Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Müəllimlərin səviyyəsindən razı qaldım

Bookmark and Share

Uşaqların gələcəyi qayğısına qalmaq, onların xoşbəxt və rahat həyatını təmin etmək üçün əlindən gələni əsirgəməmək azərbaycanlıların milli xüsusiyyətlərindəndir. Deyə bilərik ki, biz bu aspektdə daha çox səy göstəririk. Uşaqlarımız məktəbə getməyə başlayandan onların mükəmməl təhsil almalarına çalışır, yaxşı məktəb, yaxşı müəllim axtarırıq.

Kimliyimizdən asılı olmayaraq, hamımız həm də valideynik. Mənim övladlarım Bakıdakı Əsəd Əhmədov adına 308 nömrəli məktəbdə təhsil alırlar.

Məktəbdə ciddi nizam-intizam var. Məncə, bu bütün valideynlərin ürəyincə olan haldır. Məni xüsusilə razı salan isə müəllim kollektivinin səmimi, qayğıkeş olması, təlimə ciddi münasibət göstərməsidir.

Qızımın riyaziyyat dərsində iştirak edərkən müəllim Vəsilə Məmmədovanın  mövzunu şagirdlərə mükəmməl çatdıra bilməsi, aktiv şəkildə dərsə cəlb etməsi xoşuma gəldi. Həm də sinif rəhbəri şagirdlərin davranışlarına səriştəli bir pedaqoq kimi nəzarət edirdi.

Azərbaycan dili müəllimi Səadət Rzayeva isə öz tələbkarlığı ilə şagirdləri passivlikdən uzaqlaşdırmağı məharətlə bacarır. Qısa zaman ərzində şagirdlərin keçmiş mövzuya hazırlıq səviyyəsini obyektiv şəkildə qiymətləndirməyi bacaran gənc müəllim yeni mövzunun uşaqlar tərəfindən tam qavranılmasına nail olur.

Hesab edirəm ki, övladlarımın ana dilimizi incəliklərinə qədər öyrənə bilməsi, riyaziyyatdan misal və məsələləri həvəslə həll etməsi Səadət müəllimin, Vəsilə müəllimin əməyinin nəticəsidir.

308 nömrəli məktəbdə belə müəllimlər az deyil. Çoxillik pedaqoji təcrübəsi olan Şükufə Aslanlı coğrafiya fənnini tədris edir. Sinifdə vaxtaşırı bilik yarışmaları təşkil edən Şükufə müəllim qızımda coğrafiya fənninə böyük həvəs yaradıb.

İbtidai sinif müəllimi Vəsilə Şahbazova da razı qaldığımız müəllimlərdəndir. Mən onların hamısına təşəkkür edirəm.

Bəzən olur ki, valideynlər hansısa müəllimin ya dərs üslubundan, yaxud da şagirdin biliyini obyektiv qiymətləndirməməsindən razı qalmır. Ancaq düşünürəm ki, narazılıqlarımızı bildiririksə, razılıqlarımızı niyə söyləməyək?

Mən bir valideyn olaraq 308 nömrəli məktəbdə işləyən Vəsilə Məmmədova, Səadət Rzayeva, Şükufə Aslanlı, Vəsilə Şahbazovaya, eləcə də onların timsalında əsl müəllimlərə minnətdarlığımı bildirir, onlara uğurlar arzulayıram.

Bir də onu demək istəyirəm ki, yaxşı müəllimlərin sayı çox olduqca biz valideynlərdə övladlarımızın gözəl gələcəyinə ümidlər də artır. 

Elgül KƏRİMOVA,
valideyn, tibb üzrə
fəlsəfə doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov