Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib

Bookmark and Share

"Azərbaycan dünyası" beynəlxalq jurnalı və "Dədə Qorqud" Milli Fondunun əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun vaxtı ilə təhsil aldığı Biləsuvar rayonunun Əliabad kəndindəki tam orta məktəbdə olublar. Qonaqlar əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş guşə önünə tər çiçək dəstələri düzdülər. Məktəbdə Mübarizə dərs demiş müəllimlərin  xatirələrini dinlədilər. Görüşə gələnlər məktəb rəhbərliyinə və müəllimlərə belə vətənpərvər şagird tərbiyə edib yetişdirdiklərinə görə minnətdarlıq etdilər.

Sonra qonaqlar Mübarizin böyüyüb boya-başa çatdığı evə getdilər. Milli Qəhrəmanın ailə üzvləri ilə keçirilən bu görüşdə "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov təsis etdikləri "Mehriban Ana" ordenini qəhrəmanın anası Şamama İbrahimovaya və Milli Qəhrəmanın layiq görüldüyü "Vətən övladı" ordenini qəhrəmanın atası Ağakərim İbrahimova təqdim etdi.

Tədbirdə Mübarizin atası və anası bu təltifə görə fondun bütün əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.

Mərasimdə Respublika Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi A.Səfərov, "Dədə Qorqud" Milli Fondunun icraçı direktoru Z.Dadaşova, YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri X.Ağayeva, Mübarizin təhsil aldığı məktəbin müəllimi Ü.Qurbanova, Biləsuvar Olimpiya İdman Kompleksinin direktoru R.Məmmədov çıxış edərək qəhrəman barədə ürək sözlərini söylədilər, onun erməni işğalçılarına qarşı apardığı mübarizədən iftixar hissi ilə söhbət açdılar.

Sonda tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Milli Qəhrəmanın hünər yollarından danışdı. "Dədə Qorqud" Milli Fondunun bütün əməkdaşlarına rayon ictimaiyyəti adından minnətdarlığını bildirdi.

***

Bakı şəhərindəki Tahir  Həsənov adına 23 nömrəli orta məktəbin müəllim və şagird kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı məktəbin qonağı oldu. Onlar da Milli Qəhrəmanın həyatının müxtəlif anlarını əks etdirən guşəyə maraqla tamaşa etdilər. Sonra 23 nömrəli məktəbin direktoru İradə Rəhimli çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimovun  görüşdə iştirak edən ata və anasına, məktəbin müəllim kollektivinə belə hünərvər bir oğul tərbiyə etdiklərinə görə minnətdarlıq etdi. Direktor sonra "Sən həmişə bizim qəlbimizdəsən", ulu öndər Heydər Əliyev haqqında yazılmış şeirlər kitablarını, məktəbləri haqqında çəkilmiş filmin diskini və bir çox əyani dərs vəsaitini məktəbə hədiyyə etdi.

Görüşün sonunda 23 nömrəli məktəbin şagirdlərinin hazırladığı "Vətən uğrunda ölən varsa, Vətən var" adlı film-kompozisiya nümayiş etdirildi.

Elə həmin gün görüş iştirakçıları Milli Qəhrəman Mübariz İbrahimovun vaxtı ilə yaşadığı evi də ziyarət etdilər. 

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov