Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Tətbiqi pedaqogika yollarında

Bookmark and Share

İlkin olaraq onu qeyd edək ki, müasir pedaqogikanın nəzəri və təcrübi problemlərinin öyrənilməsi üzrə ciddi axtarışlar sorağında olan alimlər sırasında pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun müstəsna yeri vardır. O, elmi-pedaqoji ictimaiyyətimizin çox yüksək dəyər verdiyi, məhsuldar fəaliyyəti ilə fərqlənən yaradıcı şəxsiyyətlərdəndir. Onun pedaqogikanın nəzəriyyəsi və tarixi, elmşünaslıq problematikalarına aid fundamental tədqiqatları qədirbilən oxucuların daim geniş rəğbətini qazanmışdır. O, bir qayda olaraq, elmi axtarışlarının əsas istiqamətlərini vətəndaş-alim mövqeyindən şərh edir, məktəb və pedaqoji fikir tariximizin ənənə və müasirlik paradiqmalarını vəhdətdə götürərək, tədqiq etdiyi hər bir məsələyə ciddi sosial və strateji məqsəd, vətənpərvərlik amalı baxımından nəzər-diqqət yetirir, bu yolda əsl fədailik nümunəsi göstərir.

Şöhrəti respublikamızın hüdudlarını da aşmış əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Nurəddin Kazımovun milli və ümumbəşəri keyfiyyətlərə dəstək olan novator ideyaları müasir elmi-akademik pedaqogikanın nəzəri məzmununu artırır, təcrübi istiqamətlərdə aparılan digər əməli fəaliyyət sahələrinin yeni, işlək texnologiyalarını zənginləşdirir.

Onun bütün yaradıcı ehtişamı müasir milli dövlətimizin əsas prinsiplərinə xidmət edir, ölkəmizdə azərbaycançılıq, türkçülük və islami dəyərlərə dəstək olan yaradıcı baxışlar sistemi ilə ehtiva olunur.

Müstəqil Azərbaycanımıza xidmətdə onun ən böyük əməyi isə, mən deyərdim ki, yaranmaqda olan milli pedaqogikamızı vətəndaşlıq statusuna qaldırmasıdır.

Nurəddin müəllim ənənəvi pedaqogikanın bütün anlayışlarını respublikamızın dövlət müstəqilliyi baxımından, tənqidi təhlil süzgəcindən keçirərək yeni pedaqogika - Milli  pedaqogika yaratmışdır.

Müasir pedaqoji elmin və prosesin vətəndaşlıq məramını ləyaqətli nəsil, nəcib insan yetişdirməkdə görən Nurəddin Kazımov bu sahədə həyatın tələbindən irəli gələn məsələlərə daha çox önəm verir, milli pedaqoji ideyaların cəmiyyətə sirayət edən təsir imkanlarını yeni-yeni kitablarla haşiyələndirir.

Onun yaradıcı aləminə çıraq tutan növbəti kitablarından biri 2010-cu ildə "Çaşıoğlu" nəşriyyatında işıq üzü görən "Tətbiqi pedaqogika" adlı dərsliyidir.

Respublikamızda "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə təhsilləndirici mənbə kimi nəzərdə tutulan bu fundamental vəsait Azərbaycan Respublikası təhsil nazirinin 18 sentyabr 2009-cu il tarixli, 1071 nömrəli əmri ilə dərslik kimi təsdiq edilmişdir.

Əsasən, pedaqoji təmayüllü tədris müəssisələrinin və fakültələrinin müəllimləri, tələbələri və magistrantları, habelə ümumtəhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş bu dərsliyin elmi redaktoru, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov, rəyçiləri pedaqoji elmlər doktoru, professor Sərdar Quliyev,  pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, pedaqoji elmlər namizədi, professor Mircəfər Həsənov, məsləhətçisi isə Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanovadır.

Kitabda birmənalı olaraq qeyd olunur ki, təhsil islahatı proqramının tələbi baxımından respublikanın orta ixtisas və ali məktəblərində milli pedaqogika fənləri üzrə qüvvədə olan proqram və dərsliklər də yenidən işlənmiş, müasir tələblərə uyğun milli xüsusiyyətləri saxlamaqla yanaşı, dünya təhsil sisteminə və təcrübəsinə inteqrasiya etmişdir.

Odur ki, müasir mərhələdə pedaqoji prosesdə yeni işlək texnologiyaların, ideya-mənəvi prinsiplərin, orijinal metodikaların, novator üsul və vasitələrin modernləşdirilməsi və aktuallaşdırılması ən vacib pedaqoji tələblərdən biri sayılmalı, bu məqsədlə hər bir müəllimin, tərbiyəçinin, sinif rəhbəri, məktəb direktoru və təhsil menecerlərinin, idarə və müəssisə rəhbərlərinin bu proseslərdən hali olmaları dövr və zamanımız üçün çox vacib tələbata çevrilməlidir. Müəllifin qayəsinə görə, bu gün təhsil sisteminin dayaq nöqtəsi olan ibtidai siniflərdə əsl elmi metodika, nəzəri baza əsasında qurulan pedaqoji proses təcrübəsi yetərli və öncül olsa da, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə formalaşan müasir tələbənin, təkmilləşən müdavimin bilməli olduğuna təminat verəcək məqsədyönlü fəaliyyət şəbəkəsi o qədər də önəmli sayıla bilməz. İndi tələbə statusu ilə təhsil alanlar və təhsilalmanı təşkil edənlər məhz bu amillərin ilkin mərhələsini ibtidai təhsil ocaqlarından əxz etməlidirlər. Yəni tələb təklifi üstələməməlidir. Çünki böyüyən nəslin tədris və idrak bacarıqlarının ilkin təməli ibtidai siniflərdə qoyulur, vətəndaş olmağın ilkin xüsusiyyətləri, perspektiv nailiyyətlərə qoşulmağın min bir sirri məhz təhsil sisteminin bu mərhələsində pərvəriş taparaq, onları gələcək fəaliyyətə səsləyir.

Odur ki, ali və orta ixtisas məktəblərində bu təkmil ixtisas üzrə formalaşan tələbələrin yetkin nəzəri biliklərlə yanaşı, ciddi əməli -təcrübi vərdiş qazanması da mühüm şərtdir. Gələcəyin sinif müəllimi olacaq bugünkü tələbənin təhsil prosesində qazanacağı metodik səriştədən, humanist meyillərdən, pedaqoji ustalığa qadir olmasından asılı olaraq, onun bu sahəyə bağlanmasını daimi və əbədi edir.

Müəllif məhz bu ideya və arzular kontekstində "Tətbiqi pedaqogika"nın  strateji məqsədini vurğulayaraq, onun bu günümüzə və gələcəyimizə tuşlanmış məqsəd və məramını konkret fakt və hadisələrlə ümumiləşdirmişdir. Bu yönümdən təhsilalmanın yeni mündəricəsini milli və ümumbəşəri dəyərlər sintezində, yaxın və uzaq vəzifələrdə görən kitab müəllifi, fənnin məzmununa, strukturuna, tətbiqi xarakterinə, inkişaf dinamikasına və təşəkkül tarixinə aydınlıq gətirərək yazır: "Göstərilənlərə daha diqqətlə nəzər yetirdikdə məlum olur ki, tətbiqi pedaqogika fənninin tədrisi əsasında formalaşan tələbəyə - gələcək müəllimə adi müəllim kimi baxılmamalıdır. Belə müəllim ölçülüb-biçilmiş bilik, bacarıq və vərdişləri gənc nəslə məqsədyönlü aşılamaq yolu ilə cəmiyyətimizin sonrakı inkişafına güclü təkan verən pedaqoji təhsilli mütəxəssis kimi dəyərləndirilməlidir. Bu müəllimin təlim və tərbiyəsində formalaşan şagirdlər isə sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri onun məqsədyönlü rəhbərliyi altında mənimsəmək yolu ilə müstəqil fəaliyyətə hazırlanan şəxslər kimi qiymətləndirilməlidir".

Göründüyü kimi, bu prosesdə metodik işlər, uşaqlarla işlər, valideynlərlə işlər də aydın və elmi əsaslarla, tətbiqi metodologiya ilə tənzimlənməlidir.

Bənzərsiz təkliflər və aydınlaşdırıcı ideyalar zəminində yazılan "Tətbiqi pedaqogika" dərsliyinin didaktik səciyyəsi də çox uğurludur. O, müxtəlif sual və çalışmalar, təlqin, test və sorğu nümunələri, sxem və cədvəllər komplekti, illüstrativ materiallardan istifadə təcrübəsi ilə yazdığı kitabında tələbələrin və müəllimlərin istifadəsi üçün konkret yollar göstərir, "öyrənəni öyrətmək" və "öyrədəni öyrətmək" manerası ilə xeyli köməkçi metodik vəsilələrdən faydalanmağın bu yolda nə qədər böyük üstünlüklərə malik olmasını qabardır.

Dərslikdə yeni yanaşmanın mahiyyəti ondadır ki, müəllif məşğələ zamanı tələbənin yaddaşını təkcə yeni biliklərlə, məlumatlarla zənginləşdirən mülahizələr üzərində dayanmır, o, həm də onların bu prosesdə təfəkkürünü, müstəqil əməli bacarıqlarını, çevik və işgüzar vərdişlər yolu ilə bilik mənimsəmə keyfiyyətlərini də təqdir edərək, kitabda sonsuz sayda dərsdinləmə, dərslərdən müşahidə materialları ilə də oxucuları tanış edir.

İbtidai təhsilin pedaqogikası və metodikası üzrə bakalavr hazırlığını təmin edən bu qiymətli vəsaiti oxuduqca bir daha yəqinlik hasil edirsən ki, hər hansı tədris fənni üçün nəzərdə tutulan təhsilin məzmun mənbələri olan tədris planları, proqramları və dərsliklər nə qədər aydın, anlaşıqlı, oxucu üçün heç bir mübhəm qalmayan əlamətlərlə yazılmışsa, onun pedaqoji-ictimai dəyəri də elə oxucu nəzərində birə-on qat artır.

"Tətbiqi pedaqogika" dərsliyinin elmi aparaturası, strukturu, tərtib və yazılma prinsipləri bütün bu əlamətləri özündə ehtiva edir.

Kitabın lakonik dili, məzmun və ideya ardıcıllığı onun üstün məziyyətləri kimi dəyərləndirilməlidir.

Dərsliyin məzmun sferası ilə tanışlıq bir daha göstərir ki, müəllif burada ənənə ilə müasirliyin, keçmiş ilə novatorluğun vəhdətini də tarixi-müqayisəli təhlil əsasında vermiş, tətbiqi pedaqogikanın mahiyyətindən, məram və məqsədindən irəli gələn və bu sahəyə xidmət edən ali baza təhsil proqramlarının, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin, ibtidai məktəbin müvafiq tədris planlarından, pedaqoji prosesdə görüb-müşahidə etdiyi psixoloji inkişaf amillərindən bəhs etməklə, I-IV siniflərdə nəzərdə tutulan didaktik vəzifələrin tətbiqetmə imkanlarını yüksək ümumiləşdirici şərh yolu ilə təhlil-tərkib etmişdir.

Bütövlükdə, 9 bölmədən, 30 fəsildən, 164 yarımfəsildən ibarət bu qiymətli dərslik öz dərin elmi-metodik siqlətinə, əməli-təcrübi məzmununa görə pedaqoji ictimaiyyətimiz üçün ən böyük töhfədir. 

Vidadi BƏŞİROV,
doktorant

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov