Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Elegiya

60 il əvvəl I sinfə gedən yol

Bookmark and Share

Dağ kəndində doğulub boya-başa çatmaq da bir səadətdir. Keçili kəndi Şahbuzda erməni təcavüzü, qırmızı bolşevik terrorizminə  müqavimətilə tanınan məntəqələrdən biridir. 1936-cı ildə Kalba Bilalın müsadirə edilmiş dam-daşlarında ilk ibtidai məktəb açılır. Bir il sonra Bakıda ali təhsil almış Həsən Abdullayevi bolşevizmə "müqavimət" göstərən kənd kimi bura sürgün sayağı müəllim təyin edirlər. Sonralar nəinki keçmiş ittifaqın, hətta dünyanın məşhur fizik alimi, AMEA prezidenti olmuş akademik Həsən Abdullayev seçildiyi Şahbuz dairəsindən SSRİ Ali Sovetinin deputatı kimi bu kənd haqqında, camaatdan gördüyü qonaqpərvərlik barədə maraqlı söhbət açmışdır. Tale xoşbəxtliyimdən 60 il əvvəl mən də həmin kənd məktəbinin I sinfinə yollanmışam. Onda yeddiillik məktəb idi. Saman suvaqlı, kirəmitsiz, qar-yağışdan daman, torpaq döşəməli, yarıqaranlıq otaqları vardı. Odun sobası ilə qışı keçirirdik. İlk müəllimim I dərəcəli müharibə əlili, sağ ayağını vətən yolunda itirmiş əli çəlikli Məmmədəli müəllim idi. O dövrün "Əlifbası" tamam bir dünya idi:

- At, ot, at. Ata ot at. Nuru, Tutu, Sara, Nuru top atır, Sara topu tutur. Ay havada uçan durna, bizi qoyub qaçan durna... bu şirin nağıl dünyasında Musa, İbad, Saleh, Rza, Səkinə, Cənnət, Xeyrullah, İbrahim müəllimlər gözlərinin nurunu, ürəklərinin od-alovunu bizə bəxş edirdilər. Əla qiymətlərlə Keçili kənd yeddiillik məktəbini, Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirdim, orduda oldum. Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasını bitirdim... Birdən-birə arzularım yarımçıq qaldı. Böyük Vətən müharibəsinin əlili, aldığı qəlpə yaralarından dözə bilməyən atam Salman 49 yaşında vəfat etdi. 6 nəfər külfətin əli çörək tutanı mən idim. Ya fərdi inkişafımın dalınca gedib alimlər cərgəsində olmalı, ya da ailəni - dul qalmış anama, bacı-qardaşlarıma həyan olub onları yaşatmalı idim. İkinci yolu seçdim. Bakıda mənə verilmiş evin açarlarını təhvil verib gənc ailə kimi doğma ocağa qayıtdım. Doktorluq səviyyəsinədək gedə bilərdim. Bəs naümid qalmış ata-ana haqqı? Təhsil illərində I sinifdən tutmuş aspiranturada dərs deyən müəllimlərədək bu zəhməti, haqqı-sayı öz vicdanlı xidmətimlə ailəyə və vətənə ödəməyə çalışdım. 2 il kolxoz aqronomu, rayon kənd təsərrüfatı idarəsində 9 il baş mütəxəssis, 5 il həmin idarənin rəisi - icraiyyə komitəsinin sədr müavini, 12 il rayon kənd təsərrüfatı işçiləri həmkarlar təşkilatının katibi və sədri, Bakı-Moskvada həmkarlar təşkilatı qurultaylarında nümayəndə kimi təmsil olunmuş, hazırda rayon veteranlar şurasının məsul katibi və Ayrınc kənd orta məktəbində ekoloji dərnək rəhbəri... Bu yollarda nə uğurum olubsa, I sinifdə öyrəndiyim əlifbadan, səhvə yol verəndə yediyim sərt müəllim silləsindən aldığım həyat dərsidir. Bir vaxtlar kənd məktəbində suya "voda", çörəyə "xleb", ürəyə "serdsa" öyrəndiyim sözləri kəlmə-kəlmə artırdım. Ana dilimizlə yanaşı, rus və ingilis dillərini də öyrəndim. 1987-ci ildə Moskvada o dövrün baş sərgisində Naxçıvan torpağının təbii sərvətlərinin ana dili, rus, latın, ingilis, ərəb qrafikası ilə sərgisində laureat adına, diploma təqdim olundum, uzun illər xidmətlərimə görə respublikanın əməkdar təbiəti mühafizə işçisi fəxri adını, əmək veteranı medalını aldım, təkcə Moskva nəşriyyatında 12, Azərbaycan dövrü mətbuatında 3 mindən çox yazının müəllifi oldum, məktublarım 45 ildən çoxdur ekran-efir məkanında səslənir, Bakıda, Naxçıvanda nə qədər işlərə təklif olunsam da, doğma Şahbuz təbiətindən ayrıla bilmirəm. Yurda möhkəm bağlı olanda onun güclü maqnit təsiri olur...

Məktəb illəri ən şirin xatirəmdir. Sentyabrda dərslər təzəcə başlayanda kolxoz sədri məktəbə gələr, IV-V-VI-VII sinifdə oxuyan uşaqları xırmanda vələ-carcara aparmağı xahiş edərdi. Yazda isə cütün-kotanın  boyunduruğunda bizi hodax işlədərdilər. Şirin uşaq dünyamızdan ayırıb ağır zəhmətə cəlb edərdilər. İndi o saman-suvaqlı məktəbin yerində ən müasir universitet tipli 520 yerlik 2 mərtəbəli gözəl orta məktəb binası fəaliyyət göstərir. Maraqlıdır ki, 1990-cı ilin 26 avqustunda ulu öndər Heydər Əliyev sərhəd dağ kəndi Keçilidə olub, 20 Yanvar şəhidi Teymur Alməmmədovun ata-anasına təsəlli verərkən onun adının əbədiləşəcəyinə söz vermişdi. İndi bu gözəl orta məktəb şəhid Teymur Alməmmədovun adını daşıyır. Təhsil ocağının binası məhz həmin görüş olan yerdə tikilmişdir. Şahbuzun Kükü, Şahbuzkənd, Kolanı, Nursu məktəbləri kimi Keçili məktəbinin də məzunlarından 200 nəfərdən çox ali təhsilli mütəxəssis vardır. Alimindən, həkim, mühəndisindən tutmuş dəmir yolu mütəxəssisi, neftçi, okeanın dibini tədqiq edən akvalanqlıq ixtisasınadək həmin kadrlar məhz mərhum akademik Həsən Əliyevin vaxtı ilə dərs dediyi Keçili kənd məktəbinin məzunlarıdır. Məktəbin müəllimlərindən Dilsuz Dünyamalıyev, Hüseyn Nağıyev respublikanın əməkdar müəllimi, Məhərrəm Məhərrəmov isə 2010-cu ildə "Ən yaxşı müəllim" kimi Prezident İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. Vaxtilə indiki orta məktəbin yerində kənd camaatı ilə görüşündə ulu öndər Heydər Əliyev demişdir:

- Cahanda məşhur bir bulaq var, "Çınqıllı" bulağı, Sizin kənddədir. Bu sudan içənlər heç vaxt çətinlikdən qorxmayıblar. Sizin camaat 1905-1918-1936 illərdə erməni, bolşevizm təcavüzünə qarşı mərdliklə mübarizə aparıb, 1941-1945-ci illərdə 49 şəhid qurban verib, indi də Naxçıvan torpağına göz dikən erməni təcavüzü qarşısında cəsarətlə dayanmısınız. Bütün Naxçıvan camaatı torpaqlarımızın müdafiəsinə qalxıb, vaxt gələcək Azərbaycan öz haqq sözü ilə dünyanın qüdrətli ölkəsinə çevriləcəkdir.

Belə də oldu. İndi ulu Naxçıvan torpağı Şərqin qapısında nümunəvi bir məmləkətə çevrilib... Hər birimizin uğurları məktəbdən, əlifbadan başlayır. Salam, a doğma sinif, yenə səninləyəm. Tay-tuşlarımın çoxunu, gecələr yuxumu itirsəm də məktəbə təzə qədəm qoyduğum illərin tənəffüslərarası zınqrov səsi, məktəb zənginin ahəngi hələ qulaqlarımdadı. Zəng çalınanda uşaq dünyası ilə şələ-şələ odun yığan, çöl armudu, yemişan, zərinc, əppəkli torbalarını dolduran, ata-anası ilə zəmilərdən sünbül yığan uşaqlar bir göz qırpımında məktəbə sarı qoparaqlandılar. Axı dərslər ikinövbəli idi. Günortadan sonra da dərs başlayırdı.

Kim nə deyir desin, hər kəsin məktəbdə qazandığı uğur valideyn tələbkeşliyi ilə yarıdır. Yadımdadır, IV-V-VI-VII siniflərdə oxuyanda dədəm Salman qoltuğunda da ağac qəfildən sinifə gələrdi. Müəllimlər ona arxa cərgədə yer göstərərdilər. Savadı olmasa da cütün-kotanın qulpundan macal tapmış dədəm bütün dərslərimlə maraqlanardı. Müəllim məni lövhə qarşısına çıxarardı. Elə bilirdim, bütün kənd məni dinləyir. Vay o gündən jurnalda bircə "4" qiymətim olaydı, evdə "dərsimi" verərdi. Bir sərt baxışı ibrət dərsi idi. Sonralar bildim ki, böyük pedaqoq Makarenko niyə "Pedaqogika" kitabı arasına cəza kəməri qoyubmuşE

...İllər ötdü... Özüm valideyn oldum. Eyni tələbkarlıq məktəblə sıx valideyn əlaqəsi, qəfildən sinifə girib övladlarımın təlim-tərbiyəsini yoxlamaq, evdə hazırlıq prosesində yaxından iştirak etməyim gözəl nəticələr verdi. Övladlarım Kənd Təsərrüfatı Akademiyasını, Tibb Universitetini, Bakı Dövlət Universitetini, Naxçıvan Dövlət Universitetini, Dövlət İdarəçilik  Akademiyasını, Ankara İdarəçilik Akademiyasını müvəffəqiyyətlə bitirib müxtəlif sahədə çalışırlar. Övlad böyüdüb tərbiyə etmək ona təkcə ali, yaxud orta təhsil verməklə bitmir. Uşağa nəcib əxlaqi keyfiyyətlər, düzlük,  böyüdükcə cəmiyyətlə, qonum-qonşu ilə rəftar, valideynə olan borcunu öz övladlarına qaytarmaq xüsusiyyətləri aşılamaq başlıca amildir. Siqaretə, spirtli içkilərə qurşanıb ailə büdcəsini bəd əməllərə xərcləyən, insanlıq tərəzisinin gözünü əyənlər bir də baxırlar ki, övladları orta məktəbi bitirib, lakin attestat almağa belə bilik səviyyələri çatmır. İndi elmə, təhsilə xüsusi dövlət qayğısı var. Kompüterlər elektron kitabxanalar, İnternet, saytlar, böyük mənbədir, oxuyana, mənimsəyənə. Şüurlu gənclik uğur qazanır, səsi dünyanın aparıcı universitetlərindən gəlir. Şübhəsiz, məktəblə yanaşı valideynlərdən də çox şey asılıdır. Əgər valideyn övladının xoşbəxtliyini, cəmiyyətə faydalı olmasını istəyirsə, uşağa daim qayğı göstərməlidir. Mənim gözümdə-könlümdə I sinifdən başlanan yol belə qalıbdı. Bu il də I sinfə gedəcəyəm. Bu dəfə körpə nəvəmlə. Onun çantasına ömür səhifəmdən bir hədiyyə də hazırlamışam. Bu 2010-cu ekologiya ilində təzəcə nəşr etdirdiyim "Naxçıvanın zəngin təbiəti" kitabıdır. 60 il əvvəl I sinfə getdiyimə bir töhfədir. Qoy nəvələrim məndən sonra məni papağı günə verən babalar kimi xatırlamasınlar.

Salam, a doğma məktəb, o illər hara, bu illər hara... İşığın gur gəlsin, uğurların uca olsun, bizi daim sevindir. Ta yurdumuzda nə varsa, özümüzə məxsusdur, dünyəvi dövlətik, özü də seçilib sayılanından. 

Qaşdar ƏLİYEV,
Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə
işçisi, akademik Həsən Əliyev mükafatçısı, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov