Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres

Bookmark and Share

Oktyabrın 15-17-də Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçirilib.

Qafqaz Universitetinin təşəbbüsü, bu ali məktəbin və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil, İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin, Türk Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) və Azərbaycan-Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) fəal dəstəyi ilə keçirilən konqresdə məqsəd qloballaşan dünya şəraitində ortaq tarixi və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya ölkələrinin müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən elm adamlarını bir araya  gətirmək, Qafqaz və Mərkəzi Asiya regionunun mövcud şəraitini və qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirəsi və həlli yolları üçün təkliflər irəli sürülməsini təmin etmək idi. Konqresin işində 13 ölkədən nümayəndələr iştirak edirdi.

Oktyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusundakı geniş zalda konqresin açılışı oldu. Açılış mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, TÜSİAB-ın Baş katibi Yasin Göral, Türkiyə İsrafi Önləmə Vəqfinin başqanı, professor Əziz Akgül, millət vəkili, akademik Ziyad Səmədzadə və başqaları çıxış edərək konqres iştirakçılarını salamladılar, beynəlxalq tədbiri yüksək qiymətləndirib onun işinə uğurlar arzuladılar.

Konqresin keçirilməsinə sponsorluq etmiş "Mətanət-A" şirkətinin rəhbəri Elxan Bəşirova  təşkilatçılar adından mükafat təqdim olundu.

Oktyabrın 16-da konqres "Qloballaşma prosesində təhsil", "Qloballaşma prosesində Azərbaycan-Türkiyə iqtisadi əlaqələri və gələcək perspektivlər", "Qloballaşma prosesində regional inkişafın əhəmiyyəti və tətbiq edilən siyasətlər" adlı üç bölmədə işini davam etdirdi.

Konqresdə iqtisadiyyat və beynəlxalq münasibətlər istiqamətləri üzrə 20-yə qədər mövzuda məruzə dinlənildi, müzakirələr aparıldı.

Qafqaz Universitetində təşkil olunan bölmələrdə Türkiyənin Mərmərə Universiteti, İstanbul Ticarət Universiteti, Sakariya Universiteti, Fatih Universiteti, Başkənt Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Ankara Universiteti və başqa nüfuzlu ali məktəblərdən tanınmış iqtisadçı alimlər və regionşünaslar məruzələrlə çıxış etdilər. Hər bölmə üzrə 5-7 məruzə dinlənilərək müzakirə olundu, maraqlı təkliflər səsləndirildi. 

Lalə YUSİFQIZI

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov