Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb

Bookmark and Share

Oktyabrın 15-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Bakının Biləcəri qəsəbəsində yerləşən 299 nömrəli məktəbdə olub, bu tədris ocağının Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşüb.

Görüşdən öncə nazir məktəbi gəzərək burada şagirdlərin təhsili, müəllimlərin fəaliyyəti üçün yaradılan şəraitlə tanış oldu. Məktəbin direktoru Solmaz Kazımova tədris ocağı barədə nazirə məlumat verdi. Bildirildi ki, 1943-cü ildə açılmış, 2008-ci ildən fəaliyyətini məktəb-lisey kimi davam etdirən tədris ocağında hazırda 1570 şagird təhsil alır. 121 müəllim onların təlimi, tərbiyəsi, həyata hazırlanması ilə məşğuldur. Məktəb binasının kiçikliyi, qəsəbənin mərkəzində yerləşdiyi üçün bura uşaq axınının çox olması üzündən yaranmış sıxlıq və darısqallıq nəzərə alınaraq 2006 və 2008-ci illərdə dövlət vəsaiti hesabına məktəb üçün əlavə korpuslar tikilərək istifadəyə verilib. Əsas korpus özü də 2008-ci ildə əsaslı təmir olunub.

Məktəbdəki sinif otaqları, laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib. Məktəbə 68 kompüter dəsti verilib. 4 kompüter sinfi yaradılıb, bütün kompüterlər İnternet şəbəkəsinə qoşulub. Bu işlərdə 2008-ci ildə təsis olunmuş VMA üzvlərinin, qəsəbə bələdiyyəsinin yaxından köməyi olduğu qeyd edildi.

Təhsil naziri məktəbin əsas və əlavə tədris korpuslarını, həyətyanı sahəsini gəzib siniflərə, fənn kabinetlərinə, laboratoriyalara, kompüter otaqlarına baxdı,  idman zalı, kitabxana ilə tanış oldu.

Sonra təhsil naziri məktəbin akt zalında VMA üzvləri ilə görüşdü. Görüşü açan Misir Mərdanov zala toplaşanları salamlayaraq bir neçə ay öncə VMA nümayəndələri ilə Təhsil Nazirliyindəki görüşündə verdiyi sözə əməl edərək onlarla görüşə gəldiyini söylədi. Məktəbdən aldığı təəssüratını görüş iştirakçıları ilə bölüşən nazir aparılan tikinti-təmir işlərini yüksək qiymətləndirdi, tədris ocağında normal şəraitin yarandığını söylədi, bu mühitin yaranmasında əməyi olanlara təşəkkürünü bildirdi.

Son 7-8 il ərzində ölkəmizdə 2 mindən artıq məktəbin şəraiti yaxşılaşdırılsa da hazırda, təxminən bir o qədər də məktəbdə vəziyyətin pis olduğunu, təkcə Bakıda 160 məktəbin əsaslı təmirə, əlavə tədris korpusuna ehtiyacı olduğunu deyən nazir artıq bu istiqamətdə sistemli işlər aparıldığını diqqətə çatdırdı.

299 nömrəli məktəb-liseydə bu baxımdan vəziyyəti qənaətbəxş saydığını söyləyən nazir mövcud vəziyyəti qoruyub saxlamağı, təlimin keyfiyyətini yaxşılaşdırmağı, məktəbdə sağlam mühit formalaşdırmağı, valideynləri məktəbin idarə olunmasına yaxından cəlb etməyi kollektivə tövsiyə etdi. Nazir bildirdi ki, ona verilən məlumata görə, bu təhsil ocağında VMA öz fəaliyyətini çox yaxşı qurub, valideynlərlə məktəb, müəllimlər arasında sıx əlaqə mövcuddur, valideynlər məktəbin problemlərinin həllində fəal iştirak edirlər. Buna sevindiyini deyən nazir digər məktəblərdə də belə olmasını arzu etdi.

Yaradılmış yaxşı şəraitə baxmayaraq, məktəbin bir sıra problemlərinin də olduğunu qeyd edən nazir onların aradan qaldırılmasında təhsil ocağına nazirlik tərəfindən lazımi köməklik göstəriləcəyinə  kollektivi əmin etdi.

Görüşdə VMA üzvü olan müəllim və valideynlərdən Nuriyyə Verdiyeva, Nadir Ağayev, İlham Qayıbzadə, məktəb VMA-nın prezidenti Mübariz Kərimov çıxış edib, işinin çox olmasına baxmayaraq vaxt ayırıb onlarla görüşə gəldiyinə görə nazirə təşəkkürlərini bildirdilər, arzu və təkliflərini söylədilər.

Görüşün sonunda təhsil naziri çıxış edənlərə təşəkkürünü bildirib toxunulan bir sıra məsələlərin onu da düşündürdüyünü, yaxın gələcəkdə onların həlli istiqamətində zəruri addımlar atılacağını, söylənən irad və təkliflərə diqqətlə yanaşılacağını bildirdi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov