Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Oktyabr 2010 - �42

 

Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib

Bookmark and Share

Oktyabrın 22-də Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Novxanı qəsəbəsində yerləşən AF Hotel Akva-park kompleksinin konfrans zalında iki beynəlxalq tədbir keçirilib. Bunlardan biri "Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər" mövzusunda IV Beynəlxalq elmi konfrans, digəri isə BSU-nun Türkiyənin nüfuzlu Qazi Universiteti ilə birgə təşkil etdiyi "Türk dili və ədəbiyyatının tədrisi" I Beynəlxalq simpoziumdur. Qeyd edək ki, simpozium türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuşdu. "Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər" mövzusunda keçirilən ənənəvi beynəlxalq elmi konfransın məqsədi müqayisəli təhlil və birgə müzakirələr vasitəsilə mürəkkəb çoxmənalı arxetip məfhumunun mahiyyətinə aydınlıq gətirmək, ədəbiyyatşünaslığın ən müxtəlif problemlərini təqdim etməkdir. Konfransda Türkiyə, Rusiya, ABŞ, İsveç, Avstriya, İngiltərə, Çin, İran, İraq, BƏƏ və sair olmaqla 20-dən çox ölkədən elm xadimləri iştirak edib. Konfransın işi "Dildə və tərcümədə arxetiplər", "Leyli və Məcnun arxetipi Şərqdə və Qərbdə", "Mənbə və interpretasiya", "Arxetip simvol və obraz kimi", "Arxetiplər yeni transformasiyada və fan-fikşn", "Mifoloji arxetiplər və totemlər", "Qlobal anlayışın lokal interpretasiyası" kimi bölmələrdən təşkil olunub. "Türk dili və ədəbiyyatının tədrisi" adlı I Beynəlxalq simpoziuma Türkiyənin Qazi, Səlcuq və İstanbul Kültür universitetlərindən 24 professor və aparıcı elmi işçi qatılıb. Hər iki ölkənin tanınmış türkoloq alimlərinin, müəllim və tələbələrinin iştirakı ilə təşkil olunan simpoziumda gənclərə hərbi və milli-vətənpərvərlik hisslərinin aşılanması, onların siyasi dünyagörüşünün və estetik düşüncəsinin mili ruhda köklənməsində türkdilli ədəbiyyatın əhəmiyyətindən bəhs edilib. Elmi konfransların birgə plenar iclasını  giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev qonaqları salamlayaraq, hər iki tədbir haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın paytaxtında dünyanın məşhur alimlərinin bir araya gələrək, humanitar elmin problemlərini araşdırmalarını əlamətdar hadisə kimi qiymətləndirib, bunun mədəniyyətlərin və elmin inteqrasiyası yolunda əhəmiyyətli addım olduğunu söyləyib. Rektor ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılan və onun ideyalarını həyata keçirən BSU-nun fəaliyyətindən danışıb, bu nüfuzlu təhsil ocağına rəhbərlik etməsindən qürur duyduğunu bildirib.

K.Abdullayev vurğulayıb ki, 2000-ci ildən etibarən BSU-da 5 fakültə fəaliyyət göstərir. "BSU-da "Lügət mərkəzi", "Türk-slavyan əlaqələri", "Tərcümə problemləri", "Beynəlxalq münasibətlər" elmi tədqiqat laboratoriyaları, "Azərbaycanşünaslıq" elmi-tədris mərkəzi yaradılıb. Bildirildi ki, universitetdə yüksəkixtisaslı bakalavr və magistr hazırlığını həyata keçirən fakültə və kafedralardan, həmçinin ümumi və tədris leksikoqrafiyasının, psixolinqvistika və bilinqvizmin, türk-slavyan ədəbi və mənəvi əlaqələrini, azərbaycanşünaslığın aktual problemlərini tədqiq edən elmi tədqiqat laboratoriyalarından başqa, Xarici əlaqələr şöbəsi, ümumtəhsil tədris proqramlı humanitar lisey, Ukrayna bazar günü məktəbi, Nəşriyyat-poliqrafiya mərkəzi, Tələbə teatrı, "Səfir saatı" klubu, Qiyabi təhsil şöbəsi, Magistratura şöbəsi, aspirantura və doktorantura fəaliyyət göstərir. Universitetdə "BSU-nun elmi əsərləri", "Azərbaycanda rus dili və ədəbiyyatı" elmi metodik jurnal, alim və müəllimlərin, aspirant və magistrantların elmi məqalələr məcmuələri nəşr edilir, "Tələbə dünyası" qəzeti çap olunur. 2002-ci ildən etibarən BSU-da elmlər namizədi və doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şura fəaliyyət göstərir. BSU-da ali məktəb tələbələri üçün elmin müasir tələblərinə cavab verən yeni dərsliklər və tədris vəsaitlərinin, lüğət və məlumat ədəbiyyatının, tədris proqramları və metodik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilir. Bütün ixtisaslar üzrə yeni tədris proqramlarının tərtib edilməsi, rus ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, praktik rus dili, pedaqogika, rus dilçiliyi və elmin digər sahələri üzrə ali məktəb tələbələri üçün dərsliklərin, tədris vəsaitlərinin çapa hazırlanıb nəşr edilməsi, həmçinin dördcildli "Azərbaycanca-rusca lüğət"in işıq üzü görməsi buna bariz nümunədir.  

Digər çıxış edənlər - İsmət Çətin, Taciser Onuk, Ayşe Melek Özyetgin, Əli Əhməd Arslan, Ömür Ceylan (Türkiyə), Sadik Göhər (BƏƏ), Lüdmila Boris (Rusiya), Yordan Lüskanov (Bolqarıstan), İnna Kalita (Çexiya), Saymon Zotqenfray (İsveç), Angelina Saule (Avstraliya), BSU-nun professoru Rəhilə Qeybullayeva tədbirin əhəmiyyətindən danışmış, əldə olunacaq elmi nəticələrin komparativistika və dilçilik elminə layiqli töhfələr verəcəyinə ümidvar olduqlarını bildirmişlər.

Sonra konfrans və simpozium işini bölmə iclaslarında davam etdirmişdir.

Qeyd edək ki, konfrans və simpoziumda iştirak edən alimlər tədbir çərçivəsində BSU-nun tələbə və magistrləri ilə görüşmüş, müxtəlif mövzularda dərslər keçmişlər. Hər iki tədbir öz işini oktyabrın 23-də başa çatdırmışdır.

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

29 Oktyabr 2010 - �42

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan  haqqında nə bilirəm" mövzusunda müsabiqənin keçirilməsi haqqında qərar
 
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası
 
Kollegiya iclasında ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olundu
 
Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi
 
Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kurslarının açılışı olub
 
Veteran müəllimlərin çağırışçı gənclərlə görüşü
 
Bakıda "İtalyan dili həftəsi"
 
Yeni məktəblərimiz
 
Səbail rayonundakı 130 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
 
Ankaradakı Bilkənd Universitetində BMT gününə həsr olunmuş tədbirdə Azərbaycan guşəsi açılıb
 
NDU-da elmi konfrans keçirildi
 
Qaraqoyunlu dövlətinin 600 illiyinə həsr olunmuş konfrans
 
ATU-da  Virtual  Layihə - Texnoloji Tədris  Mərkəzi açılıb
 
Azərbaycan alimi Ümumdünya Fəlsəfə Forumundan qayıdıb
 
Birinci kurs tələbələri ilə görüş
 
İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə
 
Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib
 
Ali təhsil sistemində novatorluq. Bakı Slavyan Universitetinin ali və orta təhsilin koordinasiyası istiqamətində layihələrinə dəstək verilir
 
18 nömrəli Bakı Peşə Liseyində təhsilalanların "Tələbə Parlamenti" yaradıldı
 
"Cəlil Məmmədquluzadə" kitabı Ukraynada nəşr olunub
 
"Mavi planet, dünya və ekoloji sfera"
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Balacaların "Payız" tədbiri
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov