Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib

Bookmark and Share

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin dekanı Mustafa Ağqaya və həmin fakültənin müəllimi Cavid Abdullazadəni qəbul edib.

Akademik Abel Məhərrəmov universitetin yaranma tarixindən, inkişaf mərhələlərindən, digər ali məktəblərin və Azərbaycan Elmlər Akademiyasının formalaşmasındakı rolundan, beynəlxalq əlaqələrindən, o cümlədən qardaş ölkənin təhsil ocaqları ilə münasibətlərdən danışıb.

Akademik görüşün əsas məqsədinin hüquq fakültəsində təhsil alan tələbələrin, əsasən də türk tələbələrin diplomlarının tanınması məsələsi olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin lBir millət, iki dövlət� fikrini xatırladan rektor qardaş dövlətlər arasında problemlərin yolverilməz olduğunu bildirib. Azərbaycanda təhsil alan 5000 tələbədən 1000 nəfərinin universitetin payına düşdüyünü söyləyən rektor, hüquq fakültəsi istisna olmaqla, digər fakültələrin diplomlarının tanındığını vurğulayıb. Türkiyənin Azərbaycana göndərdiyi tələbənin diplomunu tanımaması normal hal deyil. Problemin həlli üçün təkliflər irəli sürən rektor müəyyən dərs fərqlərini aradan qaldırmaq, tədris proqramlarını uyğunlaşdırmaq və ikili diplom məsələsini gündəmə gətirməklə problemi həll etməyin mümkünlüyündən danışıb.

Təhsil nazirinin müavini Elmar Qasımov Türkiyə təhsil sistemindən, bu ölkədə tələbə qəbulu prosesindən, xarici tələbələrə yaradılan şəraitdən bəhs edib. Diplomların tanınması məsələsinə gəldikdə isə nazir müavini dünyada belə problemin olmadığını, sadəcə diplomların həqiqiliyini tanıma məsələsinin olduğunu önə çəkib. Nazir müavini E.Qasımov müzakirələrin nəticəsi olaraq yaxın vaxtlarda problemin həllinə ümid etdiyini bildirib.

Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu Türkiyədə keçirilən qəbul imtahanlarına edilən dəyişiklikdən danışıb. Məlum olub ki, imtahanlar iki mərhələlidir və xaricdə təhsil almaq istəyən tələbələr üçün şərtlər bir qədər sərtləşdirilib. Belə ki, hər iki mərhələdə nəzərdə tutulmuş bal həddini keçə bilməyən tələbə xaricə göndərilməyəcək. Müşavir də, öz növbəsində, bu məsələyə önəm verdiklərini, müəyyən işlər gördüklərini və problemin yaxın vaxtlarda həll ediləcəyinə inandığını bildirib.

Ankara Universitetinin prorektoru Arqun Karacabəy Cümhuriyyət dönəmində Atatürkün tövsiyəsi ilə qurulan universitet haqqında məlumat verib, müzakirə edilən məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Onun sözlərindən məlum olub ki, dərslər arasında çox az fərq var və qısa müddətdə onu aradan qaldırmaq mümkündür. Bunun üçün Ankara Universitetinin müəllimlərini BDU-ya ezam etmək, bu ali məktəbin tələbələrinə fərq dərsi verməklə problemi yoluna qoymaq olar. Ankara Universitetinin hüquq fakültəsinin dekanı Mustafa Ağqaya isə bildirib ki, Azərbaycanda təhsil alan tələbələrin Türkiyədə akademik səviyyədə fəaliyyətlərini davam etdirməkdə problem yoxdur. Sadəcə onlar hakimlik, notariat və prokurorluq sistemində işləyə bilməzlər. Həmin fakültənin müəllimi Cavid Abdullazadə fərqin 8-12 saat dərs arasında olduğunu, bunun həllinin isə mümkünlüyünü bildirib.

İrəli sürülən təkliflərlə razılaşan tərəflər qərara alıblar ki, problem tədris proqramlarının yaxınlaşdırılması və ortaq proqramların hazırlanması, birgə dərslik və proqramların yazılması ilə həll oluna bilər. Sonda problemin həlli üçün belə görüşlərin davamlı olması qərara alınıb.

Sonradan görüş geniş tərkibdə davam etdirilib. Ankara Universitetinin nümayəndə heyəti BDU-nun hüquq fakültəsinin dekanı, kafedra müdirləri və müəllimləri ilə bir araya gəlib, fikir mübadiləsi aparıblar.  

P.İBRAHİMOVA,
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov