Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Həsənov Eldar İsfəndiyar oğlu 

1965-ci il dekabrın 26-da Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdu. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirmişdi. Bir il sonra ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidmətini başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. Eldar 1990-cı ildə xüsusi təyinatlı polis dəstəsinə üzv yazılmışdı. 1991-ci ildə isə Polis Akademiyasına daxil olmuşdu. 1994-cü ilin yanvarında onun ikinci cəbhə həyatı başlanmışdı. O, döyüşlərdə əsl igidlik nümayiş etdirmişdi. Elə buna görə də ermənilər onun başına 50 min ABŞ dolları qiymət qoymuşdu.

E.Həsənov 1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəlilabad rayonunun Lallar kəndində dəfn olunub. Cəlilabad Rayon Polis Şöbəsi yerləşən binanın həyətində büstü qoyulub. 

Həsənov İlham Gülbala oğlu 

1976-cı il mayın 6-da Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdu. 1993-cü ildə Yenigün kənd orta məktəbini bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil olmuşdu. 1994-cü ilin sentyabrında Milli Ordu sıralarına çağırılmışdı. İlham 6 ay hərbi təlim keçdikdən sonra Qarabağa - cəbhə bölgəsinə yollanmışdı.

1995-ci il martın 13-də Azərbaycanda dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsində xüsusi rolu olmuş, martın 17-də qiyamçı dəstənin tamamilə tərk-silah olunmasında yaxından iştirak etmişdi.

İ.Həsənov həmin gün vətən borcunu yerinə yetirərkən qarşı tərəfin atdığı güllədən həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Həsənov İlham Gülbala oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağstafa şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ağstafa rayonunda adına küçə var. 

Həsənov Məhəmməd Ələsgər oğlu 

1959-cu il avqustun 9-da Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirmişdir. Bir il sonra ordu sıralarına çağırılmış, 1979-cu ildə Murmanskda hərb xidmətini başa çatdıraraq Kiyev şəhərınə gəlmişdir. 1980-ci ildə Kiyev Radio Elektronika Texnikumuna daxil olmuşdur. 1984-cü ildə texnikumu bitirərək orada "Kommunist" zavodunda çalışmışdır. Bir müddət sonra vətənə qayıdaraq, 1989-cu ildə M.F.Axundov adına ARDƏİ-yə daxil olmuşdur. O, 1991-ci ildə  könüllü olaraq vətənin müdafiəsinə qalxmışdır. Minəşli, Erkəc, Qaraçinar, Talış və başqa kəndlərdə erməni işğalçılarına qarşı mübarizədə xüsusi igidliklər göstərmişdir. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirmiş, 1994-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş müəllim vəzifəsində çalışmışdır. Məhəmməd polkovnik-leytenant rütbəsinədək yüksəlmişdir. 2002-ci ildən Goranboy rayonunun Veysli kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 

Həsənov Səyavuş Həsən oğlu 

1964-cü il yanvarın 20-də Şərur rayonunun Yenicə kəndində anadan olmuşdu. Kəndlərindəki məktəbdə səkkizinci sinfə kimi oxuduqdan sonra təhsilini 54 nömrəli texniki peşə məktəbində davam etdirmiş və rəngsaz peşəsinə yiyələnmişdi. Sonra hərbi xidmətə çağırılmış və Stavropolda əsgəri xidmətini başa çatdırıb  Bakıya dönmüşdü. Əvvəllər işlədiyi evtikmə kombinatında çalışdıqdan sonra müqavilə ilə Tümenə işləməyə göndərilmişdi.

S.Həsənov 1990-cı il 20 Yanvar faciəsini

eşidən kimi Azərbaycana dönərək xalq hərəkatına qoşulmuşdu.Torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək məqsədilə könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanmışdı. O, bir çox bölgələrdə - Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada igidliklə döyüşmüş, çətin hərbi tapşırıqları layiqincə yerinə yetirmişdi. 1992-ci il iyunun 18-də Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərın ermənilərdən geri alınmasında böyük şücaət  göstərmişdi.

S.Həsənov 1992-ci il iyunun 25-də ağır döyüş zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 nömrəli Fərmanı ilə Həsənov Səyavuş Həsən oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Həsənov Tahir Tofiq oğlu 

1970-ci il fevralın 22-də Bakı şəhərində anadan olmuşdu. 1987-ci ildə paytaxtın Nəsimi rayonundakı 23 nömrəli orta məktəbi bitirmişdi. O, 1988-ci ildə  hərbi xidmətə çağırılmışdı. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdu.

Tahir ailənin yeganə övladı olmasına baxmayaraq, universitetin ikinci kursundan könüllü olaraq vətənin müdafiəsinə qalxan oğulların sırasına qoşulmuşdu. İgid döyüşçü Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında fəal iştirak etmişdi. 1992-ci il sentyabrın 2-də cəsur komandir öz dəstəsi ilə Çıldıran yüksəkliyindəki uğurlu əməliyyatdan qayıdarkən düşmənlə üz-üzə gəlmiş və sayca üstün olan ermənilərə qarşı var-qüvvəsi ilə vuruşmuşdu.

T.Həsənov elə həmin döyüşdə düşmən əlinə keçməmək üçün son anda əlindəki qumbaranı partladaraq həm özünü, həm də ətrafdakı erməniləri öldürmüşdü.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 23 nömrəli orta məktəb onun adını daşıyır.

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov