Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"

Bookmark and Share

Bu dünyaya göz açan hər bir insan öz yaxşı əməlləri ilə xalqın gözündə yüksəlir. Çalışır ki, millətinə, dövlətinə fayda versin. Belə insanlardan biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol və tennis kafedrasının müdiri, əməkdar idman xadimi, Prezident təqaüdçüsü, professor Oqtay Ağayevdir. O, 1936-cı ildə Bakı şəhərində anadan olub. Ömrünün böyük hissəsini idmanın voleybol növünə həsr edən Oqtay müəllimin beynəlxalq arenalarda bir çox uğurları olmuşdur. Təsadüfi deyil ki, o, sovetlər dönəmində Azərbaycan  yığmasının tərkibində SSRİ kubokunun sahibi olmuş  yeganə azərbaycanlı kimi SSRİ yığması ilə bir çox uğurlara imza atmışdır. O.Ağayev bir çox Şərq ölkələrində məşqçi kimi də fəaliyyət göstərmiş və əməkdar məşqçi adına layiq görülmüşdür. ADBTİA-nın 80 illik yubileyi ərəfəsində tanınmış idman mütəxəssisi ilə görüşüb müsahibə aldıq.

- Oqtay müəllim, voleybolu seçməyinizi necə xatırlayırsınız?

- O dövrdə evimizin yanında kiçik bir voleybol meydançası var idi. Bütün uşaqlar kimi mən də ora gedib voleybol oynayardım. Bir gün bir nəfər mənə yaxınlaşaraq "voleybolçu olmaq istəyirsən", - deyə sual verdi.  Mən arzumu bildirdim. Səhəri gün onunla vədələşdiyim idman klubuna getdim. Sonralar bildim ki, bu şəxs görkəmli məşqçi Şamil Şamxalov imiş. Bununla da mənim voleybol karyeram başladı.

- Ölkəmizdə voleybolun tarixi nə vaxtdan başlamışdır?

-Ümumiyyətlə, bu oyun növü ilk dəfə Amerikada 1895-ci ildə kollec müəllimi Vilyam Morqan tərəfindən yaradılmış, sonra isə Avropaya yayılmışdır. Azərbaycanda isə voleybolun tarixi sovetlər birliyi dövrünə təsadüf edir.

- Voleybolçu olmağınızı yaxınlarınız necə qarşıladılar?

-Bilirsiniz, o dövrdə vəziyyət bir az fərqli idi. Belə ki, müharibədən yeni çıxmış ölkədə camaatın vəziyyəti heç də yaxşı deyildi. Cavanların bir qismi heç də yaxşı olmayan işlərə meyil edir, bəziləri isə tüfeyli həyat sürürdülər. Mən isə digər yaşıdlarım kimi idmanla məşğul olurdum və gündən-günə şöhrətim artırdı. Bu, valideynlərimi və yaxınlarımı, şübhəsiz ki, sevindirirdi. İnanırsınız, küçədə getmək mümkün deyildi. Tanıyanlar mənimlə söhbətləşmək istəyir,  avtoqraf yazmağımı xahiş edirdilər.

- Azərbaycan voleybolunun bu günü və sabahı haqqında fikirləriniz?

-Azərbaycan voleybolu ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük bir inkişaf yolundadır. Bu gün idmanın bütün sahələrində olduğu kimi, voleybola da dövlət tərəfindən müəyyən vəsaitlər ayrılır, maddi-texniki bazalar yaradılır. Mən qətiyyətlə deyərdim ki, dünyanın heç bir ölkəsində bizim dövlətimiz qədər idmana qayğı göstərilmir. Bunun da bariz nümunəsidir ki, son illər istər olimpiadalarda, istərsə də müxtəlif turnirlərdə yüksək nəticələr əldə olunur. Son illər qadınlardan ibarət voleybol yığmamız və klublarımız respublikamızı beynəlxalq arenalarda layiqincə təmsil edirlər. Təsadüfi deyil ki, istedadlı məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi "Azəreyl" komandası "Topkomandalar kuboku"nun sahibi olmuşdur. Bu, Azərbaycan voleybolunun böyük uğurudur.

- İdman karyeranızda ən yaddaqalan oyunu necə xatırlayırsınız?

-Əhəmiyyətli oyunların çoxu yadımdadır. Ancaq 1957-ci ildə Azərbaycan SSR yığması ilə SSRİ kubokunu qazandığımız oyunlar xatirimdən silinməz. Həmin mövsüm komandamız çox gözəl oyun nümayiş etdirirdi və biz onun bəhrəsini gördük. Gərgin keçən final oyununda qələbə qazandıq. Bu unudulmaz hissi heç vaxt yaddan çıxarmaram. SSRİ yığmasının tərkibində oynadığım dövrlərdə, ümumiyyətlə, idman karyeramda yaddaqalan oyunlar çox olub. İndi bunlar hamısı xoş bir xatirədir.

- Məşqçi karyeranız haqqında nə deyə bilərsiniz?

-70-ci illərdə İraq və Küveyt yığmalarında baş məşqçi kimi fəaliyyət göstərmişəm. O dövrdə həmin ölkələrdə voleybolun səviyyəsi çox aşağı idi. Təsəvvür edin ki, belə vəziyyətdə işləmək nə qədər çətin idi. Lakin müəyyən müddətdə seminarlar keçirdik və potensialı olanları irəli çəkərək müəyyən uğura nail olduq. Bu gün də həmin ölkələrdən olan mütəxəssislər bizi yaddan çıxarmırlar.

- İnkişafda olan Azərbaycan voleybolunda kafedranın rolunu necə qiymətləndirirsiniz?

-Kafedramız keçirilən turnirlərdə yaxından iştirak edir və klublarımız metodiki vəsaitlərimizdən istifadə edirlər. Biz çalışırıq ki, ixtisaslı kadrlar yetişdirək. Bunun üçün kafedrada çalışan hər bir şəxs əlindən gələni əsirgəmir. Açıq turnirlərdə iştirak edən müəllimlərimiz istedadlı gəncləri aşkara çıxarır və onlardan faydalanmağa çalışırlar.

- Azərbaycanda voleybol idmanının pedaqogikası ilə bağlı elmi işlər var?

-Bununla bağlı ayrıca elmi iş yoxdur. Ancaq mənim də müəllifi olduğum bir neçə metodiki vəsaitlər hazırlanıb. Gələcəkdə bu işlərlə bağlı geniş planlarımız var.

- Ailəniz haqqında nə deyə bilərsiniz? Övladlarınızdan sizin yolunuzu davam etdirən var?

- İki övladım var. Lakin idman sahəsində çalışmırlar. Nəvələrimə gəldikdə isə onu gələcək göstərər. Bilirsiniz, mənim fikrimcə, hər bir şəxs peşəsini özü seçməlidir və bu peşənin vurğunu olmalıdır. Mən də övladlarımın  seçimlərinə müdaxilə etməmişəm. Bu seçimi öz ixtiyarlarına buraxmışam.   

Söhbəti qələmə aldı: 
Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "İdman" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov