Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Maraqlı mozaik lövhələrin müəllifi

Bookmark and Share

"Mənə bir hərf öyrədənin köləsi olaram". Bu sözlər İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Müəllim elm-bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Hər birimizin əlindən tutub əlifbanın ilk hərfini, "ana", "Vətən" kəlmələrini yazmağı öyrədən ilk müəllimini kim xatırlamır? Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən  dağa dönür.

Öz yetirmələri ilə fəxr edən müəllimlərimizdən biri də Bakıdakı Fuad Fərhadoğlu adına 230 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Bənövşə Mirzəyevadır. Artıq neçə illərdir ki, Bənövşə müəllim körpə balalara  elmin sirlərini açır, Vətənə, torpağa sevgi hissini aşılayır. Onun dərs dediyi şagirdlər respublika üzrə keçirilən müsabiqələrdə, olimpiadalarda, bilik yarışlarında yüksək nəticələr əldə edirlər. Bu uğurların arxasında müəllimin illər boyu çəkdiyi gərgin zəhmət dayanır.

Bənövşə müəllim pedaqoji fəaliyyətlə yanaşı, dekorativ-tətbiqi sənətlə də məşğul olur. O, dekorativ-tətbiqi sənətimiz üçün yeni olan, əslində, özündə həm monumental sənətin, həm rəngkarlığın, həm də dekorativ-tətbiqi sənətin elementlərini birləşdirən, onların sintezini təşkil edən mozaik lövhələr yaradır. Bənövşə müəllim rəngli smaltanı xırdalayaraq, onlardan gözəl, hər hansı bir interyerin bəzəyinə çevrilə biləcək mozaik lövhələr yaradır. Yaratdığı əsərlər müxtəlif sərgilərdə nümayiş olunur. O, öz tükənməz bacarığını yetirmələrinə də aşılayır.

Qarşıda müəllim günü gəlir. Bir valideyn kimi Bənövşə müəllimə pedaqoji fəaliyyətində uğurlar arzulayıram və inanıram ki, o, özünün əməksevərliyi, istedadı və yaradıcılıq axtarışlarının nəticəsi olaraq, yeni-yeni əsərləri ilə hələ bizi çox sevindirəcək, yüksək savada malik dəyərli vətəndaşlar yetişdirəcək. 

Müşfiqə ƏLİYEVA,
Bakıdakı F.Fərhadoğlu adına 230 nömrəli orta məktəbin
valideyn komitəsinin üzvü

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov