Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Ən yaxşı məktəb

Bakı Avropa Liseyi

Bookmark and Share
  Ünvanı:  Bakı şəhəri, Rostropoviç küçəsi, 21    
Yaranma tarixi: 1991-ci il
Müəllimlərin sayı: 80 nəfər
Şagirdlərin sayı: 1038 nəfər
Direktoru: Zülfiyyə Veysova
Rəsmi saytı:

 www.evrolyceum.az

Yaranma tarixindən 

Lisey XX əsrin sonlarında - 1991-ci ildə yaradılmışdır.  BDU-nun nəzdində fəaliyyət göstərən "Yaradıcı istedad" Elmi Praktik Mərkəzin və QHT olan "İstedad" Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində yaranan liseyin 19 buraxılışı olub.

Assosiasiya və elmi mərkəz xüsusi işlənib hazırlanmış proqram üzrə respublikanın hər tərəfində istedadlı uşaqlar axtarıb tapır, müxtəlif olimpiadalar, yay-düşərgə məktəbləri təşkil edirdi. Burada uşaqlarla işləmək üçün Azərbaycan Milli Elmlər Akademiyasından, ali təhsil ocaqlarından və xaricdən mütəxəssislər cəlb olunurdu. Digər ölkələrin analoji təşkilatları ilə əlaqələr yaranır,psixoloji, pedaqoji, sosioloji tədqiqatlar aparılır, incəsənət və elm xadimləri ilə görüşlər keçirilirdi.

Beləliklə, Avropa məktəblərinin təcrübəsini özündə əks etdirən və Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırılmış "Avropa məktəbi" pedaqoji modeli yaradılır. Yüksək yaradıcı və intellektual potensiala malik olan uşaqlar aşkar edilir və sonrakı tədrisin unikal sistemi qurulur. Böyük hazırlıq işləri görüldükdən sonra 1991-ci il sentyabr ayından yalnız üç - VIII, IX və X siniflərdən ibarət lisey fəaliyyətə başlayır.

1994-cü ildə rəsmi status alan Bakı Avropa Liseyi 1993-1994-cü tədris ilindən öz şagirdlərini I sinifdən formalaşdırmağa başlayır və bir tədris müəssisəsi kimi uğurla addımlayır. Şəxsiyyətin azad inkişafı, düşüncəli, yaradıcı, hazır və bacarıqlı şəxsiyyətin yaranması üçün şərait yaradan təhsil ocağına çevrilir.    

Məqsədi və vəzifələri 

Liseyin əsas məqsədi Avropa və Şimali Amerikanın təhsil sistemi və təlim prosesinə inteqrasiya olmaqdır. Liseydə təlim-tərbiyə yeni və səmərəli təhsil yanaşmaları, müasir tələbləri ödəyən metod və texnologiyalar üzərində qurulur. Bakı Avropa Liseyinin əsas vəzifəsi istedadlı uşaqların intellektual və yaradıcı potensialını üzə çıxarmaq və onların şəxsiyyətini inkişaf etdirməkdir. Xüsusi vəzifələrdən biri isə XXI əsrdə gənc nəslə vacib olan bacarıq və kompetensiyaların formalaşdırılmasıdır. Liseydə şagirdlərin həyat boyu öyrənmək və cəmiyyət üçün məhsuldar üzv olması vacib olan metakoqnitiv (öyrənməyi öyrənmək) qabiliyyətinin inkişafına müvafiq şərait yaradılır. Liseyin təlim mühiti yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir. Lisey kollektivi çalışır ki, şagirdləri gələcəkdə yaxşı mütəxəssis olmaq üçün erkən yaşlarından müasir peşəkar bacarıqlarla yaxından tanış etsin. Vətənpərvərlik və xalqa məhəbbət duyğuları ön plana çəkilərək hər bir şagirdin dövlətçilik prinsiplərini qoruması aşılanır. 

Maddi-texniki bazası   

Lisey iki korpusdan ibarət beşmərtəbəli  binada yerləşir. Yüksək maddi-texniki bazaya malik olan lisey 88 tədris otağı, fizika, kimya, biologiya laboratoriyaları, 3 kompüter otağı, geniş kitabxana, bufet və müasir idman zalından ibarətdir. Lisey müasir İKT avadanlıqları ilə təchiz edilib. Belə ki, burada kompüter, noutbuk, netbuk, multimedia və interaktiv lövhələr mövcuddur. Son illərdə inşa olunan və müasir standartlara cavab verən idman zalı şagirdlərin fiziki cəhətdən inkişafına şərait yaradır. Liseydə elektron müəllimlər otağı da mövcuddur ki, bu da elektron jurnalların aparılmasını və elektron tədris resurslarının hazırlanmasını asanlaşdırır. Zəngin kitabxana və Elektron Resurs Mərkəzi şagirdlərin və müəllimlərin ixtiyarına verilib.  

Tədrisin təşkili 

Bakı  Avropa Liseyinin tədris proqramı ibtidai (I-IV), əsas (V-IX) və orta təhsil (X-XI) pillələri üzərində qurulub. Liseydə tədris iki dildə - Azərbaycan və rus dillərində aparılır. Azərbaycan bölməsinin şagirdləri rus dilini birinci sinifdən başlayaraq öyrənirlər. Xarici dil hesab edilən ingilis dili də şagirdlərə birinci sinifdən tədris olunur. Eyni zamanda onların VII sinifdən fransız dilini öyrənmələri üçün də şərait yaradılır.

Tədris ili 2 semestrə ayrılır və təhsil həftəsi 5 gündən ibarətdir. Şənbə günləri liseydə inkişafetdirici proqramlar həyata keçirilir.

Liseydə fəal interaktiv təlim metodlarından geniş istifadə olunur. Təlim-tədris prosesində informasiya-kommunikasiya texnologiyaları mərhələlərlə tətbiq olunur. 2007 -ci ildən etibarən Bakı Avropa Liseyi Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub və İKT-ni sınaqdan keçirərək yeni inkişaf yoluna qədəm qoyub. Hazırda "Elektron məktəb" və "Bir şagird-bir kompüter" layihələri çərçivəsində həyata keçirilən islahatlar nəticəsində liseydə elektron jurnallar, multimedia, netbuklar və "Mimio" interaktiv qurğuları ilə keçilən dərslər, İKT əsaslı tədris resursları, "Elektron sinif" modeli tətbiq olunur.

Liseyin tədris planı ixtisaslaşmanı deyil, akademik (holistik) tədrisi nəzərdə tutur. Əksər kurslar tədris ili ərzində mütləq və fasiləsizdir. 

İnnovativ təlim modeli 

Liseyin innovativ təlim modeli BDU-nun nəzdindəki "İnkişaf" (keçmiş "Yaradıcı istedad") Elmi Praktik Mərkəzinin əməkdaşları - psixologiya elmləri namizədi Rəna İbrahimbəyova, pedaqoji elmlər namizədi Rəhim Hüseynov, psixologiya elmləri namizədi Zülfiyyə Veysova tərəfindən işlənib hazırlanmışdır. Liseyin əsasnaməsinə görə, təlim-tərbiyə prosesinin elmi-metodiki rəhbərliyinin elmi mərkəz tərəfindən həyata keçirilməsi tədrisin sırf elmi əsaslar üzərində qurulmasına imkan yaradır. Bakı Avropa Liseyinin təlim modeli yeni və daha səmərəli təhsil yanaşmalarının tətbiqi və müasir tələbləri özündə əks etdirən texnologiyalara əsaslanır və yönəlir.

Bakı Avropa Liseyinin təlim modeli Təhsil Nazirliyi tərəfindən öyrənilmiş, respublikada təhsil islahatı çərçivəsində istifadəsi üçün layiqincə qiymətləndirilmiş və ölkə ərazisində yayılması tövsiyə edilmişdir.

Bu təlim modelinin əsasında qurulan təhsili Azərbaycandakı başqa təhsil müəssisələrindən fərqləndirən bir sıra səciyyəvi xüsusiyyətləri var.

Təlim modelinə daxil olan və Azərbaycanda ilk dəfə tətbiq olunan innovasiya sahələrinə aşağıdakılar daxildir:

* Təlimdə şəxsiyyətyönümlü yanaşma;

* Fəal (interaktiv) təlim metodlarının tətbiqi;

*  Liseyə şagird və müəllimlərin psixoloji testlər əsasında qəbulu;

* İnkişafetdirici Fənlərarası Təlim proqramının (FAT) tətbiqi;

* Tədris proqramlarının diferensial prinsip əsasında qurulması və inkişafetdirici fənlərin ("Kainatın əsasları", "Dünya mədəniyyətinin tarixi", ikinci Avropa dili) tədrisi;

*  Tədris prosesinin semestr üzrə bölünməsi;

*  Qiymətləndirməyə yeni yanaşmaların tətbiqi (diaqnostik, formativ və summativ qiymətləndirmə, təfəkkürün inkişafına yönəlmiş cari və əsas testlər əsasında qiymətləndirmə, diferensial 100 ballıq qiymətləndirmə və mükafatlandırıcı bonus sistemi);

* İdarəetmədə demokratik üsulların tətbiqi və özünəməxsus rəmzlər və adət-ənənələrin yaradılması;

* Xüsusi məktəb icmalarının yaradılması (Valideyn-Müəllim Assosiasiyaları, Birləşmiş Liseylər Təşkilatı);

* Cari ehtiyaclara yönəlmiş mütəmadi məktəb əsaslı diferensial müəllimlərin təkmilləşdirilməsi strategiyası (təlim yenilikləri üzrə treninqlərin keçirilməsi, təcrübə əsaslı pedaqoji tədqiqatların aparılması, dərsin dəstəkləyici "kliniki müşahidə" üsulu ilə təhlili və "mentorluq" yanaşmaları);

* İnkişafetdirici təlim mühitinin, təşkilat və layihələrin yaradılması (Kiçik Elmlər Akademiyası, Meqa-layihələr, intellektual və idman yarışları, incəsənət klubları, ekologiya, incəsənət və İKT istiqamətli layihələr, xeyriyyə ənənələri və s.).

Liseydə tətbiq olunan ən mühüm innovasiyalar olan təlimdə şəxsiyyətyönümlü yanaşma və fəal (interaktiv) təlim uşaqlara daim dəyişən, inkişaf edən dünyada uğur qazanmağa imkan yaradır. Liseyin bu unikal təlim modelində iki müasir ("Avropa məktəbi" və "İstedadlı uşaq"), yerli şəraitə uyğunlaşan və inkişaf edən modelin sintezi durur. Lisey tərəfindən təqdim olunan ən mühüm yenilik dünyanın məşhur  psixoloqları Sandra Kaplan (ABŞ) və Natalya Şumakova (Rusiya) tərəfindən yaradılmış istedadlı uşaqlar üçün inkişafetdirici Fənlərarası Təlim Proqramıdır (FAT). Bu proqram vasitəsilə şagirdlərdə məntiqi, tənqidi və qlobal təfəkkürün, yaradıcılığın, elmi-tədqiqat və problemi həlletmə, əməkdaşlıq və ünsiyyət qabiliyyətlərinin və metakoqnitiv (öyrənməyi öyrənmək) bacarıqlarının sistemli inkişafının həyata keçirilməsinə imkanlar yaradılır və bu da, öz növbəsində, şəxsiyyətin inkişafına, eləcə də öyrənmək həvəsinin yaranmasına səbəb olur. Bu proqram dünyanın yalnız 4 ölkəsində həyata keçirilir.

FAT proqramı psixologiya elmləri namizədi Zülfiyyə Veysova tərəfindən Azərbaycan şəraitinə uyğunlaşdırılmışdır, onun tətbiqi üçün lisey lazımi elmi-metodiki təchizata malikdir. FAT proqramına "Kainatın əsasları" və "FAT-texnologiya" daxil edilir, onlar I-IX siniflərdə tədris edilir. Fənlərarası Təlim proqramında hər il üzrə xüsusi fəlsəfi mövzuları və onlara aid ümumiləşdirmələri əhatə edən (I - "Mənşə" və "Struktur", II - "Dəyişmə", III - "Təsir", IV - "Xaos və qayda", V - "Varislik", VI - "Sistem", VII - "Qüvvə", VIII - "Adaptasiya" və IX - "Qarşılıqlı təsir") unikal inteqrativ təlim yanaşması tətbiq edilir.  

Qəbul və qiymətləndirmə sistemi 

İstedadlı uşaqların aşkara çıxarılması üçün liseyə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Qəbul xüsusi psixoloji test və müsahibənin nəticəsinə əsaslanır. Qəbul psixoloji yoxlama yolu ilə uşağın təfəkkürünün və yaradıcılıq potensialının, ümumi dünyagörüşünün müəyyən edilməsi əsasında aparılır. Qəbul yalnız ibtidai siniflərə və X sinfə aparılır.

* Qiymətləndirmə 100 ballıq sistemlə aparılır.

* Təlimin nəticələrinin tam və obyektiv şəklini təmin etmək üçün summativ qiymətin bir hissəsini təşkil edən mükafatlandırıcı bal - "bonus"dan istifadə olunur.

* Fənlər üzrə bütün tədris materialı bölmələrə ayrılır. Hər bölmənin sonunda cari testlər keçirilir. Hər semestrin sonunda bütün fənlər üzrə əsas testlər və ya xüsusi yoxlama işləri aparılır. Əsas və xüsusi  testlərə əlavə olaraq şagirdlərin şifahi cavabları, eləcə də praktiki və yaradıcı işləri nəzərə alınır və qiymətləndirilir.

* Məktəb daxilində irəliləyiş hər bir semestrin sonunda əsas testlərə və ya xüsusi yekunlaşdırıcı yoxlamalara əsaslanır. Orta sinifdən yuxarı sinfə keçid Təhsil Nazirliyi tərəfindən ilin sonunda təşkil edilən standart mərkəzləşdirilmiş imtahanların verilməsinə əsaslanır.

* Semestr ərzində formativ qiymətləndirməyə uyğun olaraq şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması və qarşıya yeni təlim məqsədlərinin qoyulması üçün imkanları var.

* Şagirdlərin sinif daxilində reytinqi müəyyən olunur. Reytinq qiymətləndirilməsində şagirdin bütün fənlərdən orta balı əsas götürülür.

* Liseyin müvafiq qaydalarına uyğun olaraq şagirdlərin "qeyri-kafi" aldıqları yoxlamanı təkrarən vermək hüququ var, lakin əgər bu yenidən uğursuzluqla nəticələnərsə və şagirdin 3 və daha çox "qeyri-kafi" qiyməti olarsa o, liseydən xaric olunmalıdır. 

Nailiyyətləri 

Liseyin əsas nailiyyətləri Azərbaycan təhsilində ilk dəfə tətbiq olunan müasir təlim yanaşmaları, məzmun, metod və texnologiyaları, qiymətləndirmənin metod və vasitələri, demokratik idarəetmə üsullarıdır. Bütün bu prinsiplər qəbul prosesində öz əksini tapır. Eyni zamanda liseydə inkişafetdirici təlim mühitinin və məktəb icmalarının yaradılması, mütəmadi olaraq müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sisteminin qurulması, təhsilə marağı olan şəxslərlə sıx əməkdaşlıq strategiyasının həyata keçirilməsi uğurların sayını artırır. Lisey Azərbaycanda ali məktəblərə daxil olanların sayına görə ən yüksək reytinqə malikdir. Əksər illərdə liseyin məzunları 100%-lik nəticə göstərərək yüksək ballarla nüfuzlu universitetlərə daxil olublar. Məzunlardan ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Avstriya, Türkiyə və digər ölkələrdə təhsil alanlar var. Liseyin bir çox məzunu reytinqlərinə görə dünyanın ilk onluğunda olan  universitetlərində bakalavr və magistr pillələri üzrə təhsillərini davam etdirirlər. Ən böyük nailiyyətlərdən biri də Azərbaycanda ilk dəfə olaraq  Mikayıl Qasımovun  2005-ci ildə ABŞ-ın Harvard Universitetinə, Leyla Əliyevanın isə Prinston Universitetinə qəbul olmaları və tam təqaüdə layiq görülmələridir. 2009-cu ildə Miçiqan Universitetinə daxil olan Ceyhun Qafarov isə SAT imtahanlarında 2000 bal toplamış və göstərdiyi yüksək nəticəyə görə ABŞ-da yerləşən Nobellər ailəsi tərəfindən təsis edilmiş "The National Soceity of High School Scholars" cəmiyyətinə üzv seçilmişdir.

Liseyin şagirdləri müxtəlif ölkədaxili və beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Onlar beynəlxalq tədris layihələrində, idman və idrak yarışlarında liseyin adını şərəflə qoruyurlar. Liseyin şagirdlərindən Aydan Höccatova şahmat üzrə Avropa və dünya çempionu titulunu, Ramiz Zeynalov karate üzrə ikiqat dünya çempionu, Sabina Alxasova, Nuranə və Mehparə Mənsurova bacıları isə gimnastika üzrə beynəlxalq yarışların qalibləri olmuşlar. Liseyin şagirdi Aydan Xələfova 2010-cu ildə Meksikada keçirilən beynəlxalq "Minilliyin qlobal prizi" müsabiqəsinin qalibi olmuşdur.

Lisey 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" layihəsində müvəffəqiyyətlə iştirak etmiş, 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin, 12 müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş, 4 müəllimi isə "Əməkdar müəllim" adına layiq görülmüşdür. Liseyin müəllimləri Azərbaycanda fəal təlim sahəsində aparıcı məşqçilər və kurikulum üzrə dərslik müəllifləridir.               

Təhsil sisteminə töhfələri 

Ölkədə ilk dəfə olaraq 1993-cü ildə liseyin elmi rəhbəri və direktoru, psixologiya elmləri namizədi Zülfiyyə Veysova fəal təlim metodunu tətbiq etmişdir. Təhsil Nazirliyinin dəstəyilə liseyin aparıcı məşqçiləri və müəllimlərinin səyləri nəticəsində bu metodologiyanın Azərbaycanda geniş yayılması mümkün olmuş və fəal təlimin tətbiqi üzrə dövlət proqramının işlənib hazırlanması ilə nəticələnmişdir. 1994-cü ildə Valideyn-Müəllim Assosiasiyası (VMA) yaradılmış və bu təcrübə sonradan respublikada yayılmışdır. 2000 -ci ildə liseydə "Kiçik Elmlər Akademiyası" layihəsi həyata keçirilməyə başlamış və hazırda bütün olkə üzrə tətbiqi üçün Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmişdir. 2006-cı ildə liseyin təşəbbüsü ilə aparıcı İKT mütəxəssisi Ramin Mahmudzadənin rəhbərliyi altında respublikada tanınmış İKT şirkətləri ilə birlikdə Bakı şəhəri üzrə "İKT sahəsində Azərbaycanın istedadlı gəncləri" adlı kompüter layihələri yarışması başlamış və bu layihə Təhsil Nazirliyi tərəfindən respublika səviyyəsində keçirilməsi təsdiq edilmişdir. Lisey tərəfindən tətbiq olunan ən mühüm yenilik istedadlı uşaqlar üçün yaradılan Fənlərarası Təlim Proqramıdır (FAT). Bu proqram şagirdlərdə məntiqi, tənqidi və qlobal təfəkkürün, yaradıcılığın, elmi-tədqiqat və problemi həlletmə, əməkdaşlıq və ünsiyyət qabiliyyətlərinin və digər metakoqnitiv bacarıqların sistemli inkişafının həyata keçirilməsinə imkan yaradır. Bu proqram şəxsiyyətin inkişafına, öyrənmək həvəsinin yaranmasına səbəb olur.  

Məzun və şagirdlərin uğurları 

*  Mikayıl Qasımov 2005-ci ildə  Azərbaycanda ilk dəfə olaraq ABŞ-ın Harvard Universitetinə qəbul olunub və tam təqaüdə layiq görülüb.

*  Azərbaycanda ilk dəfə Leyla Əliyeva 2008-ci ildə Prinston Universitetinin tələbəsi adını qazanıb və tam təqaüdə layiq görülüb.

*  Ceyhun Qafarov 2009-cu ildə Miçiqan Universitetinə daxil olub və göstərdiyi yüksək nəticələrə görə ABŞ-da yerləşən Nobellər ailəsi tərəfindən təsis edilmiş "The National Soceity of High School Scholars" cəmiyyətinə üzv seçilmişdir.

*  Aydan Höccatova şahmat üzrə Avropa və dünya kubokunu qazanıb.

*  Ramiz Zeynalov karate üzrə ikiqat dünya çempionudur.

*  Aydan Xələfova Meksikada keçirilən beynəlxalq "Minilliyin qlobal prizi" müsabiqəsinin qalibidir.

*  Əksər illərdə liseyin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında 100%-lik nəticə göstərir. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov