Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - 35

 

Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı

Bookmark and Share

Sentyabrın 7-də Sumqayıtda, kimyaçıların Üzeyir Hacıbəyli adına Mədəniyyət sarayında şəhərin təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Şəhərin əsas pedaqoji şurasında 2009-2010-cu dərs ilinə yekun vurulmuş və qarşıdakı dərs ili üçün vəzifələr müəyyən edilmişdir.

Respublikanın təhsil naziri Misir Mərdanov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev konfransın işində iştirak etmişlər.

Konfrans başlamazdan əvvəl onun iştirakçıları və qonaqlar Mədəniyyət sarayının foyesində təşkil edilmiş məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Burada Sumqayıt məktəblilərinin bu yaxınlarda birinci şəhər ekologiya forumunda və İNEPA layihəsi çərçivəsində keçirilmiş Beynəlxalq Ekologiya Olimpiadasında nümayiş etdirilmiş işləri sərgilənmişdir.

"Təfəkkür" liseyinin şagirdlərinin "Qida məhsullarının əhali demoqrafiyasına təsiri" adlı layihəsi qonaqların xüsusi marağına səbəb olmuşdur. İNEPA-nın bürünc medalına layiq görülmüş bu layihəni onun müəllifləri Efriz Ağayeva və Türkan  Nuriyeva  təqdim  etmişlər.

Müəllimlərin ənənəvi konfransı Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmışdır.

Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırovun məruzəsində qeyd edilmişdir ki, keçən dərs ili yüksək nəticələr göstərmiş şagirdlərin və onların müəllimlərinin uğurları ilə əlamətdar olmuşdur. Bu fikirlər konkret rəqəmlər, misallar və faktlarla təsdiqlənmişdir. Səhnədəki ekranda nümayiş etdirilən rəqəmlər, diaqramlar, sxemlər, fotoşəkillər və digər məlumatlar Sumqayıt müəllimlərinin böyük uğurlarına əyani sübut idi.

V.Bağırov şəhərin orta təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülmüş tədbirlər nəticəsində təhsil göstəricilərinin yaxşılaşdığını qeyd edərək vurğulamışdır ki, son 8 ildə şəhərdə 4 orta məktəb istifadəyə verilmiş, 7 məktəb üçün yeni tədris korpusu tikilmiş, uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi və şahmat məktəbi təmir edilmiş, 3 mindən çox parta və digər məktəb avadanlığı alınmışdır. Yeni dərs ilində şəhər məktəblərində müvafiq mebel və reaktivlərlə təchiz olunmuş 19 fizika və kimya laboratoriyası yaradılmışdır. Dövlətimizin başçısı İlham Əliyevin tələblərinə uyğun olaraq şəhərin orta tədris müəssisələrinin informasiya-telekommunikasiya texnologiyaları ilə təchizatı xeyli yaxşılaşmışdır. Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyası yaradılmışdır. 2008-ci ildən başlayaraq burada gənc kompüter mütəxəssislərinin müsabiqəsi keçirilir. Müsabiqənin coğrafiyası xeyli genişlənmişdir. Bu il Sumqayıtda informasiya-telekommunikasiya texnologiyalarına həsr edilmiş respublika konfransı keçirilmişdir.

Məruzəçi daha sonra qeyd etmişdir ki, ötən dərs ilində 9-cu sinif məzunlarının 96,1 faizi və 11-ci sinif məzunlarının 95,2 faizi təhsili uğurla başa vuraraq müvafiq sənədlər almışlar. Respublikanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri xüsusi qürur hissi ilə elan edilmişdir. Belə ki, bu il ölkənin ali məktəblərinə daxil olmuş 1330 sumqayıtlı tələbədən 109-u 600-dən çox bal, 36-sı isə 650-dən çox bal toplamışdır.

Vidadi Bağırov qeyd etmişdir ki, təhsilin uğurlu olmasını təmin edən əsas amil müəllimdir. Sevindirici haldır ki, ötən tədris ilində Sumqayıt müəllimlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Sumqayıtlı müəllimlərdən 1 nəfəri "Şöhrət" ordeni, 6 nəfəri "Tərəqqi" medalı ilə təltif edilmiş, 5 nəfərə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmiş, 4 nəfərə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim edilmiş, sumqayıtlı müəllimlərdən 10 nəfəri "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.

Şəhərdə təhsilin keyfiyyətinə diqqətin artırılması ilə yanaşı, şagirdlərin estetik tərbiyəsi, onların yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi üçün maksimum şərait yaradılmışdır. "Qanadlandıq uçmağa" adlı illik poeziya almanaxının nəşri də bu məqsədə xidmət edir. Almanaxın 11-ci buraxılışında 30-a yaxın Sumqayıt məktəblisinin şeirləri dərc edilmişdir. "Bənzərsiz ömür" almanaxında Sumqayıt məktəblərinin yuxarı sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş ən yaxşı inşaları toplanmışdır.

Ənənəyə görə, bu yay mövsümündə də imkansız ailələrdən olan şagirdlər üçün yay düşərgələri təşkil edilmişdir. Burada uşaqların fəal və səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır. Düşərgələrdə dincələn uşaqlara yüngül səhər yeməyi verilirdi. Yay tətili günləri bu uşaqların yaddaşında ölkə regionlarına maraqlı səfərlər və ekskursiyalarla qalacaqdır.

Konfransda çıxış edən təhsil işçiləri, valideynlər, eləcə də 1-ci kurs tələbələri qazanılmış uğurları vurğulamış, təhsilin səviyyəsinin yaxşılaşdırılmasına və onun modernləşməsinə daim qayğı göstərən dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etmişlər.

Respublikanın təhsil naziri Misir Mərdanov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev konfransda çıxış etmişlər. Onlar qeyd etmişlər ki, ümummilli lider Heydər Əliyevin respublikada təhsil sisteminin inkişafına dair uzaqgörən və məqsədyönlü strategiyası pozitiv nəticələr verir. Respublikamızın rəhbəri İlham Əliyevin dövlətimizin qüdrətini artırmağa, vətəndaşların maddi rifahını yaxşılaşdırmağa yönəlmiş fəaliyyəti razılıq hissi ilə qeyd edilmişdir. Vurğulanmışdır ki, iqtisadiyyatda qazanılan uğurlar təhsil sahəsinə də müsbət təsir göstərir. Qısa vaxt ərzində çoxlu mühüm layihələr həyata keçirmiş Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva barəsində də xoş sözlər deyilmişdir.

Misir Mərdanov və Vaqif Əliyev şəhər təhsil şöbəsinin işini yüksək qiymətləndirərək bir sıra maraqlı təkliflər söyləmiş, müvafiq tövsiyələr vermişlər. Təhsil prosesində əsas sima olan pedaqoqun rolu da qeyd edilmişdir. Natiqlər cəmiyyətdə müəllimin nüfuzunun bərpa edilməsi, onun statusunun möhkəmləndirilməsi kimi aktual məsələlərə də toxunmuşlar. Çıxışlarda dönə-dönə vurğulanmışdır ki, ümumtəhsil məktəbinin başlıca missiyası şagirdləri əsl şəxsiyyət kimi formalaşdırmaq, onları cəmiyyətin layiqli üzvləri olacaq vətəndaşlar kimi tərbiyə etməkdir.

Konfransda "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri olmuş müəllimlərə, qəbul imtahanlarında 650-dən çox bal toplamış 1-ci kurs tələbələrinə və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində fərqlənmiş 3 məktəbə mükafatlar təqdim edilmişdir.  

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - 35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov