Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - 35

 

Yeni nəşrlər

Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar

Bookmark and Share

Təhsil bütövlükdə xalqın bu günü, sabahı və daha uzaq gələcəyi ilə bağlı olan, onun intellektual inkişafına yönələn məqsədyönlü, planlı bir prosesdir. Burada öyrədən də, öyrənən də məhz xalqın özüdür.

Həmin prosesin nəticələri xalqın gələcəyinə hesablanır.

Bu gün - dünya təhsilinə inteqrasiyanın müxtəlif istiqamətlərdə reallaşdırıldığı bir zamanda bölgənin, bütövlükdə ölkənin təhsil tarixinin öyrənilməsi və inkişaf qaynaqlarının aşkara çıxarılması perspektivlərin dəqiq müəyyənləşdirilməsi və istənilən uğurların qazanılması ilə bağlıdır.

Odur ki, bu sahədə görülmüş hər bir iş xalqa, gələcəyə xidmətdir.

"Şamaxı - təhsil tarixi" irihəcmli kitabı (elmi redaktoru Ə.Xəlilov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor N.Cəfərov, professor F.Rüstəmov, professor O.Rzaquliyev və b.) bu baxımdan vaxtında yazılmış əsərdir. Müəlliflər - Şamaxı RTŞ-ın əməkdaşı, BDU-nun dissertantı Ədalət Məmmədov və Şamaxı RTŞ-ın müdiri, respublikanın əməkdar müəllimi Viktor Əliyev monoqrafiyada milli dövlətçiliyimizin nümunəsi olan Şirvanşahların paytaxtı Şamaxının təhsilinin inkişaf tarixinə zəngin mənbələr əsasında işıq salıblar. Kitaba "Ön söz"ü akademik Vasim Məmmədəliyev yazmışdır.

16 fəsildən ibarət kitabın tarixi-mədəni dəyərləri çoxdur. İlk fəsildə yerli abidələrə, mənbə və yazılı qaynaqlara istinad olunaraq müstəqil Şirvanşahlar dövlətinin paytaxtı Şamaxının salnaməsi səhifələnir, zəngin faktlar vasitəsilə qədim və məşhur şəhər barədə bu günün və gələcəyin oxucularına geniş məlumat çatdırılır.

Şirvan torpağı Azərbaycandan ayrı şəkildə deyil, ümumilikdə türk dünyası ilə əlaqəli şəkildə tarixi-coğrafi obyekt kimi alınıb, onun mədəniyyəti, təhsili ümumazərbaycan kontekstində götürülərək təsvir və təhlil olunub. Bu baxımdan "Qədim yazı işarələrindən əlifbaya doğru", "Kitabi-Dədə Qorqud" -- möhtəşəm sənət abidəmiz", "Orta əsrlərdə Azərbaycan elmi-fəlsəfi və pedaqoji fikir tariximizə bir nəzər" adlı fəsillər Şamaxının salnaməsinin, təhsil tarixinin ümumtürk dəyərləri ilə ortaqlığından xəbər verir. Əsərin böyük və zəngin faktlarla qələmə alınmış fəsillərindən biri "İslam və təhsil" adlanır. Şamaxı məktəb və mədrəsələrinin erkən orta əsrlərdən XIX əsrə qədərki dövrü bu fəsildə mərhələ və inkişaf dinamikası üzrə tədqiq olunmuşdur.

Ölkəmizin, eləcə də onun qədim bölgələrindən olan Şamaxının təhsilinin inkişafında XIX əsr mühüm mərhələdir. Müəlliflər "XIX əsr Azərbaycan məktəbi" adlı bölmədə ictimai-siyasi durumu təhlil etməklə, quberniya mərkəzi olan Şamaxıda açılmış "ali ibtidai", "müsəlman", "şəhər məktəbi" tipli təhsil ocaqlarından geniş söhbət açıblar. Fəsildə oxucular üçün maraqlı olanlar arasında kənd məktəbləri, xalq məktəbləri, bazar günləri məktəbləri haqqında məlumatlardır.

Azərbaycan şair, yazıçı və publisistləri həm də əsl maarifpərvərlər olmuşlar. S.Ə.Şirvani məktəbdarlıq, müəllimlik etmiş, dərs vəsaiti hazırlamış, əsərlərində maarifçilik ideyalarını təbliğ etmişdir. Bu baxımdan S.M.Qənizadə, M.Mahmudbəyov, Ə.Orucov, S.Ünsizadə, Qori Müəllimlər Seminariyasının inspektoru A.O.Çernyayevskinin tarixi xidmətləri böyükdür. Monoqrafiyanın "Rus-Azərbaycan məktəblərinin  meydana  gəlməsi  və  Şamaxı  maarifpərvərləri" adlı  fəsli  məhz  bu  faktların  şərhinə,  həmin  maarifpərvərlərin fəaliyyətinin təsvirinə həsr olunub.

Şamaxı mühitinin özəlliklərindən biri məhz şairlərin xalqın maariflənməsində mühüm rol oynamalarıdır. Belə ki, M.Ə.Sabir, A.Səhhət, M.Hadi kimi ədəbi-tarixi şəxsiyyətlər həm şəxsi fəaliyyətləri ilə məktəbin inkişafına xidmət etmiş, həm də əsərlərində maarifçiliyi təbliğ sahəsində uğurlu işlər görmüşlər.

Kitabın "XX əsrin başlanğıcında Şamaxıda ictimai-milli və ədəbi-bədii uğurların ifadəsi" adlı onuncu fəslində bu haqda faktlar təhlil edilib, qadın təhsili sahəsində uğurlar (ilk qız məktəbinin açılması və s.) qələmə alınıb.

Əsərin "Azərbaycan Demokratik Respublikası dövründə maarif və məktəb" (1918-1920), "Yaxın tariximiz - 70 ildə sovet məktəbi" kimi fəsillər də diyarşunaslıq faktları ilə bağlı səhifələrlə zəngindir. Məlum olur ki, ADR zamanında xaricdə təhsil almağa göndərilmiş 100 nəfər azərbaycanlı gəncdən 5 nəfəri şamaxılı imiş. İstər ADR zamanında, istərsə də sovet hakimiyyəti illərində əslən şirvanlı olan M.Mahmudbəyov, C.Cəbrayılbəyli kimi pedaqoqlar sələflərinin yolunu davam və inkişaf etdirmiş, gələcək nəsillər üçün nümunəyə çevrilmişlər.

Ədalət Məmmədov və Viktor Əliyevin arxiv materialları, müxtəlif tarixi-pedaqoji mənbə və qaynaqlar əsasınla qələmə alıb nəşr etdirdikləri monoqrafiyanın sonuncu fəsli çox zəngin faktlara söykənir.

Kitabın ədəbi-tarixi dəyərini artıran tərəflər bunlardır: fəsillərə müvafiq epiqrafların, Şamaxının tarixi və gözəlliyi ilə bağlı görkəmli şəxsiyyətlərin fikirlərinin, müxtəlif şəkil və rəsmlərin reproduksiyalarının verilməsi, statistik rəqəmlərin təqdimi və s.

Dövri nəşrlərdə dərc olunmuş resenziyalarda da kitabın tarixi, mədəni dəyəri olduğu qeyd edilir: "Monoqrafiyada müstəqil, demokratik Azərbaycan Respublikasının təhsil islahatları, Şamaxının timsalında təhsilimizin bugünkü nailiyyətləri sadalanmış, geniş şərh olunmuşdur. Belə ki, Heydər Əliyev Fondunun 2004-cü ildən başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi və bu kimi digər təhsilimizin inkişafına yönəlmiş əvəzsiz işlərdə Şamaxı da unudulmamış, məhz bu cür xidmətlərdən bəhrələnmişdir. Şamaxı şəhərində yerləşən bütün ümumtəhsil məktəblərin, onların pedaqoji kadrlarının, qabaqcıl müəllimlərinin, məktəblərin əldə etdiyi nailiyyətlərin kitabda xüsusilə əks olunması təqdirəlayiqdir".

Təbii ki, hər bir sahədə ilk addım, ilk təşəbbüs müəyyən çatışmazlıq və ya nöqsanlardan xali olmur. Bu mənada kitabda mübahisə doğuran məqamlar, qrammatik səhvlər var. Lakin bunlar irihəcmli kitabın ümumi tarixi, pedaqoji, mədəni dəyərləri ilə müqayisədə çox deyil.

Hər bir vətəndaş həyatının hansı mərhələsindəsə vətən, xalq, diyar qarşısında öz tarixi hünərini göstərir, layiqli iş görür. Bu yöndən Şamaxı RTŞ-ın müdiri V.Əliyevlə şöbənin aparıcı mütəxəssisi Ə.Məmmədovun gərgin zəhmət, ciddi axtarış və məqsədyönlü fəaliyyət nəticəsində araya-ərsəyə gətirdikləri "Şamaxı-təhsil tarixi" (Bakı: Zərdabi LTD MMC, 528 s.) adlı irihəcmli kitab çox dəyərli əsərdir. Ümidvarıq ki, bu əsər ayrı-ayrı bölgələr üzrə belə kitabların hazırlanması sahəsində ilk qaranquş olacaq. 

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - 35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov