Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu

Bookmark and Share

Avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirildi. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr iştirak edirdilər.  

İclas başlanmazdan öncə təhsil naziri Misir Mərdanov və onu müşayiət edən şəxslər 7 nömrəli Bakı Peşə Liseyinin tədris korpusunu gəzərək burada yüksək səviyyədə aparılmış təmirlə, bunun nəticəsində yaradılmış əlverişli təlim şəraiti ilə tanış oldular, kompüter və dərs otaqlarına, yeməkxanaya baxdılar.

Mərasimi açan təhsil naziri Misir Mərdanov ölkənin ilk peşə-ixtisas təhsili işçilərinin yeganə nəşri olan "Sənətkar" jurnalının 40 illik yubileyi münasibəti ilə jurnalın yaradıcı kollektivini, redaksiya heyətini və tədbir iştirakçılarını təbrik etdi.

Çıxışının əvvəlində 7 nömrəli Bakı Peşə Liseyində gördüklərinə münasibətini açıqlayan nazir burada yüksək səviyyədə aparılmış əsaslı təmir işlərindən razı qaldığını bildirdi, belə şəraitdə keyfiyyətli ümumi təhsil vermək, ibtidai peşə təhsili mütəxəssisi hazırlamaq mümkün olduğunu vurğuladı. Son illər göstərilən cidd-cəhdlər nəticəsində ölkədə artıq 7-8 belə peşə təhsili müəssisəsinin yaradıldığını deyən nazir gələcəkdə Azərbaycandakı bütün peşə məktəbləri və peşə liseylərinin də bu səviyyəyə çatdırılacağını söylədi.

Sonra təhsil naziri yubileyi qeyd olunan jurnalın nəşr tarixinə qısa nəzər salaraq onun 1969-cu ildə fəaliyyətə başladığını, lakin ötən əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnalın da öz fəaliyyətini dayandırmağa məcbur olduğunu bildirdi. 10 illik fasilədən sonra jurnalın Təhsil Nazirliyinin əmri ilə 2000-ci ildə yenidən nəşrə başladığını deyən nazir onun nəşrinin bərpasında o vaxt nazirliyin texniki peşə təhsili şöbəsinə rəhbərlik edən Zülfüqar Abdullayevin böyük rolu olduğunu diqqətə çatdırdı.

Jurnalın 40 illik yubileyinin ölkəmizdə peşə təhsilinin inkişaf etməyə başladığı bir dövrdə qeyd olunduğunu söyləyən təhsil naziri son illər, xüsusən də Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən 2007-ci ildə peşə təhsilinin inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunduqdan sonra bu sahəyə  hərtərəfli  diqqət  və  qayğı göstərildiyini,  ictimaiyyət  arasında ilk peşə-ixtisas  təhsilinin  nüfuzunun  yüksəldiyini  vurğuladı.

Bununla belə, nazir sahənin inkişafına mane olan bəzi problemlərin də mövcud olduğunu bildirib, proqramda nəzərdə tutulan tədbirlərin ləng həyata keçirildiyini, bəzi peşə təhsili müəssisələrinin rəhbərlərinin yaranmış imkanlardan səmərəli istifadə edə bilmədiklərini qeyd etdi.

"Sənətkar" jurnalını poliqrafik icra baxımından diqqətəlayiq saysa da, onun  məzmunu ilə bağlı iş aparılmasının zəruriliyini bildirən nazir jurnalın yaradıcı heyətinə peşə təhsilinin problemlərini geniş işıqlandırmağı, onun səhifələrində obyektiv tənqidi materiallar verməyi tövsiyə etdi.

Nazir bir məsələyə də diqqəti yönəldərək qeyd etdi ki, bütün sahələrdə yüksək inkişaf gedən, yeni-yeni infrastrukturlar yaradılan ölkəmizdə təəssüf ki, bu gün xidmətin səviyyəsi qənaətbəxş deyil və bundan tez-tez narazılıqlar edilir. Xidmət sahəsində işləyən insanların məhz peşə təhsili müəssisələrində hazırlanmalı olduğunu söyləyən  təhsil naziri xidmətin səviyyəsini, eyni zamanda ilk peşə-ixtisas təhsilinin nüfuzunu yüksəltmək üçün hökumətin müvafiq diplomu olmayan şəxslərin xidmət sahəsində işə götürülməsini əngəlləyən xüsusi qərarına ehtiyac duyulduğunu, bununla  bağlı  Nazirlər  Kabinetinin  qarşısında məsələ qaldırılmasının zəruriliyini diqqətə çatdırdı.

Təhsil naziri çıxışının sonunda "Sənətkar" jurnalının 40 illik yubileyi münasibəti ilə jurnalın əməkdaşlarını bir daha təbrik edib onlara qələmlərinin iti olmasını arzuladı.

Sonra nazir ilk peşə-ixtisas təhsili müəssisələrinin informasiya və metodiki təminatı sahəsindəki xidmətlərinə görə və fəaliyyətinin 40 illiyi münasibəti ilə "Sənətkar" jurnalının bir qrup əməkdaşının Təhsil Nazirliyi kollegiyasının qərarı ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"  döş nişanı və Fəxri fərmanlarla təltif olunduğunu bildirib, mükafatları sahiblərinə təqdim etdi.

Mərasimdə "Sənətkar" jurnalının baş redaktoru Şahbaz Balakişiyev çıxış edərək jurnalın fəaliyyət yolundan, qarşısında duran vəzifələrdən danışdı. Natiq qeyd etdi ki, "Sənətkar" jurnalı ötən əsrin ortalarında ölkədə mövcud olan peşə təhsili müəssisələrini bir mərkəzdən idarə etmək, onları lazımi metodik materiallarla təmin etmək, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə tədrisi müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən mətbu orqana olan ehtiyacdan yaranmışdır. Nəşrə başladığı 1969-cu ildən 1988-ci ilədək "Gənc fəhlə" adı ilə işıq üzü görən jurnal 2000-ci ildən "Sənətkar" adı ilə öz fəaliyyətini davam etdirmişdir. Hazırda jurnal qarşısında duran vəzifələri şərəflə həyata keçirir.

Ş.Balakişiyev məlumat verərək bildirdi ki, redaksiya jurnalın 40 illiyi ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələri işçiləri arasında "İlk peşə-ixtisas təhsilinin ictimai statusu yüksəlməlidir" mövzusunda müsabiqə keçirib. Müsabiqəyə 59 ilk peşə-ixtisas təhsili müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsindən 3 nominasiya üzrə 123 yazı təqdim olunmuş və onlar tələbkar münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Müsabiqədə 9 nəfər I, 9 nəfər II, 9 nəfər isə III yerə layiq görülmüş, daha 15 nəfər 4-cü, həvəsləndirici yeri tutmuşdur. Qaliblərin adını açıqlayan Ş.Balakişiyev onlara diplomlar təqdim etdi.

Müsabiqədə fəallıq göstərənlər, münsiflər heyətinin üzvləri də diplomlarla mükafatlandırıldılar.

Mərasimdə Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov çıxış edərək yubilyar jurnalın yaradıcı heyətini təbrik etdilər, onlara yeni yaradıcılıq uğurları arzuladılar.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov