Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Yeni tədris ilinə hazırlıq işləri görülür

Bookmark and Share

Bakıdakı Ə.Eyvazov adına 275 nömrəli orta məktəb yeni dərs ilinə diqqətəlayiq uğurlar və mütəşəkkil hazırlıqla gəlir. Tədris ocağının pedaqoji kollektivinin ötən dərs ilində əldə etdiyi ən böyük uğur möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ölkədə artıq üçüncü ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasında olması və 10000 manat pulla mükafatlandırılmasıdır. Məktəbin direktoru Elmira İsmayılovanın bildirdiyinə görə, həmin vəsaitin çox hissəsinin məktəbin İKT vasitələri və elektron tədris avadanlıqları ilə zənginləşdirilməsi, fəal, yaradıcı müəllimlərin stimullaşdırılması və b.  məqsədlərlə xərclənməsi nəzərdə tutulub.

Məktəbin digər mühüm bir uğuru builki qəbul imtahanlarında məzunlarının xeyli hissəsinin dərin bilik və bacarıq nümayiş etdirərək yüksək ballarla ali məktəblərə daxil olmasıdır. Belə ki, məktəbin ali məktəblərə ərizə vermiş 154  məzunundan 91-i tələbə adını qazanıb. Onlardan 11 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məktəbin məzunu Səbuhi Əbilhəsənlinin topladığı 690 balı isə ölkə üzrə ən yüksək göstəricilərdən biri saymaq olar.

Tədris ocağının şagirdləri fənn olimpiadalarında da uğurla çıxış edirlər. Ötən dərs ilində 5 nəfər şagird fənn olimpiadalarının şəhər və respublika turlarında ayrı-ayrı fənlər üzrə I-IV yerləri tutub.

2009-2010-cu dərs ilini uğurla başa vuran 275 nömrəli məktəbdə yeni dərs ilinə də hərtərəfli hazırlıq işləri görülüb. Belə ki, kollektivin köməyi və daxili imkanlar hesabına məktəbdə cari təmir işləri aparılaraq hər tərəfdə səliqə-sahman yaradılıb. Xeyli avadanlıq, şagird və müəllim stolları, stulları, yazı taxtası, şkaf və s. alınaraq ehtiyac duyulan siniflərdə yerləşdirilib. Yeni dərsliklərin alınması üçün BŞTİ-yə sifariş verilib və onların yaxın günlərdə məktəbə çatdırılması təmin olunacaq.

Müəllimlərin təkmilləşdirilməsi və ixtisasının artırılması da diqqət mərkəzində saxlanılıb. Yay müddətində məktəbin 8 müəllimi kurikulumun və İKT-nin tətbiqi ilə bağlı öyrədici kurslardan keçib.

Yeni dərs ilində 275 nömrəli məktəbdə 1700-ə yaxın şagird oxuyacaq, onların təlim-tərbiyəsi 244 müəllimə etibar edilib. İndi məktəbdə yeni dərs ilinə son hazırlıq işləri görülür: sinif otaqları, laboratoriyalar tədris prosesinə hazırlanır. Tərtibatlar təzələnir. Kollektiv ötən dərs ilində əldə etdiyi uğurları bu il daha da artırmaq və möhkəmləndirmək əzmindədir. 

***

Bakı şəhərindəki 62 nömrəli məktəb-liseydə yeni dərs ilinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub. Bütün sinif otaqlarında, dəhlizlərdə cari təmir işləri aparılıb. Sanitar qovşağı, su və  elektrik xətləri təmir olunub, sıradan çıxmış avadanlıqlar yenisi ilə əvəzlənib.  Məktəbin həyətində  abadlıq və ağartma işləri görülüb. Yeni su xətti çəkilib, qazanxana tikilib, beləliklə, məktəbin istiliklə daim təmin olunmasına şərait yaranıb.  Təhsil ocağı yeni müasir avadanlıqlarla təmin olunub. Məktəbin 2 kompüter otağı, akt, idman zalları, zəngin kitabxanası, fənn kabinetləri və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyası var.

Məktəb-liseyin ötən dərs ilində 61  məzunu olub. Onlardan 53-ü ali məktəblərə sənəd verib və 25 nəfər qəbul olub.  3 nəfər 600-dən çox, 4 nəfər isə 500-600 arasında  bal toplayaraq ölkənin ən nüfuzlu  ali məktəblərinə qəbul olub.

***

Bakıdakı 111 nömrəli orta məktəbdə də cari təmir işləri aparılıb. Təhsil ocağının dəhlizləri və bütün otaqlarında təmizlik və təmir işləri görülüb, köhnəlmiş elektrik avadanlıqları yenisi ilə əvəz olunub. Sanitar qovşağı, su xətləri yenilənib, təmir olunub. Məktəbin həyətində abadlıq işləri görülüb,  binanın çöl  divarları rənglənib.  Məktəb yeni dərs ilinə hazırdır.

***

Bakının 284 nömrəli orta məktəbin sinif otaqları, dəhlizləri, sanitar qovşağı, idman zalı, kitabxanası təmir olunub. Dam örtüyünün əsaslı şəkildə təmir olunması Təhsil Nazirliyi tərəfindən plana salınıb. Kitabxana və akt zalının avadanlıqları yeniləri ilə əvəz olunub. Müəllimlər arasında dərs bölgüsü aparılıb, dərs cədvəlləri hazırlanıb.

***

Quba rayonunda təsdiq edilmiş tədbirlər planı əsasında məktəblərin yeni dərs ilinə hazırlığı ilə əlaqədar xeyli iş görülmüşdür. Rayonda 2010-2011-ci dərs ili üçün təxmini şagird kontingenti şəbəkəsi hazırlanmış və Təhsil Nazirliyinə təqdim edilmişdir. 2010-2011-ci dərs ilində rayonda 141 ümumtəhsil məktəbi, o cümlədən 31 ibtidai, 44 ümumi orta, 66 tam orta pillə məktəbinin, 13 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsinin fəaliyyət göstərəcəyi planlaşdırılmışdır. Təhsil Nazirliyinin əmri ilə 2010-2011-ci dərs ilindən Quba şəhəri 2 nömrəli tam orta məktəbi xüsusi istedada malik şagirdlər üçün lisey kimi fəaliyyət göstərəcəkdir. Bununla bağlı ilkin hazırlıq işləri aparılmışdır. Yeni dərs ili üçün məktəblərin müəllimə olan ehtiyaclarının təmin edilməsinə xüsusi diqqət yetirilmişdir.

Peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 425 müəllim ixtisasartırma kurslarından keçirilmişdir. 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək 180 müəllim yeni kurikulum üzrə kurslara cəlb olunmuşdur. Həmçinin dərs ili başlananadək belə kurslar III siniflərdə dərs deyəcək müəllimlər üçün də təşkil olunmuşdur.

Məktəblərin maddi-tədris bazasının möhkəmləndirilməsi və yeniləşdirilməsi istiqamətində də Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin köməkliyi ilə xeyli iş görülmüşdür. Belə ki, məktəblərə 45 adda 37 min 906 dərslik verilmiş və rayon məktəblərində 422 min160 nüsxədən ibarət dərslik fondu yaradılmışdır. Təhsil ocaqlarında 650-dən çox kompüter vardır. Hazırda kompüterlərin İnternetə qoşulması işi davam etdirilir. İndiyədək 10 məktəb İnternetə qoşulub. 20 məktəbin kompüterlərində təmir-bərpa işləri aparılmışdır. Məktəblərə 200 parta, 52 yazı lövhəsi, 80 oturacaq stulu, 70 asılqan verilmişdir.

Quba Rayon İcra Hakimiyyəti tərəfindən Quba Şahmat məktəbi üçün müasir tipli, 2 mərtəbəli, 300 şagird yeri olan yeni bina inşa edilir və dərs ili başlanana qədər tamamlanacaqdır. Yaponiya səfirliyinin, RİH-in və RTŞ-ın köməkliyi ilə II Nügədi kənd 1 nömrəli orta məktəbi əsaslı təmir olunub. Məktəbin dam örtüyü təzələnmiş, bina ön tərəfdən suvanmış, qapı və pəncərələr yenisi ilə əvəz edilmiş, tavanlar təmir olunmuş, döşəmənin 80 faizi dəyişdirilmişdir. Məktəb üçün istilik sistemi quraşdırılmışdır.

Ümumilikdə 17 məktəbdə Təhsil Nazirliyi tərəfindən cari təmir işləri aparılır.

Quba şəhər 1, 2, 10 nömrəli Amsar, I Nügədi 3 nömrəli, II Nügədi 12 nömrəli uşaq bağçalarında da cari təmir işləri aparılmışdır.

Təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı işində onların qızdırılması əsas məsələlərdəndir. Rayon məktəblərinin yalnız 16-sı istilik sistemi ilə qızdırılır ki, bunların da 2-də elektrik, 5-də qaz, 9-da isə maye yanacaqdan istifadə edilir. 125 məktəb, 13 uşaq bağçası, 5 məktəbdənkənar müəssisə odun yanacağı ilə qızdırılır. Buna görə bölgü aparılmış, müvafiq siyahılar rayon icra hakimiyyətinə və rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinə təqdim olunmuşdu. Bir neçə məktəbə artıq odun yanacağı verilmişdir, digər məktəblər də yaxın vaxtlarda odunla təmin olunacaqlar.

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov