Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 

Gəncə təhsili inkişaf yollarında

Bookmark and Share

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyev öz hakimiyyəti dövründə təhsilin inkişafına xüsusi diqqət yetirmiş, müəllimlik peşəsini ən şərəfli peşə adlandırmış, təhsil alanlara və təhsil verənlərə qayğı göstərmişdir. Sevindirici haldır ki, ulu öndərin kursu möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu gün uğurla və yaradıcılıqla davam etdirilir. Məhz ölkə Prezidentinin diqqəti, qayğısı və yaxından dəstəyi ilə 2003-cü ildən bəri Azərbaycanın təhsil sistemində çox ciddi islahatlar həyata keçirilmişdir. Bu müddətdə cənab Prezidentin sərəncamlarına əsasən, təhsil sahəsində 16 irimiqyaslı dövlət proqramı qəbul olunmuş və icra edilmişdir. Məktəb infrastrukturunun yeniləşdirilməsinə daha çox diqqət yetirilmişdir.

Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illərdə 300-dən çox yeni məktəb binası tikilmiş, 39 məktəb, 10 uşaq bağçası təmir olunmuşdur.

Son illərdə Gəncə şəhərinin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli iş görülmüş, 21, 13 və 38 nömrəli məktəblər üçün yeni binalar tikilmişdir.

 Bu il həmçinin 9, 11 və 42 nömrəli məktəblərdə əsaslı təmir işləri görülmüş, 30 və 43 nömrəli məktəblərin dam örtükləri təmir edilmiş, digər məktəblər isə kollektivlərin öz gücü ilə yeni dərs ilinə hazırlanmışdır. Məktəblərə ötən ildəkindən əlavə 15 fizika, 15 kimya laboratoriya komplekti verilmişdir.

Gəncədə yeni dərs ilində 39 mindən çox şagird təhsilə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 4500-ə yaxın müəllim məşğuldur.

Ötən dərs ili şəhərin təhsil müəssisələri üçün uğurlu olmuşdur. Belə ki, M.C.Paşayev adına 39 nömrəli məktəb ölkə başçısının sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş və 10000 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Şagirdlərin əksəriyyəti dərs ilini müvəffəq qiymətlərlə başa vuraraq yuxarı siniflərə keçirilmiş, XI sinif şagirdlərinin 87,5 faizi, IX sinif şagirdlərinin isə 90 faizi mərkəzləşdirilmiş qaydada test imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestat və ümumi orta təhsil haqqında şəhadətnamə almışlar.

Məzunların ali məktəblərə qəbulu vəziyyəti də ürəkaçan olmuşdur. Belə ki, builki məzunlardan attestat almış 2386 nəfərdən 2068-i qəbul imtahanlarında iştirak etmiş, onlardan 715-i tələbə adını qazanmışdır ki, bu da abituriyentlərin 35,06 faizini təşkil edir və keçən ildəkindən 4 faiz çoxdur. Yüksək bal toplayan abituriyentlərin sayı da ötən ilə nisbətən xeyli artmışdır. 500-dən çox bal toplayan abituriyentlərin sayı bu il 159 nəfər, 600-dən yüksək bal toplayanların sayı isə 40 nəfər olmuşdur. 46 nömrəli məktəbin məzunu Qurbanova Aybəniz Elman qızı şəhər üzrə ən yüksək - 680 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur. Həmişə olduğu kimi, 2, 4, 11, 14, 17, 32, 39 və 46 nömrəli məktəblər bu il də öz nailiyyətlərini qoruyub saxlaya bilmişlər.

Ötən dərs ili məktəblilər üçün olimpiadalar, müsabiqələr və yarışlarda qazandıqları uğurlarla da yaddaqalan olmuşdur.

Sevindirici haldır ki, ildən-ilə respublika və beynəlxalq səviyyəli olimpiadalarda iştirak edib, qalib olan şagirdlərin sayı artıb. 5 il bundan əvvəlki statistikaya görə sözügedən yarışlarda qaliblər olmadığı halda, bu il fənn olimpiadalarının respublika mərhələsində 4 nəfər Gəncə məktəblisi - 5, 21, 22, 39 nömrəli məktəblərin şagirdləri Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi və riyaziyyat fənləri üzrə qalib olmuşdur. 3 nəfər məktəbli - 19, 22, 29 nömrəli məktəblərin şagirdləri IV İNEPO Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına qatılaraq İnternet vasitəsilə aparılan seçim turunu qalibiyyətlə keçmiş, olimpiadanın yekun mərhələsində uğurla çıxış etmişlər. Ümumdünya Poçt İttifaqının xətti ilə keçirilən inşa müsabiqəsində 20 və 44 nömrəli məktəblərin şagirdləri respublikada ən yüksək nəticələrə nail olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə VII-XI sinif şagirdləri arasında "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin respublika mərhələsinin Bakı şəhərindəki yekun turunda 5 nömrəli orta məktəbin X sinif şagirdi Ənvərzadə Ənvər İlham oğlu iştirak edərək I yeri tutmuşdur.

2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı təhsil müəssisələrində tamaşalar, konsertlər, uşaqların əl işlərindən ibarət sərgilər keçirilmişdir. Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların iştirakı ilə "Nağıl" müsabiqəsi keçirilmiş və yekunlaşdırılmışdır.

Son illər idmanın müxtəlif növlərində də Gəncə məktəbliləri diqqətçəkən müvəffəqiyyətlər qazanmışlar.

Belə ki, ağır atletika üzrə 3 nəfər respublika çempionu, kinq-boksinq üzrə 3 nəfər dünya, 7 nəfər respublika çempionu, sambo üzrə 3 nəfər, sərbəst güləş üzrə 2 nəfər, cüdo üzrə 2 nəfər, karate üzrə 5 nəfər, şahmat üzrə 4 nəfər, dama üzrə 1 nəfər respublika çempionu, poverliftinq üzrə 5 nəfər dünya çempionu adını qazanmışdır. Onlardan bir çoxu Avropa və beynəlxalq turnirə vəsiqə qazanmış və hazırda həmin məsul mərhələyə hazırlaşırlar.

Müharibə şəraitində yaşayan ölkəmiz üçün bu gün ən mühüm vəzifədən biri gənc nəslin sağlam və gümrah böyüməsini təmin etməkdən, onların hərbi-vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə təşkil etməkdən, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyətini yüksəltməkdən və orduya xidmətə yola salınan gənclərdə ilkin hərbi hazırlıq vərdişləri aşılamaqdan ibarətdir. Son illərdə bu vacib sahənin həm şəhər icra hakimiyyətinin, həm də təhsil idarəsinin diqqət mərkəzində saxlanması sayəsində müəyyən irəliləyiş əldə edilmişdir. Hər dərs ilinin sonunda gənclər öyrəndiklərini şəhər ictimaiyyətinin gözü önündə nümayiş etdirir.

Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində də ötən tədris ilində müəyyən irəliləyiş əldə olunmuşdur. Təhsil idarəsinin tabeliyində 42 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdəki 229 qrupda 4350 uşağın təlim-tərbiyəsi ilə 412 tərbiyəçi məşğul olur. 49  məktəbəhazırlıq  qrupunda hazırlıq  keçmiş 1100  uşaq  bu il I sinfə qədəm qoyub. 2, 26, 34, 39, 46, 47, 53 nömrəli uşaq bağçalarında iş daha  yaxşı təşkil olunmuşdur. Təsadüfi deyil ki, artıq ənənəyə çevrilmiş nağıl müsabiqəsində bu il də məhz həmin müəssisələrin körpə fidanları "Nağıl-2010"un qalibi kimi tanınmışlar.

Şəhər təhsil idarəsinin tabeliyində 8 məktəbdənkənar müəssisə - 3 UGİM, uşaq yaradıcılıq mərkəzi, şahmat məktəbi, ekologiya mərkəzi, gənc texniklər stansiyası, gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Bu müəssisələrdə təşkil olunmuş 718 qrupda 8402 şagird müxtəlif bölmələrdə məşğul olur və 424 müəllim-məşqçi işləyir.

Təhsilin keyfiyyətinin yüksəldilməsində, müəllimlərə lazımi elmi-metodiki köməklik göstərilməsində, yeni fənn kurikulumlarının tətbiqində şəhər təhsil idarəsi metodiki mərkəzinin xidmətləri böyükdür. Etiraf etmək lazımdır ki, son ildə metodiki mərkəzin fəaliyyətində əsaslı canlanma başlanmış, bu qurum müəllimlərin ən çox müraciət etdikləri bir yerə çevrilmişdir. Xüsusilə yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə işləyən müəllimlər metodiki mərkəzin xidmətindən yararlana bilirlər. Son dövrlərdə burada müxtəlif mövzularda monitorinqlər keçirilir, "açıq dərs"lər təşkil olunur, dayaq məntəqələrinin işi canlandırılır.

Sadalanan uğurlar, ilk növbədə ölkə başçısının təhsilə isti münasibətindən, bu sahəni prioritet elan etməsindən, gündəlik diqqət və qayğısından, buna uyğun olaraq Təhsil Nazirliyinin öz fəaliyyətini yeni tələblər əsasında qura bilməsindən və şəhər rəhbərliyinin dəstəyindən qaynaqlanır. İnanırıq ki, təhsilə bu cür münasibət yeni dərs ilində Gəncənin təhsil işçilərinin uğurlarını daha da artıracaq.

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov