Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin
diplomatik nümayəndəliklərinin əməkdaşlarının
uşaqları arasında Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm
Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici
İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan
haqqında nə bilirəm" mövzusunda müsabiqə
keçirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ölkəmiz haqqında, onun təhsili, mədəniyyəti
haqqında Azərbaycanda akkreditə olunmuş xarici
ölkələrin diplomatik nümayəndəliklərinin
əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür
yaratmaq, onları ölkəmizin ictimai həyatında
fəal iştiraka cəlb etmək üçün həmin uşaqlar
arasında inşa, şeir, rəsm və rəqs nominasiyaları
üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar
aşağıdakı tərkibdə işçi qrupu
yaradılsın:
|
Elmar Qasımov |
- Azərbaycan Respublikası təhsil
nazirinin müavini, sədr; |
|
|
Ağababa İbrahimov |
- Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsinin
müdiri, üzv; |
|
|
Qulu Novruzov |
- Təhsil Nazirliyinin Beynəlxalq
əlaqələr şöbəsinin müdiri, üzv; |
|
|
Tünzalə Aydəmirova |
-
Xarici İşlər Nazirliyinin İnsan
hüquqları, demokratikləşdirmə və
humanitar problemlər idarəsinin II
katibi, üzv; |
|
|
Vaqif Babayev |
- Mədəniyyət və Turizm Nazirliyinin Elm
və təhsil şöbəsi Təhsil sektorunun
müdiri, üzv; |
|
|
Zöhrə Əsgərova |
- Gənclər və İdman Nazirliyinin Elm və
təhsil şöbəsinin baş məsləhətçisi, üzv; |
|
|
Nurlana Qaraxanova |
- Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin Uşaq problemləri
şöbəsinin baş məsləhətçisi, üzv. |
|
2. İşçi qrupu müsabiqənin keçirilməsi ilə bağlı
Əsasnaməni 10 gün müddətində hazırlayıb təsdiqə
təqdim etsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
edilməsini təmin etsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 sentyabr 2010-cu il |