Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 

BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib

Bookmark and Share

Bakı Dövlət Universitetində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycan dilində çapdan çıxan "Yüksək mənəviyyat - yenilməz güc" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, kitabın Azərbaycanın geniş oxucu kütləsinə çatdırılması heç də təsadüfi deyil. Özbək və Azərbaycan xalqlarını yaxın adət və ənənələr, ümumi  dil  qrupu,  mədəniyyət və  din birləşdirir. Ən qədim dövrlərdən bu iki xalq arasında etnik, mədəni, siyasi və iqtisadi sahələrdə sıx əlaqələr mövcud olub, ən ağır anlarda xalqlarımız bir-birinə arxa, kömək durublar.

"Müasir dövrdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Prezident İlham Əliyevin və Prezident İslam Kərimovun xüsusi rolu var", - deyən rektor keçən əsrin sonlarından etibarən yeni mərhələyə qədəm qoyan Azərbaycan-Özbəkistan əlaqələrinin son illər ölkə prezidentlərinin qarşılıqlı səfərləri, onların şəxsi dostluq münasibətləri sayəsində daha yüksək səviyyəyə qalxdığından bəhs edib. Bildirib ki, Azərbaycanda özbək mədəniyyəti və ədəbiyyatına, Özbəkistanda isə Azərbaycan mədəniyyəti və ədəbiyyatına həmişə böyük maraq olub. Özbəkistanda Nizami, Füzuli kimi dahi şairlərin, Azərbaycanda isə Əlişir Nəvainin əsərləri hamının dönə-dönə müraciət etdiyi, sevə-sevə oxuduğu, bəhrələndiyi əsərlərdəndir.

Akademik Abel Məhərrəmov qeyd edib ki, təqdimatına toplaşdığımız "Yüksək mənəviyyat-yenilməz güc" adlı kitab bəşəri dəyər olan milli mənəviyyatdan, onun məna və məzmunundan bəhs edir. Əsərdə müəllif bu anlayışın məna və məzmununu, onu formalaşdıran əsas meyarları, maddi və mənəvi həyatın uyğunluğunu, mənəviyyatın insanların və cəmiyyətin həyatında tutduğu yeri və əhəmiyyəti açıqlayıb, qloballaşan dünyada milli mənəviyyatın qorunub saxlanması, inkişaf etdirilməsi məsələsinə toxunub, bunun yollarını göstərib.

Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla İlqaşov kitabın  təqdimatının yüksək səviyyədə təşkil olunmasına  görə rektor,  akademik Abel Məhərrəmova təşəkkür edib. Bildirib ki, Prezident İslam Kərimovun "Yuksək mənəviyyat - yenilməz güc" adlı kitabının Azərbaycan dilinə tərcüməsi və təqdimatının təşkil edilməsi ölkələrarası dostluq və əməkdaşlığın daha da genişləndirilməsinə, münasibətlərdə yeni səhifələr açılmasına təkan verəcək: "Özbəkistan müstəqillik əldə etdikdən sonra milli  kimlik, mənəvi zənginlik  dövlətin əsas prioritetlərindəndir", - deyən səfir  sadə  dildə  yazılmış  kitabın Prezident İslam Kərimovun öz analizləri, tədqiqatları əsasında qələmə alındığını  vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu günü həyatında əlamətdar hadisələrdən sayıb. İslam Kərimovla 20 illik dostluq tellərindən danışan Şeyx kitab qələmə alınmamış Özbəkistan Prezidenti ilə bu haqda söhbətlərinin olduğunu diqqətə çatdırıb və bütövlükdə kitabı təkcə özbək xalqının yox, bütün bəşər cəmiyyətinin gələcək rifahına xidmət edəcək əsər kimi səciyyələndirib. Özbək xalqının hər zaman Azərbaycanın yanında olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini dəstəklədiyini deyib.

Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov isə əsəri bütün xalqlar üçün əhəmiyyətli hesab edib. O, xüsusən Özbəkistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmadığını önə çəkib.

Milli Məclisin deputatı Nizami Cəfərov kitabın 4 əsas cəhəti haqqında danışıb. Qeyd edib ki, əsər mənəviyyatın fəlsəfi şərhi, mənəviyyatda müstəqillik, mənəviyyatın təhdidi və dövlətin, cəmiyyətin yüksəlişinin sütunu olan mənəviyyat məsələləri ilə xarakterikdir.

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvü, kitabın tərtibçisi və buraxılışa məsul Eldar Məmmədov, əsəri Azərbaycan dilinə tərcümə edən Yaşar Qasımbəyli də kitab haqqında fikir və mülahizələrini bildiriblər.

Pərvanə İBRAHİMOVA,
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov