Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 

TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir

Bookmark and Share

Məlum olduğu kimi, 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində müxtəlif fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyət göstərir. Həmin seminarların əsas vəzifəsini fənlər üzrə qəbul imtahanlarının məzmununa aid materialların işlənib hazırlanması, test toplularının tərtibi, İnternet vasitəsi ilə müxtəlif informasiya xidmətlərinin göstərilməsi və digər istiqamətlərdə sistemli elmi-metodik işlərin aparılması təşkil edir. Hər il olduğu kimi, bu il də oktyabrın 1-dən seminarlar öz işinə başlayacaq. Bəs son illər, xüsusən də ötən dərs ilində sözügedən elmi-metodiki seminarların fəaliyyəti nə ilə əlamətdar olub? Yeni dərs ilində onların işində nə kimi yeniliklər gözlənilir? Əməkdaşımız həmin suallarla seminarların təşkilatçısı və TQDK-da onların fəaliyyətini tənzimləyən Orta təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun müdiri Afiqə Batıyevaya müraciət etmişdir. A.Batıyeva demişdir: 

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il müxtəlif təyinatlı imtahanlar keçirir. Buna görə də komissiyanın  fəaliyyətinin əsas istiqamətlərindən birini imtahanın məzmunu ilə bağlı materialların hazırlanması və qəbul imtahanına hazırlaşan gənclərə elmi-metodiki kömək təşkil edir. İmtahanların məzmununa aid materiallar dedikdə qəbul proqramlarının, imtahan suallarının,  yeni test modellərinin işlənib hazırlanması nəzərdə tutulur.

 Elmi-metodiki iş silsilə tədbirlər şəklində, ilboyu  ardıcıl həyata keçirilir. Buraya fənlər üzrə elmi-metodiki, statistik təhlilli materialların hazırlanması, onlara dair ekspert şərhləri, çətin test tapşırıqlarına müvafiq izahların verilməsi, dərs vəsaitləri, test topluları, yeni elektron dərs vəsaitlərinin tərtibi, İnternet vasitəsilə informasiya xidmətlərinin göstərilməsi və s. daxildir.

Bu işlər  bilavasitə TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda həyata keçirilir.

Fənn seminarları Dövlət Komissiyasında 16 il bundan əvvəl təşkil edilib. Hazırda komissiyada 14 fənn üzrə elmi-metodiki seminar fəaliyyət göstərir. Ötən  illər ərzində elmi-metodiki seminarların işi xeyli təkmilləşib, fəaliyyət dairəsi genişlənib.Onların işində iştirak edən mütəxəssislərin sayı ildən-ilə artır. Hazırda seminarlarda 2000-dək orta və ali məktəb müəllimi, tanınmış alimlər, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, metodistlər iştirak edirlər. Bu seminarlar respublikanın pedaqoji ictimaiyyəti üçün açıqdır. Arzu edən hər bir şəxs TQDK-nın Orta təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunda qeydiyyatdan keçərək,  müvafiq seminarın işində iştirak edə bilər.

Qeyd edim ki, indiyədək seminarlarda əsas etibarı ilə Bakı və Sumqayıt şəhərlərindən olan təhsil işçiləri iştirak edirdilər. Lakin artıq Naxçıvan MR-də, Gəncədə, Lənkəranda, Şəkidə və Qubada da TQDK-nın regional bölmələri fəaliyyət göstərir. Bu bölmələrin fəaliyyətinin əsas istiqamətlərindən biri həmin bölgələrdə elmi-metodiki seminarların təşkilidir. Ötən dərs ilində TQDK-nın aparıcı ekspertlərinin iştirakı ilə ilk dəfə olaraq respublikanın müxtəlif bölgələrində - Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba və Ağstafa şəhərlərində Azərbaycan dili, riyaziyyat, fizika və tarix fənləri üzrə eimi-metodiki seminarlar keçirilmiş və İnternet proqramlarının tətbiqi sayəsində TQDK ilə canlı videobağlantılar təşkil edilmişdir. Qeyd olunan bölgələrin müəllimlərinin iştirakı ilə keçirilən seminarlarda qəbul proqramlarının müzakirəsi aparılmış, qəbul imtahanlarında istifadə edilmiş  test tapşırıqları təhlil edilmiş, test tərtibi metodikası ilə bağlı treninqlər keçirilmişdir.Bu seminarlardan sonra bölgələrdən olan test tərtibçilərinin sayı  artmışdır. Nəticədə builki qəbul imtahanları üçün sual kitabçalarının hazırlanması bunkerinə Lənkəran rayonunun Şürük kənd orta məktəbinin  riyaziyyat müəllimi Namiq Bağırov dəvət edilmişdir. Yeri gəlmişkən qeyd edim ki, ötən il Gəncə şəhərindən ingilis dili müəllimi Kənan Tahirov da bunkerə dəvət olunmuşdu. Biz istərdik ki, digər bölgələrdən də tədris prosesində müəyyən nailiyyətləri olan, fənnini dərindən bilən, testologiyadan xəbəri olan müəllimlər seminarların işində fəal iştirak etsinlər, test tərtibi metodikasına yiyələnsinlər. Belə olan təqdirdə gələcəkdə onlar da bunkerə dəvət oluna, test tapşırıqlarının ekspertizasında iştirak edə bilərlər.

2010-cu il oktyabrın 1-dən seminarlar öz işinə başlayır. Bu barədə artıq ali məktəblərə, Bakı və Sumqayıtın təhsili idarəetmə orqanlarına rəsmi məktub göndərilmiş, TQDK-nın İnternet saytında  ətraflı məlumat yerləşdirilmişdir. Seminarlar ayrı-ayrı fənlər üzrə  eyni vaxtda həm TQDK-nın binasında, həm də  bütün regional bölmələrdə keçiriləcək və videobağlantılar təşkil olunacaqdır. Regional bölmələrin ünvanları belədir: Naxçıvan şəhəri, Nizami küçəsi, 10; Gəncə şəhəri, Heydər Əliyev meydanı, İcra hakimiyyətinin inzibati binası; Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 52; Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182; Quba şəhəri, Fətəlixan küçəsi, 8.

Fəaliyyəti çoxşaxəli olan fənn seminarlarında bir neçə istiqamətdə iş aparılır.

Məlumat üçün bildirim ki, TQDK imtahanın  məzmunu ilə bağlı materialların hazırlanmasında başlıca standart kimi orta ümumtəhsil məktəblərində  fənlər üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri  əsas götürür. Bunlar  əsasında elmi-metodiki seminarlarda ayrı-ayrı ixtisas qruplarının profil xüsusiyyətləri nəzərə alınmaqla  qəbul proqramları hazırlanır.  

Seminarlarda  ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında ayrı-ayrı fənlərdən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki və statistik təhlili aparılır, bunun nəticəsində qəbul imtahanları üçün yeni test modelləri hazırlanır.

Son illər test modellərində daha çox məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə, hadisə və proseslərin mahiyyətinin dərk edilməsinə əsaslanan tapşırıqlara üstünlük verilir. Bu da təbiidir. Çünki  müasir dövrdə həm dünyada, həm də respublikamızda əmək bazarına  bütün istiqamətlər üzrə  yüksək məntiqi təfəkkürə malik, qazanılmış bilikləri praktikada  tətbiq etməyi bacaran mütəxəssislər lazımdır. Ona görə də qəbul imtahanlarında belə  test tapşırıqlarına  üstünlük verilir.

Qəbul proqramları və test modelləri  hər il yanvar ayında "Abituriyent" jurnalının birinci sayında çap olunur. Beləliklə, hələ ilin əvvəlindən həmin ildə ali məktəblərə qəbul imtahanlarında hansı tipli, nə kimi mürəkkəblik dərəcəsinə malik test tapşırıqlarının ola bilməsi haqqında ictimaiyyətə məlumat verilir. Test modelinin  tiplərinə uyğun test tapşırıqları sınaq imtahanlarında yoxlanılır.

Elmi-metodiki və statistik təhlil nəticəsində həmçinin, abituriyentlərin qəbul imtahanında  zəif cavab verdikləri test tapşırıqları müəyyənləşdirilir, xarakterik səhvlər araşdırılır və onların  izahına dair metodiki tövsiyələr  hazırlanır. Bu tövsiyələr də hər il   "Abituriyent" jurnalının ikinci  sayında dərc olunur.  Təcrübə göstərir ki, belə  materiallar imtahana hazırlaşmaqda abituriyentlərə çox kömək edir və öz müsbət təsirini göstərir.

Məlumdur ki, təlimin qarşısında duran mühüm vəzifələrdən biri şagirdləri özünütəhsilə - müstəqil təhsilə hazırlamaqdır. TQDK bunu nəzərə alaraq,  fənlər üzrə qəbul proqramlarının  məzmun və tələbinə  uyğun olan vəsaitlər   hazırlayıb nəşr edir. "Kimya", "Riyaziyyat", "Fizika", "Tarix" , "Coğrafiya","Rus dili", "İngilis dili", "Alman dili", "Azərbaycan dili", "Ədəbiyyat" və "Biologiya" ("Botanika") vəsaitlərini buna misal göstərə bilərəm. Digər fənlərdən də vəsaitlər yaxın vaxtlarda işıq üzü görəcəkdir. Bu vəsaitlər  abituriyentlərin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, sistemləşdirir və qəbul proqramı üzrə biliklərin möhkəmləndirilməsi üçün təkrarlamada əhəmiyyətli rol oynayır. Vəsaitlər abituriyentlərə öz üzərlərində müstəqil çalışmaq imkanı verir. Çünki burada nəzəri materialla bərabər, həm də kifayət qədər məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini tələb edən test tapşırıqlarının izahlı şərhləri də verilir.

Bundan əlavə, TQDK-da siniflər üzrə orta məktəb dərsliklərinə, tədris proqramlarına tam uyğun olan test topluları da hazırlanmışdır. Həmin toplulardakı test tapşırıqları tədris proqramındakı yarımillik və illik materiallara  müvafiqdir. Mənə elə gəlir ki, bu toplular orta məktəbdə formativ və summativ qiymətləndirmənin aparılması üçün çox faydalı materiallardır.Eyni zamanda, siniflər üzrə test toplularının elektron versiyaları hazırlanıb abituriyentlərin istifadəsinə verilmişdir.

Hər il seminarlarda həm vəsaitlər, həm də test topluları üzərində təkmilləşdirmə işləri aparılır, cari ildə tədris proqramları və dərsliklərdə edilmiş dəyişikliklər nəzərə alınır. Yeri gəlmişkən qeyd edim ki, qəbul imtahanları üçün  testlər bankı da hər il təkmilləşdirilir və yeni yazılmış test tapşırıqları hesabına zənginləşdirilir.

Seminarlarda aparılan işin bir istiqaməti də dərsliklərin müzakirəsidir. Cari ildə respublikanın orta ümumtəhsil məktəblərində qüvvədə olan dərsliklər geniş müzakirə olunur. Həmin müzakirələrin nəticəsi Təhsil Nazirliyinə göndərilir. Nazirlikdə onlara baxılır və dərsliklər yenidən nəşrə hazırlanarkən nəzərə alınır.

Eyni zamanda seminarlarda dünyanın müxtəlif ölkələrində qəbul imtahanlarında istifadə olunan  testlər də mütəmadi olaraq təhlil olunur və lazımi nəticələr çıxarılır. Məsələn, ötən illərdə Türkiyə Respublikası, ABŞ, İngiltərə, Avstraliya, Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan, Litva və s. ölkələrin materialları təhlil edilmişdir.

Seminarlarda habelə test tərtibi  ilə bağlı mühazirələr də təşkil olunur.

Mühazirələrdə məqsəd seminara yeni gələn mütəxəssislərə test tərtibinin elmi-metodiki prinsipləri və onlara verilən tələblər, yəni onların mürəkkəblik  dərəcəsi və qabiliyyət göstəriciləri barədə məlumat verməkdir. Axı hər il seminarların tərkibi yeni mütəxəssis və müəllimlər hesabına yeniləşir.

2010-2011-ci tədris ilində ali məktəblərə tələbə qəbulu imtahanlarında yenilik olaraq açıq tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur. Bu barədə 2010-cu il "Abituriyent" jurnalının 1-ci sayinda test tapşırıqlarının nümunələri verilmişdir. Bu il də seminarlarda qapalı və açıq testlərin tərtibi metodikası ilə bağlı mühazirələr təşkil olunacaq və treninqlər keçiriləcəkdir.

TQDK-da həyata keçirilən bütün bu işlər beynəlxalq standartlara tam uyğundur. Bunu dəfələrlə komissiyada olan və audit aparan beynəlxalq ekspertlər də qeyd ediblər. MDB məkanında ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə 2007-ci ilin sentyabr ayında və 2009-cu ilin may ayında Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (İAEA) 33-cü Beynəlxalq Konfransı və "Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda regional konfrans keçirilmişdir. Konfransın təşkilinin TQDK-ya həvalə olunması təsadüfi deyil. Bu, təhsildə qiymətləndirmə sahəsində dünyada ən nüfuzlu təşkilatın TQDK-nın biliyin qiymətləndirilməsi sahəsində apardığı işləri yüksək dəyərləndirməsi ilə əlaqədardır.

Sonda mən respublikanın pedaqoji ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, üzümü müəllimlərə tutaraq onları elmi-metodiki seminarlarda  yaxından iştiraka dəvət edirəm.

Seminarlarda iştirak etmək istəyənlərin diqqətinə onun cədvəlini də çatdırıram.

Ayrı-ayrı fənlər üzrə ülmi-metodiki seminar məşğələlərinin cədvəli

 
Fənnin adı Həftənin günü Başlama vaxtı
1. Ana dili və ədəbiyyat I 13:00
2. Azərbaycan dili (rus bölməsi üçün) I 15:00
3. İngilis dili I 11:30
4. Alman dili I 14:00
5. Fransız dili I 15:00
6. Kimya II 10:00
7. Fizika III 10:00
8.

������� ���� � ����������

III 14:00
9. Rus dili (Azərbaycan bölməsində xarici dil kimi) III 15:30
10. Şərq dilləri III 15:30
11. Tarix IV 11:00
12. Biologiya IV 09:00
13. Coğrafiya V 10:00
14. Riyaziyyat V 15:00
 

Bir daha vurğulamaq istəyirəm ki, seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  Orta təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi  sektoruna müraciət edib, qeydiyyatdan keçməlidirlər.  

Qələmə aldı: Y.ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov