Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Microsoftun yaradıcısı Bill Qeyts

Bookmark and Share

Bill Qeyts 1955-ci ildə Amerikanın Seattle vilayətində dünyaya göz açıb. O, Microsoft şirkətinin yaradıcılarından biri və başkanıdır. "Forbes" dərgisinə görə, 2009-cu ildə o, dünyanın ən varlı iş adamı olub. Varidatının həcmi 60 milyard dollardır. Amerikalı iş adamı Qeyts 2 nəfərlik şirkətini (Microsoft) məşhur  bir kompüter şirkətinə çevirdi. Qeyts 20-ci yüzilliyin son vaxtlarında ən uğurlu şirkət rəhbərlərindən biri oldu. Vəkil  ata ilə müəllim ananın oğlu olaraq dünyaya gələn Qeyts hələ uşaq yaşlarından kompüterə maraq göstərmişdir. O, 12 yaşında ikən özəl bir məktəbdə informatika kurslarına getmiş, kompüter biliyini artırmışdır.

Məktəb yoldaşı Paul Allen ilə birlikdə boş vaxtlarında kompüter proqramları üzərində çalışaraq, elmin dərinliklərini mənimsəyirdi. Yaxınlıqdakı bir şirkətin kompüterlərini pul ödəmədən istifadə edə bilmək məqsədilə iki yoldaş istifadəçilər üçün proqram səhvlərini axtarıb tapırdılar. Bu şəkildə kompüter sahəsində mütəxəssisləşən şagirdlər  1972-ci ildə ilk şirkətlərini (Traf-o data) qurdular. Bu şirkətdə dostlar uğur və nailiyyətlər qazanaraq yeni-yeni işlərə addım atdılar. Bu şirkət bir trafik sayma və idarə sistemi üçün proqramlar çıxararaq dərhal  20000 dollarlıq satış etdi. 

Fərdi kompüterlər 70-ci illərin ortasında hələ  inkişaflarının ilk mərhələsində idi.  MITS şirkətinin Altair adını verdikləri ən önəmli nümunəsi hələ tək işlənə bilən bir proqrama  sahib olmayıb, ancaq tamamlanmamış bir əməliyyat sisteminə sahib idi. Qeyts və Allenin 1974-cü ildə yaratdıqları, inkişaf etdirdikləri proqram dili BASİC sayəsində kompüter istifadəçiləri proqramlarını özləri yaza bilirdilər. MITS şirkəti gənc araşdırmaçılardan  satışa çıxarma sənədini satın alaraq sistemi daha da inkişaf etdirmələri  üçün sifariş verdi.

Bill  Qeyts 1975-ci ildə Harvard Universitetinə daxil olub, ancaq  təhsilini buraxaraq Allen ilə birlikdə Albuquerque Neu Mexicoda Microsoft adlı şirkəti qurdu. Microsoft  stabilliklə mikro kompüterlər üçün proqramı inkişaf etdirməyə həsr edən ilk işlətmələrdən biridir. Aradan qısa bir müddət keçdikdən sonra "General Electric" kimi şirkətlər müştəriləri arasında idi.  1977-ci ildə Pol Allenlə Bill Qeyts arasında yoldaşlıq razılığı imzalanır. Həmin ildə Qeyts alətlərini BASİC ilə təchiz edə bilmək məqsədilə Apple fərdi kompüter istehlakçıları ilə müqavilələr imzaladı. Ayrıca FORTRAN, KOBOL və Paskal proqramlama dili kimi proqram dillərini inkişaf etdirməklə Microsofta bir üstünlük və beynəlxalq bazar yollarına çıxmaq şəraitini yaratdı. 1978-ci ildə Microsoft adlı ilk beynəlxalq satış ofisi  Yaponiyada açıldı.  1979-cu ildə Microsoftun əsas ofisi Əlbukərkədən Vaşinqton ştatının Bellevyu şəhərinə köçürülür. Qeyts 13 işçisi ilə təxminən 3 milyon dollarlıq bir satış reallaşdıra bildi. Qeyts ağıllı uzaqgörənliklə 80-ci illərdə dünya səviyyəsində satış rekordları əldə etdi. 1000 işçisi olan şirkət 80-ci illərin ortasında Avropada şöbələr qurdu.

Şirkətin başçısı Qeyts tutarlı qrup işinə və  səmərə qanununa əhəmiyyət verirdi. Qeyts əməliyyat sisteminə paralel olaraq tətbiq proqramları sahəsində son dərəcə müvəffəqiyyətli işlər ortaya qoyurdu. Microsoftun proqram sahəsindəki qəti müvəffəqiyyəti Apple şirkətinin özlərinə verdikləri sifarişlə reallaşdı. Qeyts şirkətini 1986-cı ildə anonim şirkətə çevirdi. Aradan çox keçmədən tək öz payının dəyəri 1 milyard  dollar oldu.

MS-DOS əməliyyat sisteminin qrafik yaxşılaşdırması olan Vindovsun inkişaf etdirilməsi işlərinə Qeyts 1985-ci ildə başlamışdır. Vindovs bir satışa çıxarma kompaniyası ilə çox müvəffəqiyyət qazandı. Microsoft sistemi proqram işçiləri ilə daha da genişləndirildi. Qeyts xüsusilə Vindovsu daha sadə və daha rahat bir formaya salmağa əhəmiyyət verirdi. Microsoft 1993-cü ildə mübahisə və müzakirəsiz bazarın lideri oldu. İllik gəlir 36 milyard dollar birja dəyəri 140 milyard dolların üstündə idi. Qeytsin fərdi sərvəti təxminən 62 milyard dollar (2007-ci ilin fevral ayına görə) təxmin edilməkdədir. Qeyts 2008-ci ildə Microsoftun reklamlarında iştirak etdi. Qeyts dünyanın ən varlı insanlarından biridir. Evinin böyüklüyü 5000  kv metrdir. Qeyts evində məşhur rəssam Leonardo Da Vinçinin əlyazmalarını saxlamaqdadır. Bill Qeyts saniyədə 250 dollar qazanmaqdadır. 

Hazırladı:
Rəşad ZİYADOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov