Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Fəal təlim yaradıcı axtarışlar tələb edir

Bookmark and Share

Son illər təhsilimizdə baş verən yeniliklər, təlimin təşkilinə innovativ yanaşma, onun forma və üsullarının təkmilləşdirilməsi istiqamətində atılan addımlar müəllimlərin fəallığını artırmış, yaradıcı axtarışlarını gücləndirmişdir. Hazırda təhsil müəssisələrimizdə getdikcə daha çox tətbiqini tapan fəal təlim, müasir, interaktiv təlim metod və üsulları, qeyri-ənənəvi  dərs formaları və bir çox digər innovasiya elementləri məhz həmin axtarışların nəticələridir. İndi dərslərini fəal təlimin prinsipləri və tələbləri əsasında quran, pedaqoji fəaliyyətinə yaradıcı yanaşan müəllimlər çoxdur. Belə müəllimlərdən birinin - Bakıdakı 283 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Yusifkənanın "açıq dərs"ində iştirak etdik.

"Açıq dərs"in mövzusu istedadlı şairimiz Əli Kərimin "Qaytar ana borcunu" şeiri idi. Dərsin məqsədi kimi şagirdlərdə anaya qarşı hörmət hissinin tərbiyə olunması, ana mövzusunun ədəbiyyatımızda mükəmməl işlənməsi barədə onlara biliklərin verilməsi, ana borcunu qaytarmaq üçün hər kəsin üzərinə düşən mənəvi məsuliyyət hissini aşılamaq nəzərdə tutulmuşdu.

Seçilmiş resurslar - dərslik, lent yazıları, tapşırıqlar yazılmış vərəqlər, ekranda nümayiş üçün slaydlar, krossvord-plakat və s. də kifayət qədər çeşidli olub mövzunun dərindən öyrədilməsinə yönəldilmişdi. Dərsin təşkili mərhələsində müəllim verdiyi suallarla motivasiya yaratdı.  O, "Ana torpaq", "Ana Vətən", "Ana dili", "Ana sözü" adlandırılmış qrupların üzvlərinə müraciət edərək nə üçün qrupları bu cür adlandırdıqlarını soruşdu. Cavablarda ana sözünün məna tutumu, həyatda bizə ən əziz varlığın bu sözlə ifadə olunması, digər bir çox varlıqların müqəddəslik və bizə yaxınlıq dərəcəsini artırmaq üçün bu sözdən bəzi söz birləşmələrində istifadə edildiyi (ana vətən, ana  dili,  ana  torpaq və s.)  diqqətə  çatdırıldı.  Bu  məqamda müəllim  dərsin  mövzusunun müqəddəs varlıq  olan ana ilə bağlı olduğunu, ötən dərsdə keçdikləri Əli Kərimin "Qaytar  ana  borcunu"  şeirini təhlil   edəcəklərini   vurğuladı.

Əvvəlcə müəllimin təklifi ilə hər qrupdan şagirdlər şeiri hissə-hissə intonasiya ilə həzin musiqinin müşayiəti ilə söylədilər. Eyni qayda ilə şeirin məzmunu da nəql olundu və məzmun üzrə işin qiymətləndirilməsi aparıldı. Hər qrup öz cavablarına qiymət verdi.

Sonra şeir təhlil olundu. Şagirdlər müəllimin təklifi və yönəldici sualları ilə öncə ana obrazını səciyyələndirdilər. Ananın fədakarlığı, övladını böyütməsi üçün böyük əzab-əziyyət çəkməsi, oğlu ilə fəxr etməsi, onun cəmiyyətin layiqli üzvü olması üçün təhsil almasına çalışması, oğlunu sevməsi, ən çətin  məqamlarında  belə  onun  haqqında  pis  bir şey düşünməməsi və s. qeyd olundu.

Sonra oğul səciyyələndirildi. Şagirdlər ananın gözəl, boy-buxunlu, həmişə məhəbbətlə oxşadığı oğulun həqiqətən də gözəl, "qızların ağlını başından alan", təhsildə çalışqan bir gənc olduğunu, lakin eyni zamanda anasına qarşı çox laqeydlik göstərdiyini, onunla maraqlanmadığını, məktublarına cavab vermədiyini qeyd edib, onu nankor övlad kimi səciyyələndirdilər. Şairin oğula qarşı münasibəti barədə müəllimin sualı da şagirdlər tərəfindən cavablandırıldı, ana borcunu qaytarmağın heç vaxt mümkün olmaması barədəki qənaətində şairin haqlı olduğu ifadə edildi.

"Açıq dərs"də fənlərarası əlaqə də müəllim tərəfindən ustalıqla yaradıldı.

Sonra 2 şagirdin ifasında kiçik bir səhnə nümayiş olundu: Ana övladını qulluğa göndərmək istəyir, uşaq müxtəlif bəhanələr gətirib qulluğa getməkdən boyun qaçırır. Uşağın bu hərəkəti şagirdlər tərəfindən təhlil olunub mənfi qiymətləndirildi, övlad hər zaman ata-anasının qulluğunda durmalı, sözlərindən çıxmamalıdır fikri irəli sürülüb təsdiqləndi.

Sonra mövzu ətrafında tədqiqatlar aparması üçün söz oyunu keçirildi. Şagirdlər lövhədən asılmış cibciklərdən sualları götürərək cavablandırdılar. Həmin cavablar əsasında ananın portreti tamamlandı. Bu qənaətə gəlindi ki, bizi böyüdən analar fədakardırlar, beşiyimiz başında laylay deyən analarımız həm bəstəkar, həm də şairdirlər və s.

Müəllim "Ana haqqında daha hansı şeirləri bilirsiniz" sualı ilə fəndaxili əlaqəni də qurdu və şagirdlər həmin sualın cavabı olaraq digər bir sıra şairlərin şeirlərinin adını çəkdilər və beləliklə, ədəbiyyatdan kifayət qədər məlumatlı olduqlarını təsdiqlədilər.

Müəllim bütün qrupları mövzu ilə bağlı "Krossvord" üzərində işlətdi, qruplar bir-birinə suallar verdilər.

Olduqca canlı və maraqlı keçən "açıq dərs" qrupların və onların hər bir üzvünün fəaliyyəti, dərsdə iştirak səviyyəsi müəllimin müvafiq müdaxilələri və istiqaməti ilə şagirdlərin özləri tərəfindən qiymətləndirilməsi və evə ana haqqında esse yazmağın  tapşırılması ilə başa çatdı.

Dərsdə iştirak edən 283 nömrəli orta məktəbin direktoru Şükufə Axundova, 83, 100, 115, 135, 244 nömrəli məktəblərin dil-ədəbiyyat müəllimləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodkabinetinin Nəsimi-Binəqədi metodik bölməsinin müdiri Həvva Əsgərova "açıq dərs"i yüksək qiymətləndirib, müəllim və şagirdlərin dərsdəki fəaliyyətlərinin müasir dərsə verilən tələblər baxımından qənaətbəxş olduğunu, müəllimin istiqaməti ilə şagirdlərin apardıqları tədqiqatlar, dərsdə beyin həmləsi, krossvord, söz oyunu, qruplarla iş və s. kimi müasir təlim üsullarından istifadə nəticəsində mövzunun dərindən öyrənildiyini, dərsin qarşısına qoyulmuş bütün məqsədlərin əldə edildiyini vurğuladılar.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov