yüksəldilməsidir. Belə ki, məktəblərdə keçirilən müxtəlif fənlər üzrə gecələr, diskussiyalar, görkəmli şəxsiyyətlərlə görüşlər, respublikamızın müxtəlif görməli yerlərinə ekskursiyalar artıq ənənə halını almışdır. Ancaq bu ənənə bəzən mənasız, yadda qalmayan tədbirlərin keçirilməsinə, ona baxanların isə həm vaxt itkisinə, həm də yorulmasına səbəb olur. Mən söylənilən müddəalara əsaslanıb təklif etmək istərdim ki, bu tədbirlər ya bütünlüklə metodbirləşmələrə, ya da məktəbdə fəaliyyət göstərən müxtəlif dərnək və maraq məşğələlərinə həvalə edilsin. Yəni  tədris ili ərzində hər bir kafedranın, dərnək və maraq məşğələlərinin qoyduğu tədbirlər hesabat xarakterli olsun. Mənə elə gəlir ki, belə tədbirlər daha keyfiyyətli olar və uzun müddət yaddaşlardan silinməz.

Yeganə HAQVERDİYEVA,
Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov