Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Bookmark and Share

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (CEMİİB) ilə birgə hazırlanmış "Müridlik-müdrikliyin gənclik sədasıdır" mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Professor A.Zamanov çıxışını ulu öndər Heydər Əliyevin müəllim haqqında söylədiyi fikirlərlə başlayaraq, bu əlamətdar günün dünyanın bir çox ölkələrində, eləcə də respublikamızda keçirilməsini dövlətimizin müəllimə olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirdi. Son illər ölkə Prezidenti cənab İlham Əliyevin  təhsilə və təhsil işçilərinə göstərdiyi diqqətdən danışan natiq, təhsil strukturunun yeniləşməsini, maddi-texniki bazaların standartlara uyğun səviyyəyə çatdırılmasını və müəllimlərə göstərilən qayğını təqdirəlayiq hal kimi qiymətləndirərək ölkə başçısına təşəkkürünü bildirdi. O, təhsil aldığı orta məktəbin müəllimləri haqqında xoş fikirlər səsləndirərək, onlarla mütəmadi olaraq əlaqə saxladığını bildirdi.

Sonra söz "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, professor, kulturoloq Fuad Məmmədova verildi. O, Azərbaycan müəllimləri haqqında xoş fikirlər səsləndirdi, həmişə olduğu kimi müasir dövrümüzdə də müəllimə böyük ehtiyacın olduğunu və dövlətin formalaşmasında müəllimin üzərinə düşən məsuliyyətin ciddiliyini vurğuladı. Bildirildi ki, müəllim, hər şeydən öncə, yüksək mədəniyyətə, dərin intellektual biliyə malik olmalı, gələcək nəslin hərtərəfli formalaşmasına diqqət yetirməlidir.

Tədbirdə çıxış edən professor Əbdül Əlizadə XX əsrin ən böyük müəllimi ümummilli liderimiz Heydər Əliyevin olduğunu, onun ideyaları əsasında qurulan müasir dövlətimizin sürətlə inkişaf etdiyini və bu yolda müəllimlərin əməyinin yüksək qiymətləndirildiyini qeyd etdi. Bildirildi ki, müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox əziyyət çəkmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır və məsuliyyətli yükdür.

Çıxış edən CEMİİB-nin sədri Sərdar Yusifoğlu əlamətdar gün münasibətilə bütün Azərbaycan müəllimlərini təbrik edərək, belə bir şəraitin yaradılmasına görə institutun rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirdi. O, müəllimlərin qarşısında nitq söyləməyin çətin və şərəfli olduğunu qeyd edərək, müəllim adını uca tutduğunu və ömrü boyu müəllimlərə borclu olduğunu bildirdi.

Gənclər və İdman Nazirliyinin məsul işçisi Ramil Məmmədov, institutun Psixologiya kafedrasının müdiri, psixologiya elmləri namizədi Hökümə Əliyeva müqəddəs müəllim əməyindən söz açdılar.

Çıxışlardan sonra institutun rəhbərliyi fərqlənənlərə müxtəlif nominasiyalar üzrə diplom və mükafatlar verdi. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov