Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

Qafqazşünaslığa qiymətli töhfə

Bookmark and Share

Tanınmış alim, pedaqoq, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil nazirinin müavini, əməkdar müəllim İradə Hüseynovanın "Qafqazın tarix ensiklopediyası" kitabı bu günlərdə çapdan çıxmışdır.

Ensiklopediya Qafqaz xalqlarının etno-siyasi, sosial-iqtisadi və mədəni inkişafı kontekstində hazırlanmışdır. Bu nəşr bütövlükdə cəmiyyətşünaslıq və mədəniyyətşünaslıq materiallarından, Qafqaz xalqlarının tarixi, mədəniyyəti, ənənələri, iqtisadi inkişafı, məişəti, dünya baxışları, mədəni irsi və folkloru ilə bağlı mühüm tədqiqatları özündə cəmləşdirmişdir. Kitab dünya geosiyasətində Qafqazın etno-tarixi rolunun dərindən dərk edilməsinə yönəlmişdir. Kitabın funksional strukturu və məzmunu Qafqaz sosiumunun tarixi ümumiliyini və bənzərsiz xüsusiyyətlərini konseptual mövqedən göstərməyə imkan verir.

Bu ensiklopediya çox zəngin milli, siyasi, mədəni və etnik xüsusiyyətlərə malik olan Qafqaz xalqlarının tarixi inkişaf proseslərini kompleks şəkildə öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. Professor İradə Hüseynovanın bu əsəri Azərbaycan Milli Elmlər Akademiyasının hesabatında mühüm elmi nailiyyət kimi qeyd edilmişdir.

"Qafqazın tarix ensiklopediyası" müəllifin çoxillik elmi araşdırmalarının məntiqi nəticəsidir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın ensiklopediyaya yazdığı "Ön söz"də bu əsərə yüksək qiymət verilmişdir: "Tarix elmləri doktoru, professor İradə Hüseynovanın bu əsəri, şübhəsiz, vaxtında yazılmış, ehtiyac duyulan əsərdir. O, milli elmə, eləcə də dünya elminə sanballı töhfədir və oxucuların böyük marağına səbəb olacaqdır".

Milli ensiklopediyanın direktoru, akademik Tofiq Nağıyevin fikrincə, "Qafqazın tarix ensiklopediyası" son dərəcə qiymətli, nüfuzlu tarixi mənbə, tarix elminin inkişafı yolunda yeni uğurlu addımları təcəssüm etdirən stolüstü kitabdır". Təcrübəli tədqiqatçı alim, professor İradə Hüseynova Qafqaz xalqlarının təsərrüfat və mədəni həyatında, onların sosial-iqtisadi sistemində, dillərində, adətlərində, ənənələrində tarixi inkişafın müxtəlif dövrlərində baş vermiş dəyişiklikləri təhlil etmişdir.

Qeyd etmək lazımdır ki, müəllif bu nəşrdə Qafqaz regionunun bütün tarixi inkişaf dövrünü əhatə edir. İstedadlı alim qədim tarixə geniş ekskurs edərək, etnosların yaranması, onların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri, mədəniyyətlərin bir-birinə nüfuz etməsi problemlərinə toxunur, konkret tarixi faktlar və hadisələr nümunəsində Qafqaz xalqlarının çoxşaxəli həyatını işıqlandırır.

Yüksək milli, mənəvi-əxlaqi və ümumbəşəri dəyərləri əsas tutan müəllif müasir mərhələdə uğurlu daxili və xarici siyasət yeridən, dünya səhnəsində mehriban qonşuluq, əməkdaşlıq və tolerantlıq prinsiplərinə əsaslanaraq öz münasibətlərini quran Azərbaycanın lider mövqeyini şərtləndirmiş amilləri hərtərəfli və dərindən təhlil edir. O, tamamilə haqlı olaraq görkəmli dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil  Azərbaycan  dövlətinin  yaradılmasında  və möhkəmlənməsində müstəsna  rol  oynadığını  göstərir.

Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyevin kursunu ləyaqətlə davam etdirən İlham Əliyevin ölçülüb-biçilmiş siyasəti və yorulmaz fəaliyyəti sayəsində respublikamız dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan mühüm beynəlxalq və regional inteqrasiya proseslərinin təşəbbüsçüsü olmuş, təkcə öz xalqının deyil, bütövlükdə regionun rifah səviyyəsinin artmasını təmin etmişdir.

Ensiklopediyada Azərbaycanda mədəniyyətin, elmin, təhsilin inkişafı üçün böyük səy göstərən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə mühüm yer ayrılmışdır.

Ensiklopediyanın yuxarıda sadalanan məziyyətləri, eləcə də burada təqdim edilmiş dərin elmi araşdırmalar bu nəşrin əhəmiyyətini təmin etmişdir. Bu sanballı əsər Qafqaz xalqlarının daha da yaxınlaşmasına kömək edəcəkdir: Regionun hər bir sakini bu əsərdə öz vətəni - respublikası, vilayəti, rayonu, kəndi haqqında, özünün soykökü, tarixi, mədəniyyəti, sosial-iqtisadi quruluşu, adət-ənənələri, fəlsəfi baxışları barədə tam məlumat əldə edəcək və bütövlükdə, dünyagörüşünü genişləndirə biləcəkdir.

Ensiklopediya tarix, mədəniyyət, etnoqrafiya, geosiyasət, beynəlxalq və dövlətlərarası münasibətlər məsələləri ilə məşğul olan alimlər, müəllimlər, politoloqlar, mütəxəssislər, magistrlər və tələbələr üçün, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.  

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov