Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı

Bookmark and Share

Sentyabrın 28-də  Bakı Slavyan Universitetində BSU ilə Türkiyənin Qazi Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor  Kamal Abdullayev bildirdi ki, bu gün universitetin dünyanın bir çox tanınmış təhsil ocaqları  ilə sıx əlaqələri mövcuddur. BSU artıq Türkiyə Respublikasının Qafqaz Universiteti (Qars), Ankara Universiteti (Ankara), Akdeniz Universiteti (Antalya), İstanbul Kültür Universiteti (İstanbul), Qazi Universiteti (Ankara) və digər nüfuzlu təhsil və elm ocaqları ilə əməkdaşlıq edir. Bu gün Türkiyənin məşhur Qazi Universitetinin rektoru, professor Rıza Ayhan və digər qonaqların iştirakı ilə 2005-ci ildə iki universitet arasında bağlanmış müqavilənin  vaxtı başa çatdığından yeni əməkdaşlıq müqaviləsi imzalanacaq.

K.Abdullayev qeyd etdi ki, ötən illər ərzində  mövcud müqavilə iki    universitet arasında elm, təhsil, mədəniyyət sahəsində  daha yüksək əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, müştərək elmi  konfrans  və  seminarların təşkil olunması üçün əsas rolu oynamışdır.

Bu gün bağlanacaq müqavilədə elm və təhsil sahəsində əməkdaşlıqla bərabər, Bakı Slavyan Universitetinin professor- müəllim kollektivinin Qazi Universitetinin tərkibində fəaliyyət göstərən, dünya  standartlarına cavab verən, son texnologiyalarla təchiz edilmiş tibbi klinikada pulsuz müalicə alması da  nəzərdə tutulmuşdur.

Sonra  Qazi Universitetinin rektoru, professor Rıza Ayhan çıxış etdi. O, Azərbaycanda  olmağından və BSU ilə əməkdaşlıq etmələrindən çox  məmnun olduğunu bildirdi və iki universitet arasında bağlanan əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən  ətraflı danışdı.

Həmin gün iki universitet arasında yeni əməkdaşlıq müqaviləsi imzalandı və   qonaqlar BSU ilə yaxından tanış oldular . 

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov