Yevlax
rayonu Cırdaxan kənd orta məktəbinin müəllim və
şagirdləri yeni dərs ilini yeni məktəb binasında
qarşılamışlar. Məktəb müasir tələblərə cavab
verən yeni avadanlıqlarla təchiz edilmişdir.
Dövlət vəsaiti hesabına inşa olunmuş
ikimərtəbəli, 180 şagird yerlik binada 9 sinif
otağı, 2 laboratoriya, müxtəlif fənn
kabinetləri, müəllimlər otağı, kompüter otağı,
idman zali, müasir kitabxana müəllim və
şagirdlərin istifadəsinə verilmişdir. Bütün
bunlar möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi
diqqət və qayğının təzahürüdür.
İnşası Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən həyata keçirilmiş bu yeni məktəb
binasının açılışı müəllimlərin, şagirdlərin və
kənd camaatının sevincinə səbəb olmuşdur.
ƏDALƏT |