Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş 19.11.2007-ci il tarixli, 031973 N-li xüsusi razılığın (lisenziya) ləğv olunması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.04.2010-cu il tarixli, 479 N-li əmrinin icrası ilə bağlı  

ƏMR EDİRƏM: 

1. Akkreditasiya şöbəsi (H.Zərbəliyev) və Hüquq sektoru (E.Həsənov) "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.5 bəndinə uyğun olaraq 3 gün müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli, 031973 N-li lisenziyanın ləğv olunması barədə onun sahibinə, dövlət vergi xidməti orqanlarına və Ədliyyə Nazirliyinə məlumat hazırlasınlar.

2. Təhsil Nazirliyinin məlumat bankında adları olan, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında təhsil alan və təhsilini Azərbaycanda davam etdirmək istəyən tələbələrin aşağıda göstərilən ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri təmin edilsin:

- "tərcümə və tərcüməşünaslıq", "müəssisənin iqtisadiyyatı və idarəedilməsi" və "hüquqşünaslıq" ixtisaslarında təhsil alan tələbələr - "Odlar Yurdu" Universitetində;

- "idarəetmənin menecmenti" ixtisasında təhsil alan tələbələr - Bakı Biznes Universitetində;

- "dünya iqtisadiyyatı" ixtisasında təhsil alan tələbələr - Azərbaycan İctimai-Siyasi Universitetində;

- "avtomobil və avtomobil təsərrüfatı" və "ibtidai sinif müəllimliyi" ixtisaslarında təhsil alan tələbələr isə - Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində.

3. Aparata (İ.Pirməmmədov) tapşırılsın:

3.1. Təhsil Nazirliyinin məlumat bankına uyğun olaraq filialda təhsil alan tələbələrin ixtisaslar və kurslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etsin;

3.2. Aidiyyəti özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirsin.

4. Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rəhbərliyi:

4.1. Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli, 031973 N-li lisenziyanın əslini Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etsin;

4.2. 01.09.2010-cu il tarixə qədər filialda təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı Təhsil Nazirliyinə təqdim etsin;

4.3. Tələbələrin şəxsi işlərini və qiymət kitabçasından çıxarışlarını rəsmi olaraq onların köçürüldükləri ali məktəblərə təqdim etsin.

5. Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

5.1. 2010-2011-ci tədris ili başlanana qədər tələbələrin şəxsi işlərini və qiymət kitabçasından çıxarışlarını qəbul etsinlər və onların tədrisə başlamasını təmin etsinlər;

5.2. Fəaliyyəti dayandırılan filialın pedaqoji kadrlarını imkan daxilində işlə təmin etsinlər.

6. Nazirliyin müvafiq idarə və şöbələri bu əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 avqust 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov