Ümumi
təhsil
müəssisələrinin
I-III
siniflərində
yeni qiymətləndirmə
mexanizmlərindən
istifadənin
vəziyyətini,
nailiyyətləri
və
çatışmazlıqları
müəyyən
etmək
məqsədi
ilə
Təhsil
Nazirliyinin tabeliyində
olan
6
nömrəli
məktəb-liseydə,
132-134
nömrəli
Beynəlxalq
təhsil
kompleksində
, "Ankara
məktəbi"
məktəb-liseyində
və
Bakı
şəhərinin
11
rayonu
əhatə
olunmaqla həm
mərkəzdə,
həm
də
ucqarda yerləşən
5, 20, 23, 29, 82, 87, 96, 102, 129, 162, 166,
222, 235
nömrəli
məktəblərdə
və
287
nömrəli
"Zəkalar"
liseyində
monitorinq aparılmışdır.
Təqdirəlayiq haldır ki, Bakı şəhərinin ucqar
ərazilərində yerləşən 87, 156, 222, 235 nömrəli
məktəblərində qiymətləndirmə sahəsində aparılan
işlər səviyyəcə heç də mərkəzdə yerləşən
məktəblərdən geridə qalmır.
Məlumdur ki, kurikulum tətbiq olunan siniflərdə
dərs aparan müəllimlər Təhsil Nazirliyinin
təşkil etdiyi müxtəlif səviyyəli treninqlərdə
iştirak etmiş, fəal təlim üsullarını,
qiymətləndirmə mexanizmini öyrənmiş və dərslərdə
informasiya-kommunikasiya texnologiyalarından
istifadə etmək bacarıqlarına yiyələnərək müvafiq
sertifikatlar almışlar.
Qeyd edək ki, apardığımız monitorinqin əsas
məqsədi məktəblərimizdə yeni qiymətləndirmə
mexanizminin düzgün tətbiq edilib-edilməməsini,
məktəbdaxili qiymətləndirmənin bütün növlərinin
müəyyənləşdirilmiş prinsip və standartlara uyğun
şəkildə aparılıb-aparılmamasını, qiymətləndirmə
vasitələrinin düzgün tətbiqini müşahidə etmək
idi.
14
iş günü ərzində aparılan müşahidələr göstərdi
ki, I-III siniflərdə dərs deyən müəllimlər
treninqlər və azmüddətli təcrübə nəticəsində
yeni qiymətləndirmə və onun növləri haqqında
müəyyən biliklərə yiyələniblər və öyrəndikləri
nəzəri biliklərdən təcrübədə bu və ya digər
səviyyədə istifadə edirlər. Qeyd edək ki,
müəllimlər şagirdlərin qiymətləndirilməsinin
həyata keçirilməsi üçün diaqnostik, formativ və
summativ qiymətləndirmə nümunələrindən istifadə
etsələr də, tədris prosesində təcrübəsizlikdən
doğan bir sıra çətinliklərlə üzləşirlər.
Təqdirəlayiq haldır ki, əksər müəllimlərimiz
yeni qiymətləndirməyə yaradıcı şəkildə yanaşaraq
formativ qiymətləndirmə jurnalları tərtib
etmişlər. Həmin jurnallarda şagirdlər haqqında
məlumat, qiymətləndirmə standartları və bu
standartlar üzrə şagirdlərin fəaliyyəti öz
əksini tapıb. Müşahidələr göstərdi ki,
monitorinqə cəlb olunan məktəblərin
əksəriyyətində qiymətləndirmə prosesi tələb
olunan səviyyədə təşkil edilib, fəal təlim
üsullarından istifadə geniş yayılıb.
Monitorinqin nəticələrini aşağıdakı kimi
qruplaşdırmaq olar:
Müsbət cəhətlər:
a) dərs prosesində şagirdlərin fəaliyyətinin
qruplar üzrə təşkil olunması;
b) tədris prosesində açıq suallardan istifadə
olunması;
c) şagirdlərin özünü və yoldaşlarını
qiymətləndirməsi;
d) qiymətləndirmənin standart və meyarlar
əsasında aparılması;
e) formativ qiymətləndirmə jurnalında şagirdin
fəaliyyətinin daimi izlənilməsi;
f) sözlə (təsviri) qiymətləndirmə formalarından
istifadə olunması;
g) müəllimlər tərəfindən formativ qiymətləndirmə
vasitələrinin hazırlanması.
Çatışmayan cəhətlər:
a) bəzi məktəblərdə hələ də ənənəvi
qiymətləndirmə üsul və vasitələrindən istifadə
olunması;
b) formativ qiymətləndirmənin rəqəmlə
aparılması;
c) zərurət olmasına baxmayaraq,
informasiya-kommunikasiya texnologiyalarından
istifadə olunmaması;
d) qiymətləndirmə vasitələrinin tərtibində
nailiyyət səviyyələrinin nəzərə alınmaması.
Məktəblərdə əksər hallarda qiymətləndirmənin
aparılması üçün Təhsil Nazirliyi tərəfindən
hazırlanmış və tövsiyə edilmiş qiymətləndirmə
vasitələrindən istifadə olunur. Lakin bəzi
fənlər, xüsusilə texnologiya, fiziki tərbiyə,
musiqi və s. fənlər üzrə qiymətləndirmə
vasitələrinin hazırlanmasına ehtiyac duyulur.
Təəssüfləndirici haldır ki, bir sıra məktəblərdə
Təhsil Nazirliyinin təsdiq etdiyi qiymətləndirmə
vasitələrindən deyil, kriteriya və standartlara
əsaslanmayan, mütəxəssislər tərəfindən müzakirə
edilməmiş test tapşırıqlarından istifadə olunur.
Məktəblərdə müəllimlər tərəfindən tərtib edilmiş
kiçik summativ və böyük summativ qiymətləndirmə
tapşırıqlarının standartların ölçülməsinə uyğun
hazırlanması da çox ciddi məsələdir. Bu zaman
səhlənkarlığa yol verilməsi şagird
nailiyyətlərinin qiymətləndirilməsində
subyektivliyə gətirib çıxara bilər.
Monitorinqin nəticələri göstərdi ki, ibtidai
təhsilin I-III siniflərində yeni qiymətləndirmə
sisteminin mahiyyətinə uyğun şəkildə
aparılmasını təmin etmək üçün öyrədici
kursların, treninqlərin keçirilməsi mütləqdir və
bu məqsədlə noyabr ayının ikinci yarısında və
dekabr ayında Təhsil Nazirliyi tərəfindən
treninqlərin təşkil edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi |