Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb

Bookmark and Share

Bu il avqustun14-dən 26-dək Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdikləri qələbələr hər birimizin qəlbində qürur hissi oyatdı. 204 ölkənin idmançılarının təmsil olunduğu bu oyunlarda respublikamız fərqləndi, sözün yaxşı mənasında seçildi. 12 Azərbaycan idmançısından 8-i medalla (5 qızıl, 3 gümüş) Vətənə qayıtdı. Həmin qalib idmançılarımızdan biri də "Təhsil" Respublika İdman Mərkəzinin  Sumqayıt filialının yetirməsi Kənan Kamal oğlu Quliyevdir. Onu oxucularımızla daha yaxından tanış etmək, qələbə sevincini birlikdə paylaşmaq məqsədi ilə  yolumuzu "Təhsil" Respublika İdman Mərkəzindən saldıq.

Elə Kənanla da  "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətovun kabinetində görüşdük. Cəfər müəllim Kənanın ümidverici bir idmançı olduğunu deyərək, artıq ölkəmizdə yeni nəsil idmançıların yetişdiyini və onların parlaq gələcəyinə inandığını bildirdi.

İdmançı ailəsində doğulan Kənan Quliyev elə məhz belə yeniyetmələrdən biridir. Hazırda Xızı Rayon Uşaq-Gənclər İdman Məktəbində direktor müavini kimi fəaliyyət göstərən atası Kamal Quliyev də uzun illər idmanla məşğul olub. Oğlunun idmana olan həvəsini görən atası 2002-ci ildə onu "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialına aparır. Kənan həmin vaxtdan taleyini idmanla bağlayır. Sərbəst güləşlə məşğul olan Kənan bir neçə ildən sonra artıq tanınmağa başlayır, əldə etdiyi nailiyyətlərin sayı getdikcə artır. Belə ki, idmançımız 2009-cu il 16-18 yanvar tarixlərində Bakı şəhərində keçirilən 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə I yerə, elə həmin il 14-16 fevral tarixlərində paytaxtımızda keçirilən yeniyetmələrin Azərbaycan birinciliyində III yerə layiq görülüb. 2009-cu il 15-17 mart tarixlərində Belarusda sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə uğurla iştirak edən Kənan I yeri tutur. 2010-cu il isə Kənanın idman karyerasında xüsusilə yaddaqalan hadisələrlə zəngindir. Respublikamızda, eləcə də bir sıra xarici ölkələrdə keçirilən yarışlarda, beynəlxalq turnirlərdə yüksək nəticələr göstərən idmançımız ən böyük qələbəsinə bu ilin avqustunda Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında imza atdı. Olduqca gərgin keçən oyunlarda uğurla çıxış edərək II yerə layiq görüldü. Vətənə gümüş medalla dönən Kənan mötəbər yarışın qalibi olmasından sevinc hissi keçirdiyini bildirdi. Bunu həm özünün, həm də bütövlükdə Azərbaycanın uğuru hesab etdiyini söyləyən Kənan əldə etdiyi idman nailiyyətlərində respublikanın əməkdar məşqçisi Rövşən Süleymanovun böyük zəhməti olduğunu qeyd etdi. Ona hər zaman dəstək olan atasına, "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətova, mərkəzin Sumqayıt filialının  direktoru Bilal Məmmədova bir daha təşəkkür etdi.

Onun yaddaşında əbədi həkk olunan hadisənin ölkə başçısı cənab İlham Əliyev tərəfindən  avqustun 30-da Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıların və mütəxəssislərin qəbul edilməsi  olduğunu deyən Kənan bu şərəfə nail olmasından bir yeniyetmə kimi qürur və iftixar hissi keçirdiyini söylədi. Həmin günün onun üçün xoş xatirəyə çevrildiyini dedi. Kənan ölkəmizdə idmanın inkişafı üçün çox böyük işlər görüldüyünü, yeniyetmə və gənclərimizin idmanın demək olar ki, bütün sahələrinə meyil və maraq göstərdiklərini qeyd etdi. Kənan Quliyev idmançılarımızın beynəlxalq olimpiya oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə onların və məşqçilərinin ölkə Prezidenti tərəfindən mükafatlandırılmasını yeniyetmə və gənclərə olan diqqət və qayğının daha bir  bariz nümunəsi olduğunu dedi. O, idmançılar adından ölkə başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirdi.

Bütünlüklə həyatını idmanla bağlayan Kənanın ən böyük arzusu Azərbaycanın tanınmış  güləşçisi olmaq, ölkəmizi bütün dünyada layiqincə təmsil etməkdir.

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "İdman" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov