Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 

Yeni nəşrlər

Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait

Bookmark and Share

Son illər təhsilimizdə baş verən yeniliklər, təlimin təşkilinə innovativ yanaşmalar, onun forma və üsullarının təkmilləşdirilməsi yönündə atılan addımlar müəllimlərin fəallığını artırmış, yaradıcı axtarışlarını gücləndirmişdir. Hazırda təhsil müəssisələrimizdə daha çox tətbiq olunan fəal təlim, müasir, interaktiv təlim metod və üsulları, qeyri-ənənəvi dərslər və bir çox digər innovasiya elementlərini məhz həmin axtarışların nəticələri kimi qiymətləndirmək olar. İndi dərslərini fəal təlimin prinsip və tələbləri əsasında quran, təlimdə yeni texnologiyalardan geniş istifadə edən, işinə yaradıcı yanaşan müəllimlər çoxdur. Belə müəllimlərdən biri də Bakı şəhərindəki 30 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Mirzəyevadır. Gənc müəllim daim fəal təlim metodlarından tədris prosesində istifadənin yollarının axtarışındadır. Onlara yaradıcı yanaşır, hər mövzuya uyğun metod və üsulların seçilməsində və tətbiqində maraqlı təcrübəyə malikdir.

Ş.Mirzəyeva bu təcrübəsini  "açıq dərs" verməklə, pedaqoji mətbuat vasitəsi ilə digər həmkarları ilə də tez-tez bölüşür. Onun iş təcrübəsinə dair məqalələri, metodik tövsiyələri vaxtaşırı olaraq "Azərbaycan müəllimi" qəzetində, "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalında dərc edilir və həmkarları tərəfindən rəğbətlə qarşılanır.

Yaradıcı müəllimin həmin materiallarının, əsasən də metodik tövsiyələrinin toplandığı ilk kitabı bu günlərdə işıq üzü görmüşdür. "Azərbaycan dili və ədəbiyyatının tədrisində yeni təlim texnologiyalarından istifadə" adlanan bu kitabda (Adiloğlu, Bakı, 2010. Redaktoru Məhəmməd Baharlı) Ş.Mirzəyevanın Azərbaycan dili və ədəbiyyatdan müxtəlif mövzuların tədrisində yeni təlim texnologiyalarının tətbiqi imkanlarını açıb göstərən 5 metodik tövsiyəsi yer almışdır. Kitabına yazdığı "giriş"də müəllif fəal dərsin səmərəliliyini artırmağı təmin edən şərtlərdən, dərsin quruluşundan söz açır, "fəal dərsin induktiv və deduktiv tədqiqat" kimi 2 növünün daha çox yayıldığını qeyd edir, oxuculara hər iki dərs nümunələrinin təqdim olunduğunu bildirir. Yazılarda maraqlı tövsiyələr irəli sürülür ki, onlardan da hər bir müəllimin faydalana biləcəyi şübhəsizdir. 

Y.ƏLİYEV

 
Nömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov