Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - � 43

 

Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib

Bookmark and Share

Xəbər verildiyi kimi, 2010-cu il 14-15 oktyabr tarixlərində Moskva şəhərində MDB ölkələri Humanitar Şurası və Dövlətlərarası Humanitar  Əməkdaşlıq Fondu(DHƏF) tərəfindən yaradıcı və elmi ziyalıların növbəti V Beynəlxalq Forumu keçirilib.

MDB üzvü dövlətlərdən 500 nəfər təhsil, elm, mədəniyyət xadiminin qatıldığı mötəbər Forumda Azərbaycanın da nümayəndə heyəti iştirak edirdi.

Həmin Forumun iştirakçılarından biri də Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasının müdiri, dosent, filologiya elmləri üzrə fəlsəfə doktoru, ADU-nun YUNESKO üzrə koordinatoru Sevinc Ələkbərzadə olub.

Onunla  görüşüb forumla bağlı ətraflı məlumat verməsini xahiş etdik. Sevinc xanım bunları bildirdi:

- İlk öncə qeyd edim ki, mənim üçün belə bir nüfuzlu tədbirdə iştirak etmək olduqca şərəfli idi.  Moskva şəhərində keçirilmiş yaradıcı və elmi ziyalıların V Beynəlxalq Forumu MDB məkanında elmi və yaradıcı elitanın görkəmli şəxsiyyətlərini bir araya gətirən humanitar əməkdaşlıq sahəsində əlamətdar bir hadisədir.

Forumun açılışında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev çıxış edərək bu tədbirin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi, onun davamlı olacağına ümidvar olduğunu söylədi. Rusiya Prezidenti "Bizim təhsil, elm köklərimiz hələ çox yaxın və sıxdır. Bunu itirməmək, bunu qorumaq gərəkdir" deyərək öz çıxışını bitirdi. Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, MDB ölkələri Humanitar Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu nəzdində ölkəmizin təmsilçisi Polad Bülbüloğlu çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. Təbrik məktubunda Azərbaycanın  iqtisadi nailiyyətlərin insan kapitalına çevrilməsinə yönəlmiş bir çox proqram və layihələrdə iştirak etməklə ardıcıl olaraq öz humanitar əməkdaşlığını genişləndirdiyi bildirilirdi.

Səfir həmçinin forum iştirakçılarını MDB ölkələri Humanitar Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun fəaliyyətindən, əldə etdiyi uğurlardan ətraflı söz açdı. Onun sözlərinə görə, adıçəkilən Fondu MDB ölkələri arasında yeni əməkdaşlıq nümunəsi kimi qiymətləndirmək olar. Polad Bülbüloğlu onu da xüsusi vurğuladı ki, Azərbaycan MDB qurumlarında, o cümlədən DHƏF çərçivəsində çox fəal iştirak edir. Fondun strategiyası YUNESKO-nun və digər mötəbər təşkilatların baza prinsipləri əsasında qurulmuşdur.

Qeyd edim ki, Forum MDB məkanı ictimaiyyəti ilə humanitar əməkdaşlıq sahəsində vacib məsələlərin birgə müzakirə edilməsi ənənəsini davam etdirirdi. Forum öz işini "Təhsil, gənclərin akademik və əmək mobilliyi", "Elm, texnologiya və innovasiya", "Birliyin gəncliyə dəstəyi", "Tarixi-mədəni irs və müasir incəsənət" və s. bölmələrdə davam etdirdi. Bildirim ki, "KİV, ədəbiyyat və nəşriyyat fəaliyyəti" bölməsinə respublikanın əməkdar incəsənət xadimi Çingiz Əlioğlu sədrlik edirdi. İştirak etdiyimiz bölmələrdə digər ölkələrdən gəlmiş həmkarlarımızla geniş fikir mübadiləsi apardıq, milli-mədəni irs və dəyərlərimizi qoruyaraq gənclərin elmi və akademik inkişafını, yeni elmi yanaşmaları, təhsil istiqamətlərinin realizə olmasını dəstəklədiyimizi qeyd etdik.

Forum çərçivəsində MDB ölkələrinin gənc alimlərinə beynəlxalq "Debütlər Birliyi" mükafatının təqdimolunma mərasimi keçirildi. Bizim üçün sevindirici hal idi ki, AMEA Radiasiya Problemləri İnstitutunun elmi katibi Dinarə Abbasova və AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Raida Rzayeva da həmin mərasimdə elmi tezislərinə görə mükafata layiq görüldülər.

Həmçinin Forum iştirakçıları üçün MDB-nin açıq şəbəkə universitetinin təqdimatı, sərgilər və digər tədbirlər keçirildi.

Mənim üçün bu forumda ən yaddaqalan hadisələrdən biri də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, akademik Anatoliy Vasilyeviç Torkunovla, məşhur rəssam Tahir Salahovla görüşlər oldu. Tanınmış şəxsiyyətlərlə söhbət etmək, monoqrafiyamı onlara təqdim etmək mənim üçün böyük şərəf idi.

Geniş fikir mübadiləsi, işgüzarlıq şəraitində keçən forumda qəbul edilən vacib qərarlardan biri də MDB ölkələri  konservatoriya rektorları şurasının yaradılması oldu. Azərbaycan tərəfinin təşkilatçılığı ilə MDB məkanının jurnalistləri arasında intensiv məlumat mübadiləsini təmin edəcək Press klubun yaradılması da DHƏF tərəfindən dəstəkləndi.

DHƏF-in növbəti forumunun 2011-ci ildə Kiyev şəhərində  keçirilməsi qərara alındı.

Hesab edirəm ki, forum dövlətlərarası əməkdaşlığın inkişafında, elmi axtarışlara səbəb olacaq yeni  ideyaların üzə çıxarılmasında, elm, təhsil, mədəniyyət, idman, rabitə və turizm sahələrində peşəkar əlaqələrin qurulmasında önəmli rol oynayacaq. 

Mənim və nümayəndə heyətinin digər üzvləri üçün öz aktuallığına və vacibliyinə görə  mühüm əhəmiyyət kəsb edən bu forumun yaxın gələcəkdə Azərbaycanda  keçirilməsini arzu edirəm.

Sonda  fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə bizə etimad göstərərək  belə bir nüfuzlu Forumda iştirak etməyimizə şərait və imkan yaratdıqlarına görə bu işdə zəhməti olanlara öz dərin minnətdarlığımı bildirirəm. 

Söhbəti qələmə aldı:
Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - � 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov