Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Yeni qəbul olunan müdavimlərlə görüş

Bookmark and Share

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında cari tədris ilində rəhbər kadrların ixtisasının artırılması fakültəsinə  qəbul edilən 75 dövlət qulluqçusu ilə görüş keçirildi. Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev açaraq yeni qəbul olunan müdavimləri təbrik etdi, onlara təhsil illərində uğurlar arzuladı.

Ali təhsil ocağının respublikamız üçün idarəçilik sahəsində peşəkar kadrların hazırlanması istiqamətində önəmli rolu olduğunu xüsusi qeyd edən prorektor akademiyanın ötən müddət ərzində əldə etdiyi nailiyyətlərdən danışdı. Qeyd olundu ki, bu gün Azərbaycan sürətlə inkişaf edən bir ölkə olaraq dövlət qulluqçuları qarşısında mühüm vəzifələr  qoyur. Həmin vəzifələri uğurla və səmərəli icra etmək üçün dövlət qulluqçularının dünyanın və cəmiyyətin sürətlə yeniləşən biliklərindən geniş məlumatı olmalıdır.

Dövlət qulluqçusu öz biliyi və xidməti davranışı ilə başqalarına nümunə olmalı və dövlət maraqlarını hər şeydən ali tutmalıdır. Bu isə ancaq elmi biliklərin idarəetmədə tətbiqi yolu ilə mümkün ola bilər. Məhz zəruri olan bilikləri və keyfiyyətləri qazanmaq və artırmaq üçün dövlət qulluqçusunun yeni bilgiləri mənimsəməsi zəruridir. Görüş iştirakçılarına bununla bağlı bir sıra tövsiyələr verən Əlikram Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasında həyata keçirilən tədbirlərdən söz açdı. Ulu öndər Heydər Əliyevin təhsilə və elmə göstərdiyi diqqət və qayğıdan danışan  natiq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilimizin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırdı.

Çıxışının sonunda ölkəmizin gələcəyinin bugünkü  gənc kadrlardan asılı olduğunu qeyd edən prorektor bu işə akademiyada təhsil alan müdavimlərin ciddi yanaşacaqlarına, əldə etdikləri bilik və bacarıqları ilə idarəçilik  sahəsinin inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirdi.

Sonra akademiyanın Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Tofiq Rəsulov, Politologiya və siyasi idarəetmə kafedrasının müdiri, professor Nigar Ələkbərova, Tarix kafedrasının dosenti Musa Quliyev, İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri, dosent Roza Əliyeva, Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti Ağamehdi Mehtəliyev, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov, Dillər kafedrasının müdiri, professor  Akif Bayramov, Dövlət idarəetməsi və menecment kafedrasının müdiri, dosent Eldar Azadov və Dövlət qulluğu və kadr siyasəti kafedrasının baş müəllimi Eldar Aslanov tərəfindən təqdimatlar edildi. Çıxış edənlər  hər bir kafedranın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat  verməklə yanaşı , onlara dərs deyəcək  professor-müəllim heyəti ilə müdavimləri tanış etdilər.

Çıxış üçün söz alan Rəşad Babayev ilk gündən belə səmimi qarşılandıqlarına, onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının rəhbərliyinə müdavimlər adından təşəkkür etdi. O, üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini və qarşılarında duran mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını bildirdi.

Görüşdən sonra  müdavimlər ayrı-ayrı kafedralar tərəfindən hazırlanaraq nəşr olunmuş   kitablardan ibarət sərgi ilə tanış oldular. 

Samirə KƏRİMOVA 

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov