Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Ən yaxşı məktəb

Heydər Əliyev adına lisey

Bookmark and Share
  Ünvanə: Bakı şəhəri, Natiq Əliyey küçəsi, 50    
Yaranma tarixi: 2004-cü il
Müəllimlərin sayı: 97 nəfər
Şagirdlərin sayı:

1666  nəfər

Direktoru:

Fikrət Xəlilov, əməkdar müəllim

Rəsmi saytı:

www.heydaraliyev_litsey.rabita.az

Haqqında 

Heydər Əliyev adına lisey respublikamızda öz ənənələri və uğurları ilə tanınan ən qabaqcıl təhsil ocaqlarından biridir. Ulu öndərimiz Heydər Əliyev 4 iyun 2000-ci ildə Xətai rayonu ərazisində "Azərneftyağ" Neft Emalı Zavodunun fəhlə, qulluqçuları və mühəndis-texniki işçiləri üçün 18 mərtəbəli yaşayış binalarının istifadəyə verilməsində iştirak etmiş və bu ərazidə yeni bir  ümumtəhsil məktəbinin inşa edilməsini tövsiyə etmişdir. Ulu öndərimizin tövsiyəsinə və göstərişinə əsasən, neftçilərin yaşadığı binalara yaxın ərazidə Natiq Əliyev küçəsi, 50 ünvanda 3 mərtəbəli 4 korpusdan ibarət yeni məktəb binası inşa edilmişdir. Lisey Təhsil Nazirliyinin 25 oktyabr 2004-cü il tarixli 803 nömrəli əmrinə əsasən orta ümumtəhsil məktəbi kimi açılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 oktyabr 2005-ci il tarixli qərarı ilə liseyə ümummilli liderimiz Heydər Əliyevin adı verilib.  2005-ci ildən  2007-ci ilədək ARDNŞ-ın "Azərneftyağ" Neft Emalı Zavodunun balansında olan lisey Nazirlər Kabinetinin 18 yanvar 2008-ci il tarixli 15 nömrəli sərəncamı ilə Təhsil Nazirliyinin balansına verilib. Liseyin binası "Azərneftyağ" Neft Emalı Zavodunun maliyyə vəsaiti ilə inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Lisey rəhbərliyi və kollektivinin  cəmiyyətdəki müasir durumla ayaqlaşma qabiliyyəti,  inkişafda olan tədris müəssisəsinin Azərbaycan ictimaiyyəti arasında hörmət və reytinqinin artmasına gətirib çıxarmışdır.

Liseyin əsas vəzifəsi istedadlı şagirdlərin təbii imkanlarını aşkar edərək inkişaf etdirmək, onlara elmin əsaslarını yüksək səviyyədə öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, maraq, meyil və idrak qabiliyyətlərini nəzərə alaraq onların şəxsiyyətini formalaşdırmaq, ümumi mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, müstəqil və demokratik Azərbaycan Respublikasının  inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.

 Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, müəyyən məsələlərə dair  sərbəst mühakimə yürütmək, nəticə çıxarmaq, bacarıq və vərdişlərin formalaşdırılmasını əsas tutur. 

Liseydə şagirdlərin Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda nəzərdə tutulmuş demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşmə, humanitarlaşdırma prinsiplərini əsas tutur. Liseydə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, Azərbaycanın azadlıq və demokratiya ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanmaqla şəxsiyyətin hərtərəfli formalaşmasına xidmət edir, onun təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyektinə çevrilməsini başlıca vəzifə hesab edir.  

Maddi-texniki bazası 

Liseyin müasir standartlara cavab verən maddi-texniki bazasında şagirdlərin mükəmməl təhsil almaları üçün tam şərait yaradılmışdır. Liseydə geniş və işıqlı 45 sinif  otağı, bundan başqa ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları olan fizika, kimya və biologiya kabinetləri, 2 kompüter zalı, linqafon kabineti, bütün lazımi avadanlıqlarla təmin olunmuş bufet, ən müasir işıqlandırma sistemi və proyektorla təchiz olunmuş 150 oturacaq yeri olan akt zalı, 30 yerlik kiçik konfrans zalı vardır.

Liseydə ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən və kitablardan ibarət Heydər Əliyev guşəsi yaradılmışdır ki, bu da şagirdlərə ümummilli liderin  siyasi kursunu öyrənməyə kömək edir.

Liseydə şagirdlərin sağlam böyüməsi üçün hər cür şərait yaradılmışdır. Belə ki, lisey bütün lazımi idman avadanlıqları ilə təchiz olunmuş, örtülü gimnastika zalı və əl oyunları zalı, 250 oturacaq yeri olan  süni örtüklü futbol meydançası, voleybol və basketbol meydançaları şagirdlərin ixtiyarına verilmişdir.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəb sırasında Heydər Əliyev adına lisey də vardır. Bununla əlaqədar olaraq liseyə yüksək optik ötürücülüyə malik kabellə sürətli İnternet xətti çəkilmişdir və 28 sinif otağı, 2 kompüter zalı, direktor  və müavinlərin otaqları, qəbul otağı və mühasibatlıq İnternet xəttinə qoşulmuşdur. "Elektron məktəb" sisteminin tam tətbiqi üçün liseyin müəllimləri ilə xüsusi treninqlər keçirilmişdir. Kabinet və laboratoriyaların qarşısında həmin fənnə aid stendlər asılmışdır ki, bu da şagirdlərin bu fənnə əlavə məlumatlar almasına kömək edir.

 Liseyin kitabxanasında 38463 kitab var ki, bunlardan 35099-u dərsliklərdir. Bununla bərabər liseydə geniş qiraət zalı da mövcuddur.

Liseydə tədris zamanı istifadə olunan 40 ədəd kompüter, 27 ədəd noutbuk, 13 ədəd proyektor, 13 ədəd printer, 3 ədəd kseroks aparatı və 1 ədəd skayner vardır. 

Ölkə Prezidenti cənab İlham Əliyev Heydər Əliyev adına liseydə 

Ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci ildə 15 sentyabr "Bilik günü" və yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Heydər Əliyev adına liseydə olmuşdur. Cənab Prezident liseyin qarşısında yerləşən ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoymuş, sonra isə müəllim kollektivi, şagirdlər və valideynlərlə görüşmüş, onların qarşısında çıxış etmişdir.

Prezident İlham Əliyev belə möhtəşəm təhsil ocaqlarının tikilib istifadəyə verilməsini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan təhsilinə göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirmişdir.

Ölkə Prezidenti liseyin fənn kabinetləri və laboratoriyalarını gəzmiş, kompüter zalı və linqafon kabineti ilə yaxından tanış olmuş və lisey haqqında xoş fikirlər söyləmişdir.

Görüşün sonunda liseyin direktoru Fikrət Xəlilov ölkə Prezidentinə təhsilə göstərdiyi diqqət və qayğısına görə müəllim və şagird kollektivinin adından dərin minnətdarlığını bildirmişdir. Ölkə Prezidenti liseyin müəllim kollektivi ilə xatirə şəkli çəkdirmişdir. 

Qəbul qaydaları və tədrisin təşkili 

"Təhsil haqqında" Qanuna uyğun olaraq, liseydə təhsil üç pillədən ibarətdir:

İbtidai təhsil pilləsi- I-IV siniflər

Ümumi orta təhsil pilləsi- V-IX siniflər

Tam orta təhsil pilləsi- X-XI siniflər.

Liseyin I sinfinə şagird qəbulu müsahibə (şifahi sorğu) yolu ilə, II-X siniflərə isə müsabiqə (yazılı test sorğusu) əsasında aparılır. Bu məqsədlə "Şagird qəbulu üzrə müsabiqə komissiyası" yaradılır və bir tədris ili müddətində fəaliyyət göstərir. Müsabiqə Təhsil Nazirliyinin müəyyən etdiyi müddətdə keçirilir.

Liseyə şagird qəbulu elanla bildirilir. Elanda qəbul qaydaları şərh edilir.

Zərurət olduqda müsabiqə komissiyasının işinə liseyin digər fənn müəllimləri cəlb edilə bilər.

Lisey istedadlı şagirdlərin hərtərəfli inkişafını fəaliyyətinin əsası saydığından, xüsusi istedadlı şagirdlər, müxtəlif fənn olimpiadalarının və bilik yarışlarının qalibləri tədris ili ərzində müsabiqə komissiyasının rəyinə əsasən liseyə qəbul edilə bilər.

Müsabiqənin nəticələrinə əsasən liseyə qəbul ediləcək şagirdlər "Şagird qəbulu üzrə müsabiqə komissiyası"nın qərarı ilə müəyyən edilir və lisey direktorunun əmri ilə rəsmiləşdirilir.

I sinfə cari dərs ilinin 1 noyabrınadək 6 yaşı tamam olan uşaqlar qəbul edilirlər. Xüsusi istedadlı 6 yaşı tamam olmayan uşaqlar müstəsna hal kimi Təhsil Nazirliyinin razılığı ilə müsabiqədə iştirak edə bilərlər.

Təhsilin hər üç pilləsində şagird şəxsiyyətinin formalaşdırılması "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nə uyğun aparılır.

Liseyin I-VII siniflərində tədris prosesi ümumi əsaslarla, VIII-XI siniflərdə isə təmayüllü siniflərdə aparılır.

Şagirdlərin istedadının aşkara çıxarılması, onun gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə liseydə VIII siniflərdən başlayaraq şagirdlərin maraq, meyil, qabiliyyətlərinə və valideynlərin arzularına uyğun olaraq aşağıdakı təmayüllü siniflər yaradılır:

1. Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflər;

2. Riyaziyyat-təbiət təmayüllü siniflər;

3. Təbiət təmayüllü siniflər;

4. Humanitar təmayüllü siniflər.

Lisey ümumtəhsil məktəbləri üçün bazis tədris planına uyğunlaşdırılmış, fərdi "Tədris planı" əsasında fəaliyyət göstərir. Həmin tədris planı liseyin təcrübəli və bu sahədə səriştəsi olan yüksək elmi, metodiki və pedaqoji hazırlığa malik fənn müəllimləri tərəfindən və fənn metodbirləşməsi rəhbərlərinin iştirakı ilə tərtib edilir, lisey Pedaqoji şurasında müzakirə edilərək Təhsil Nazirliyində təsdiq olunur və bir tədris ili üçün qüvvədə olur.

Ümumtəhsil məktəblərindən fərqli olaraq yuxarı siniflərdə siniflərin təmayüllülüyünə uyğun olaraq riyaziyyat təmayüllü siniflərdə "Riyazi məntiqin əsasları", "Çoxluqlar nəzəriyyəsi", təbiət təmayüllü siniflərdə "Biofizika", "Analitik kimya", humanitar təmayüllü siniflərdə "Nitq mədəniyyəti" fənləri tədris olunur.  

Şagird Elmi Cəmiyyəti (ŞEC) 

Liseydə xüsusi istedada malik şagirdləri aşkara çıxarmaq, onlarda sadə tədqiqatçılıq bacarıq və vərdişləri formalaşdırmaqla istedadlarının imkanlarını düzgün istiqamətləndirmək məqsədi ilə Şagird Elmi Cəmiyyəti (ŞEC) fəaliyyət göstərir. ŞEC-ə liseyin təmayül üzrə direktor müavini Almaz Əzizova rəhbərlik edir. Fənn metodbirləşmə rəhbərləri ŞEC-in münsiflər heyətinin üzvləridirlər.  Liseyin psixoloqu və uşaq birliyi rəhbəri ŞEC-in işinin düzgün təşkilində ona köməklik göstərir. Mövzular fənn metodbirləşmə rəhbərləri tərəfindən seçilir və ayrı-ayrı fənlər üzrə mövzuların siyahısı oktyabr ayında elan guşəsindən asılır. Şagirdlər, üzərində daha ətraflı işləmək arzusunda olduqları mövzunu sərbəst seçir həmin mövzunu daha geniş və əhatəli araşdırmaq üçün  fənn metodbirləşmə rəhbərlərindən məsləhət və tövsiyələr aldıqdan sonra müxtəlif elmi ədəbiyyatlardan və İnternet səhifələrindən istifadə edərək, həmin mövzular üzərində xırda tədqiqat işləri aparırlar. Fənn metodbirləşmə rəhbərləri isə öz fənninə aid mövzuları işləmək üçün şagirdlərə elmi rəhbər kimi müxtəlif elmi və metodiki köməkliklər göstərirlər. Şagirdlər ayrı-ayrı fənlər üzrə referatlar və məruzələr hazırlayır və ŞEC-də münsiflər heyəti qarşısında məruzələrlə çıxış edirlər.

Şagird Elmi Cəmiyyətinin yekun iclası may ayının ilk ongünlüyündə keçirilir. Təcrübə göstərir ki, şagirdlər bu işə çox böyük həvəslə yanaşır və bu iş şagirdlərə gələcəkdə  ilkin tədqiqatçılıq bacarıq və vərdişlərinin formalaşmasında köməklik göstərir.

Ən yaxşı referat və ən yaxşı məruzələr ŞEC rəhbərinin təqdimatı ilə liseyin direktoru tərəfindən  fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırılır. Bu isə şagirdlərdə ŞEC-in xətti ilə daha məzmunlu və yaradıcılıqla işlənmiş referatlar hazırlamaq üçün bir stimul yaradır.  

Nailiyyətlər 

Aparılan islahatlar və yeniliklər sayəsində liseyin nailiyyətləri durmadan artır. Bu gün əminliklə deyə bilərik ki, lisey nəinki respublikamızda, dünyanın bir çox inkişaf etmiş ölkələrində yerləşən təhsil müəssisələrilə ayaqlaşmağa və rəqabət aparmağa qadirdir. Məktəb-lisey məzunlarını dünyanın tanınmış mötəbər təhsil ocaqlarında təhsil almağa, öz biliklərini artırmağa, Azərbaycanda aldıqları təhsili xaricdə təkmilləşdirməyə çalışır. Lisey rəhbərliyinin və pedaqoji kollektivin gərgin əməyi nəticəsində lisey bir çox nailiyyətlər əldə etmişdir. Yüksək idarəçilik bacarığı olan və uzun müddət təhsil müəssisələrinə rəhbərlik edən liseyin direktoru F.Xəlilovun təcrübəsi və gərgin əməyi nəticəsində lisey az müddətdə böyük uğurlar qazanmışdır. Belə ki, lisey 2008-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Müəllimlərdən 6 nəfəri isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş və mükafatlandırılmışlar. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən liseyin müəllimlərindən 5 nəfəri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüş, 1 nəfəri isə  "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Liseyin şagirdləri beynəlxalq miqyasda keçirilən olimpiadalarda da uğurlu nəticələr əldə etmişlər. Belə ki, Əsmər Əzizova 2005-ci ildə kimya fənni üzrə Tacikistanda keçirilən 39-cu Beynəlxalq Mendeleyev olimpiadasının, Zakir Tağızadə isə Bakı şəhərində keçirilən 44-cü Beynəlxalq Mendeleyev olimpiadasının iştirakçısı olmuş və həmin olimpiadaların xüsusi sertifikatları ilə təltif olunmuşlar.

2-10 dekabr 2009-cu il tarixində Bakı şəhərində təbiət fənləri (fizika, biologiya, kimya) üzrə yeniyetmələrin (15 yaşınadək məktəblilərin) VI Beynəlxalq Elm Olimpiadası keçirilmişdir. Bu mötəbər bilik yarışında dünyanın 49 ölkəsindən 600-dən çox gənc iştirak etmişdir. Respublikamızı bu yarışda təmsil edən 15 nəfər şagirddən 3 nəfəri - liseyin IX sinif şagirdləri Vəfa Əhmədova,  Sevinc Əliyeva, Aynur Paşayeva olimpiadanın xüsusi sertifikatları ilə təltif olunmuşlar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin)  yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2009-cu ildə Bakı şəhərində keçirilmiş seçimin nəticəsinə görə liseyin 6 nəfər şagirdi fərqlənmişdir.

Lisey respublikamızda artıq ənənə halı alan və Bakı şəhərində keçirilən, Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARDNŞ, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İTV, "Çağ" Öyrətim İşlətmələti Şirkətinin birgə "Xoşbəxt bir dünya naminə əl-ələ" şüarı altında təşkil etdiyi İNEPO EUROASİYA Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə olimpiadasında iştirak edir. Həmin olimpiadada dünyanın bir çox ölkələrindən 120-dən çox şagird iştirak etmişdir. Hər il liseyin şagirdləri bu beynəlxalq olimpiadalarda layihələr ilə iştirak etmiş və mükafata layiq görülmüşlər.

Olimpiada keçirilən müddətdə liseyin şagirdləri 2 qızıl, 1 gümüş, 1 bürünc medallar qazanmışlar.

2005-ci ildən 2010-cu ilədək fənn olimpiadalarının respublika turunda liseyin şagirdlərindən   6 nəfər I yeri, 9 nəfər II yeri, 12 nəfər III yeri və 3 nəfər IV yeri tutmuşdur.

Liseyin şagirdləri idman sahəsində də nailiyyətlər qazanmışlar. 2007-ci ildə Maştağa olimpiya kompleksində Bakı məktəbləri arasında keçirilən "Çempion" əyləncəli idman yarışında liseyin 6 nəfərdən ibarət komandası 32 məktəb arasında 1 yeri tutmuş və komanda üzvlərinin hər biri təşkilat komitəsi tərəfindən mükafatlandırılmışlar.

Liseyin şagirdi Çingiz Qasımov idmanın şahmat növü üzrə keçirilən beynəlxalq yarışlarda yüksək nəticə göstərərək 2007-ci ildə Türkiyə Respublikasının Antalya şəhərində 8 yaşınadək oğlanlar arasında şahmat üzrə dünya çempionatının və 2008-ci ildə Yunanıstanda keçirilən məktəblilərin şahmat üzrə Avropa çempionatının mükafatçısı olaraq II yeri tutmuş, gümüş medallar qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" mövzusunda inşa yazı müsabiqəsinin respublika mərhələsi 2008-ci il aprelin 10-da liseydə keçirilmişdir və bu müsabiqədə liseyin şagirdləri Aysev Cavadova, növbəti illərdə isə Ayşən Yüzbaşıyeva III yerləri tutmuşlar.

2010-cu ildə liseyin X sinif şagirdi Nərgiz Əkbərli "Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsində III yeri tutmuş, Təhsil Nazirliyinin qiymətli hədiyyələri və pul mükafatı ilə təltif olunmuşdur.

Liseyin müəllimlərindən Hafiz Cabbarov XI siniflər üçün tarix dərsliklərinin müəlliflərindən biri, coğrafiya müəllimi, coğrafiya elmləri namizədi Akif Hüseynli bir neçə coğrafiya dərsliyinin rəyçisi və dərs vəsaitlərinin müəlliflərindən biridir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi statistik təhlilinə görə liseyin məzunlarının nəticələri yüksək qiymətləndirilmişdir.

TQDK-nın məzunların qəbul imtahanlarındakı nəticələrinə dair statistik təhlilinə əsasən liseyin məzunlarının nəticəsi fəaliyyət göstərdiyi dövrdən indiyədək Təhsil Nazirliyinin tabeliyində olan məktəb və liseylər arasında ən yüksək nəticə göstərən məktəblər sırasında olmuşdur.

2007-ci ildə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu imtahanlarında son 15 ildə 700 bal toplayaraq respublikada ilk dəfə ən yüksək nəticə əldə etmiş 3 məzundan biri liseyin yetirməsi Emin Abbasov olmuşdur. E.Abbasov I ixtisas qrupu üzrə 700 bal toplayaraq BDU-nun İnformatika fakültəsinə qəbul olmuşdur. O, hazırda Cənubi Koreya Respublikasında təhsilini davam etdirir.

 Son iki  ildə məzunlardan 23 nəfəri 650-dən çox, 20 nəfəri isə 600-dən artıq bal toplamışlar.

2009-2010-cu illərdə 22 nəfər şagird  "Orta təhsil haqqında fərqlənmə attestatı" almış və həmin şagirdlərin 15 nəfəri 600-dən yuxarı və 7 nəfəri 550-600 arası bal toplayaraq hər biri müxtəlif ali məktəblərə  qəbul olmuşlar.

2006-2010-cu ilədək müddətdə liseyin məzunlarından 9 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.

2010-cu ildə liseyi bitirən məzunlardan 8 nəfəri orta təhsil haqqında fərqlənmə attestatı almışdır. Məzunlardan 141 nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, 106 nəfəri ali məktəblərə, 3 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Məzunlardan 31 nəfər 500-600 bal arası, 20 nəfər 600-dən yuxarı bal toplamışdır. Bunlardan 11 nəfər isə 650-dən yuxarı bal toplamışdır.

Sonda liseyin rəhbərliyi və pedaqoji kollektivi belə bir tədris müəssisəsində çalışmalarından qürur duyduqlarını və gələcəkdə liseyin uğurlarının artması üçün var gücləri ilə çalışacaqlarını bildirdilər.  

Liseyin uğurları

* Lisey 2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

* Liseyin 6 nəfər müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləridir.

* Liseyin 9 nəfər məzunu Prezident təqaüdçüsüdür.

* Respublikamızda ilk dəfə 700 bal toplayan 3 nəfər abituriyentdən biri liseyin məzunu Emin Abbasov olmuşdur.

* Liseyin müəllimlərindən 5 nəfəri "Əməkdar müəllim" adına layiq görülmüş, 1 nəfəri isə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov