Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

 

Qasımov Muxtar Cahid oğlu 

1958-ci il yanvarın 10-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdu. 1975-ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşdu. Muxtar yeddi il Xankəndində həkim işləmiş, 1988-ci ildə erməni işğalçılarının torpaqlarımıza hücumu başlayanda, iş yerini dəyişərək Ağdam şəhər Mərkəzi Xəstəxanasında çalışmağa başlamışdı. Bacarıqlı və təcrübəli həkim kimi ağır döyüşlər zamanı yaralanmış yüzlərlə əsgərimizi sağaldıb yenidən cəbhə bölgəsinə yola salmışdı. Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq kəndləri istiqamətində gedən döyüşlərdə bir həkim kimi yüksək peşəkarlıqla fəaliyyət göstərmişdi.

M.Qasımov 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 

Qədiməliyev Arif Maasif oğlu 

1975-ci il iyulun 13-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdu. 1992-ci ildə burada kənd orta məktəbini bitirmiş və Nəvai adına kolxozda çalışmışdı. Arif 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, Qusarda və Sumqayıtda hərbi təlim keçmişdi. 1994-cü il yanvarın 18-də Qarabağ bölgəsinə cəbhəyə göndərilmişdi. Xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə fəal iştirak edərək Ağdərə, Tərtər bölgələrində ağır döyüşlərdə rəşadət göstərmişdı.

A.Qədiməliyev 1995-ci il martın 17-də dövlət çevrilişinə cəhdin qarşısını alarkən həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Qədiməliyev Arif Maasif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Dağ Kəsəmən kəndində dəfn olunub. Ağstafa şəhərində büstü qoyulub. Adına mədəniyyət evi var.  

Qəmbərov Ramiz Bulud oğlu 

1962-ci il iyulun 2-də Şuşa şəhərində anadan olmuşdu. 1979-cu ildə buradakı şəhər orta məktəbini bitirmiş və Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdı. O, 1980-ci ildə hərbi xidmətə çağırılmış, xidmətini başa çatdırdıqdan sonra Şuşaya qayıtmışdı. 1986-cı ildə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş və işləyə-işləyə təhsilini davam etdirmişdi. 1988-ci ildən xalq hərəkatına qoşulmuşdu. O, erməni təcavüzünə qarşı mübarizə aparanların ön sırasında gedirdi. 1992-ci ildə yaratdığı könüllülərdən ibarət  batalyona başçılıq etmişdi. Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Quşçular və digər kəndlərin müdafiəsində mərdliklə vuruşmuşdu.

R.Qəmbərov 1992-ci il aprelin 30-da Kosalar və Kərkicahan kəndləri  yaxınlığında gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində dəfn olunub. 

Qəhrəmanov Fariz Çoban oğlu 

1974-cü il martın 29-da Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə orta təhsilini doğma kəndlərində başa çatdırmışdır. Sonra o, təhsilini 47 nömrəli texniki peşə məktəbində davam etdirərkən 1992-ci ildə Milli Orduya çağırılmışdır. Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. Fariz 1994-cü ildə Ağdərənin müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşdə yaralanmışdır. O, bir müddət müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə qayıtmışdır.1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında xidmət göstərmişdir. 1995-1996-cı illərdə Türkiyə Respublikasında jandarm və komanda məktəbini bitirmiş, 1999-cu ildə sənədlərini elə oradakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermiş və motoatıcı qoşunlar komandiri ixtisası üzrə tam kursu bitirmişdir.

F.Qəhrəmanov kapitan rütbəsinə qədər yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Qubadov Arif Vəliş oğlu 

1966-cı il sentyabrın 20-də Cəlilabad rayonunun Əliqasımlı kəndində anadan olmuşdu. 1983-cü ildə kəndlərindəki orta məktəbi bitirmiş, 1984-cü ildə hərbi xidmətə çağırılmışdı. 1992-ci ildə vətənə qayıdaraq Milli Orduda xidmət etməyə başlamışdı. 1993-cü ildə Ağdam rayonuna göndərilmiş, Əfətli, Yusifcanlı kəndlərinin azad edilməsi uğrunda mübarizədə iştirak etmişdi. 1993-cü ilin avqustunda taboru ilə Füzuli bölgəsinə yollanmış, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində fəal iştirak etmiş, şücaəti ilə fərqlənmişdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirmişdi. 2001-ci ildə Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasına daxil olmuş, 2003-cü ildə oranı bitirmişdı.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Qubadov Arif Vəliş oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polkovnik-leytenant rütbəsinə yüksəlmişdi. 2009-cu il sentyabrın 25-də uzunsürən xəstəlikdən vəfat edib.

Ailəli idi.

Cəlilabad rayonunun Əliqasımlı kəndində dəfn olunub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov