Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

Daim axtarışda olan alim

Bookmark and Share

Pedaqoji elmlər doktoru, professor Şükür Əlizadə 25 oktyabr  1940-cı ildə Lənkəran rayonunun Viyən kəndində kolxozçu ailəsində doğulmuşdur. 1958-ci ildə Kərgəlan kənd orta məktəbini bitirən, fizika elminə maraq göstərən, müəllimlik sənətinin vurğunu olan Şükür Əlizadə ADPU-nun (keçmiş V.İ.Lenin adına ADPİ-nin) fizika fakültəsinə daxil olmuşdur.

1963-cü ildə ADPİ-də fizika ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri idim. İmtahan zamanı bir neçə tələbənin cavabı məni və komissiyanın üzvlərini çox razı saldı. Dövlət imtahanından sonra fərqlənən tələbələri çağırıb söhbət etdim və məsləhət gördüm ki, gələcəkdə aspirantura xətti ilə  təhsillərini davam etdirsinlər. Həmin tələbələrdən biri də Şükür Əlizadə idi. Həmin il ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla Kərgəlan kənd orta məktəbində fizika müəllimi kimi fəaliyyətə başlamış, sonra Gərmətük kənd orta məktəbində direktor müavini işləmişdir.

Pedaqoji elmə və tədqiqatçılığa olan maraq Şükür Əlizadəni 1970-ci ildə ADPİ-nin əyani aspiranturasına gətirdi. Aspiranturaya qəbul olunandan sonra o, elmi rəhbərlik və mövzu ilə əlaqədar mənə müraciət etdi və təkidlə qeyd etdi ki, mən hökmən onun elmi  rəhbəri olum.

Respublikada yarımkeçiricilər fizikası və texnikası üzrə qazanılmış nailiyyətləri nəzərə alaraq onların tədrisə gətirilməsinin aktual problem olduğunu bildirdim. Eyni zamanda qeyd etdim ki, mənim rəhbər olmağım üçün  metodistlərdən biri ikinci rəhbər olmalıdır. Beləliklə, pedaqoji elmlər namizədi, dosent Behbud Şəfizadə ikinci rəhbər planlaşdırıldı. Şükür Əlizadənin tədqiqat mövzusu "Orta məktəbdə fizikadan bəzi təcrübələrin yarımkeçirici cihazlarla aparılması metodikası" məsləhət bilindi.

Şükür Əlizadənin aspiranturada təhsili çox uğurlu oldu. O, təhsil problemləri ilə yanaşı, həm də orijinal əyani vəsaitlər hazırlanması ilə məşğul oldu. Çox uğurlu haldır ki, SSRİ İxtira və Kəşflər Komitəsi tərəfindən Şükür Əlizadəyə aspirantura dövründə fizikanın tədrisi metodikası üzrə dörd müəlliflik şəhadətnaməsi verildi.

O, 1974-cü ildə ADPİ-nin İxtisaslaşdırılmış müdafiə şurasında "Orta məktəbdə fizikadan bəzi təcrübələrin yarımkeçirici cihazlarla aparılması metodikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Onun qələminin məhsulu olan "Pedaqoji institutlarda məktəb fizika eksperimentinin aparılması metodikası və texnikası" adlı 5 hissəli dərs vəsaiti bu gün də bakalavr və magistrantların stolüstü kitabına çevrilmişdir.

7-9-cu və 10-11-ci siniflər üçün "Fizikadan laboratoriya işləri" və "Fizikadan nümayiş eksperimenti" kitabları fizika müəllimləri üçün dəyərli dərs vəsaitinə çevrilmişdir. "Fizikadan nümayiş eksperimenti" kitabında təsvir edilmiş təcrübələrdən fizikanın tədrisində istifadə edilməsi şagirdlərdə fizikaya marağı artırar və onlarda yaradıcılıq qabiliyyətləri inkişaf etmiş olar. Həmin dərs vəsaitində "Elektrik sahəsi", "Maqnit sahəsi", "Elektromaqnit sahəsi", "Sabit cərəyan qanunları", "Müxtəlif mühitlərdə elektrik cərəyanı", "İşıq hadisələri" və "Atom və atom nüvəsi" üzrə xeyli orijinal nümayiş təcrübələri verilmişdir.

Beləliklə, Şükür Əlizadə indiyə kimi 8 ixtira və 50 səmərələşdirici təklifin, çoxlu sayda dərs və metodik vəsaitinin, elmi-metodik məqalələrin müəllifidir.

"Orta məktəbdə fizika kursunun elmi-metodik təhlili" problemi üzrə tədqiqat aparan Şükür Əlizadənin əldə etdiyi elmi nəticələr Moskva, Sankt-Peterburq, Minsk, Kiyev və Ankarada keçirilmiş beynəlxalq konfranslarda dinləyicilərin marağına səbəb olmuşdur.

Orta məktəblərdə istifadə edilən fiziki cihazların təkmilləşdirilməsi və geniş nümayiş cihazlarının hazırlanmasında Şükür Əlizadənin xidmətləri öz töhfəsini vermişdir. Belə ki, onun tərəfindən yeni hazırlanmış "Elektrik Sultanı", "Paskal qanununun doğruluğunu nümayiş etdirmək üçün cihaz", "Yarımkeçirici termoelementli nümayiş termometri", "Metalların istilikkeçiriciliyini nümayiş etdirən cihaz", "Mayenin daxilində təzyiqin ölçülməsi üçün cihaz", "Lazer fanarlı disk" və "Zəncirvari nüvə reaksiyasını nümayiş etdirmək üçün cihaz"lara müəlliflik şəhadətnaməsi və patent almışdır. Onun hazırladığı üç cihaz kütləvi şəkildə bütün keçmiş SSRİ məkanında  yayılmaq üçün SSRİ PEA-nın Məktəb Avadanlığı və Təlimin Texniki Vasitələri İnstitutu tərəfindən qəbul edilmiş və "Nümayiş tədris cihazları və tədris əyani vəsaitləri siyahısı"na daxil edilmiş və seriyalı buraxılışı həyata keçirilmişdir.

1982-1987-ci illərdə o,V.İ.Lenin adına ADPİ-nin TETİ (Tələbə Elmi Tədqiqat İşləri) Şurasının sədri olmuşdur. Tələbə elmi tədqiqat işlərinə səmərəli rəhbərlik etdiyinə görə SSRİ Təhsil Nazirliyinin "Fəal əmək medalı" ilə təltif edilmişdir.

Şükür Əlizadə 1989-cu ildən bu günə kimi "Pedaqoji elmlər və fənlərin tədrisi metodikası" ixtisası üzrə ixtisaslaşmış müdafiə şurasının üzvüdür. Şuranın üzvü kimi o, həmişə gənc mütəxəssislərin elmi-metodik səviyyələrinin yüksəldilməsinə xüsusi diqqət yetirir.

Şükür Əlizadə məktəblərin fizika müəllimləri ilə daim əlaqə saxlayır. Bu görüşlər zamanı fizikanın tədrisi metodikası və məktəb fizika eksperimentinin aktual məsələləri üzrə mühazirələr oxuyur, məktəblərin fizika kabinetlərinin təkmilləşdirilməsində səmərəli təklifləri ilə iştirak edir.

2003-cü ildə "Məktəb fizika eksperimentinin sistemi və onun təkmilləşdirilməsi problemləri" mövzusunda pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq üçün BDU-nun fizika ixtisası üzrə ixtisaslaşmış şurada dissertasiya müdafiə etmiş və təsdiqini almışdır.

Şükür Əlizadə tədqiqat nəticəsində müəyyənləşdirmişdir ki, MFE-nin (məktəb fizika eksperimentinin) sistemini yalnız təşkili formalarına görə deyil, başqa əlamətlərinə görə də təsnif etmək lazımdır. Onun tərəfindən "Məktəb fizika eksperimenti"nin sisteminin tam təsnifatı öz həllini tapmışdır. O, sübut etmişdir ki, məktəb fizika eksperimentinin sisteminin tam təşkili formalarına, həm də məzmununa, məqsədinə və didaktik imkanlarına görə təsnif edilməlidir.

Beləliklə, Ş.Əlizadə metodistlər içərisində ilkin olaraq MFE-nin sistemini tam təsnif etməyə nail olmuşdur.

Tədqiqat nəticəsində MFE-nin didaktik funksiyaları da araşdırılmış və onun üç komponentdən: əyanilik, öyrədicilik və tərbiyəedicilikdən ibarət olduğu müəyyənləşdirilmişdir.

O, həmçinin nümayiş eksperimenti, frontal laboratoriya işləri və fizika praktikumlarının təşkili zamanı fizika müəlliminin fəaliyyət modelini, habelə, didaktik, metodik, psixofizioloji, erqonomik və estetik tələblərə, təhlükəsizlik texnikası qaydalarına əsaslanmış fizika kabinetinin modelini təklif etmişdir.

Respublikada məktəb fizika kabinetlərinin vəziyyətini az vaxt ərzində təyin etmək üçün "Attestasiya vərəqi" təklif etmişdir. Bu, hər dərs ilinin sonunda məktəblərə göndərilib verilən cavabları yekunlaşdırmaqla həmin dərs ilində rayon və ya respublika üzrə normal məktəb fizika kabinetlərini müəyyənləşdirməyə və növbəti dərs ilində qarşıda duran vəzifələri planlaşdırmağa imkan yaradar.

Ş.Əlizadənin fəaliyyətində ictimai işlərdə xüsusi səylə çalışmaq ənənəyə çevrilmişdir. O bir neçə ildir ki, TPİ-də Təhsil Tədqiqatları üzrə Problem Şurası sədrinin müavini və "Təbiət elmləri üzrə komissiya"nın sədridir. Uzun müddət Səbail rayonunun ərazi və dairə seçki komissiyalarının sədri vəzifəsində çalışaraq özünün təşkilatçılıq qabiliyyətini nümayiş etdirə bilmişdir.

Pedaqoji Universitetdə bu gün gözəl ənənə davam etdirilir: professor - müəllim kollektivi arasında "İlin müəllimi" və "İlin alimi" müsabiqəsi keçirilir. Ş.Əlizadə keçən il universitet üzrə həm "İlin müəllimi", həm də "İlin alimi" adına layiq görülmüşdür.

Daim axtarışda olan zəhmətkeş insan, istedadlı yetişdirməm, elmin zirvəsinə yüksəldikcə sadələşən professor Şükür Əlizadənin şərəfli ömür yolu gənc nəsil üçün layiqli nümunə və örnəkdir. Anadan olmasının 70 illiyi münasibəti ilə onu təbrik edir, ona möhkəm cansağlığı və bu şərəfli fəaliyyətində uğurlar arzulayıram. 

Maqsud ƏLİYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının
akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor,
əməkdar elm xadimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov