Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

Monitorinq və qiymətləndirmə

TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları

Bookmark and Share

Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə tədqiqat - TIMSS, PIRLS  beynəlxalq proqramı orta məktəblərdə aparılan ən perspektivli araşdırmalardan biridir. Beynəlxalq proqramın əsası 2008-ci ildə 50 yaşı tamam olan Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Mərkəzində hazırlanıb.

Hazırda 60-dan çox ölkə TIMSS, PIRLS, PISA və s. müxtəlif  beynəlxalq müqayisəli tədqiqatlarda iştirak edir. Belə ki, artıq ölkə idarəçiliyi bu tədqiqatların təhsilin inkişafı üçün strategiyanın müəyyənləşdirilməsində mühüm rol oynadığını anlayır.

Dünya təcrübəsində beynəlxalq tədqiqatların üstünlük qazanmasının əsas səbəbləri aşağıdakılardır:

1.Beynəlxalq tədqiqatların nəticələrindən ölkələrin təhsil sisteminin təkmilləşdirilməsində istifadə edilir.

2. Araşdırmaların nəticəsi ölkənin təhsil sistemində baş verən prosesləri başqa ölkələrlə müqayisəli şəkildə təhlil etməyə imkan verir.

3. Beynəlxalq tədqiqatlar təhsil sahəsində aparılan milli araşdırmaların təmin olunmasına da kömək edir.

4. Beynəlxalq tədqiqatlar sayəsində təhsilin keyfiyyətinin qiymətləndirilməsində effektli metod və texnologiyalar əldə olunur.

TIMSS, PIRLS beynəlxalq qiymətləndirilməsi hər dörd ildən bir keçirilir. Tədqiqatda ibtidai təhsilin IV və orta təhsilin VIII sinif şagirdlərinin təhsil nailiyyətləri qiymətləndirilir,  riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisi, oxuyub təhliletmə bacarığı, təhsil müəssisələri, müəllimlər, şagird və valideynlər, onların əhatə olunduğu mühit və digər faktorlar öyrənilir. Tədqiqatın bu şəkildə aparılması aşağıdakılara imkan verir:

- müxtəlif ölkələrdə şagird nailiyyətlərinin müqayisəli şəkildə qiymətləndirilməsinin həyata keçirilməsinə;

- riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisində keyfiyyət dəyişmələrinin tendensiyasının üzə çıxarılmasına;

- ibtidai təhsildən sonrakı səviyyədə riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisində baş verən dəyişikliklərin, oxuma-təhliletmə bacarığının inkişafının izlənilməsinə (4 ildən sonra IV sinif şagirdləri VIII sinifdə oxuyacaqlar, bu səbəbdən  şagirdlərin sonrakı göstəriciləri də tədqiq olunur);

- riyaziyyat və təbiətşünaslıq fənn proqramlarının, eyni zamanda müxtəlif ölkələrin təhsil prosesinin təşkilinin əsasları haqqında məlumatların toplanılmasına.

TIMSS, PIRLS testləri əksər iştirakçı ölkələr üçün tədrisin keyfiyyətinin qiymətləndirilməsi baxımından müasir dövrün standartlarına cavab verən suallardır. Bununla yanaşı, araşdırmalarda bir çox ölkələrin təhsil proqramlarının çərçivəsindən kənara çıxan, lakin mütəxəssislərin fikrincə, çağdaş zamanda həyat üçün önəmli sayılan suallara da rast gəlinir.

Məlum məsələdir ki, belə vəziyyətdə çalışmaların tərkibi iştirakçı ölkələrin proqram tərkibinə tam şəkildə uyğun gəlmir.  Bu, eyni zamanda Azərbaycan Respublikasının orta məktəblərində tədris olunan riyaziyyat və təbiətşünaslıq fənlərinin proqramları üçün də qanunauyğundur.

Bununla belə, Azərbaycan məktəblərinin nəticələrinin digər ölkələrin nəticələri ilə müqayisəli təhlili riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisinin mükəmməlləşdirilməsində istiqamətlərin müəyyənləşdirilməsinə, oxu bacarığının inkişaf etdirilməsinə, eyni zamanda milli mütəxəssislərin araşdırmasını tələb edən problemlərin üzə çıxarılmasına imkan verir.

TIMSS-2007 tədqiqatında 59 ölkə iştirak edib. Onlardan 28-i (Əlcəzair, Ermənistan, Avstraliya, Tayvan, Kolumbiya, Çex Respublikası, Salvador, İngiltərə, Gürcüstan, Honkonq, Macarıstan, İran, İtaliya, Yaponiya, Küveyt, Litva, Monqolustan, Mərakeş, Norveç, Qətər, Rusiya, Şotlandiya, Sinqapur, Sloveniya, İsveç, Tunis, Ukrayna, ABŞ) tədqiqatın IV və VIII siniflərdə riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətlərində iştirak edib, 22 ölkə (Bəhreyn, Bosniya və Herseqovina, Botsvana, Bolqarıstan, Kipr, Misir, Qana, İndoneziya, İsrail, İordaniya, Koreya Respublikası, Livan, Malayziya, Türkiyə) təkcə VIII siniflərin, 9 ölkə (Avstriya, Danimarka, Almaniya, Qazaxıstan, Latviya, Hollandiya, Yeni Zelandiya, Slovakiya Respublikası, Yəmən) isə yalnız IV siniflərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatında iştirak edib.

Beləliklə, 2007-ci ildə təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatında 50 ölkə VIII, 37 ölkə isə IV siniflərlə iştirak edib. Qeyd edək ki, tədqiqat iştirakçılarının tərkibi 2003-cü illə müqayisədə artıb. Həmin ildə 46 ölkə VIII, 25 ölkə isə IV siniflərlə nailiyyətlərin qiymətləndirilməsi tədqiqatında iştirak edib.

TIMSS, PIRLS layihəsinin həyata keçirilməsində dünyanın bir çox elmi-tədqiqat mərkəzləri və peşəkar təşkilatları iştirak edib: Təhsil Sahəsində Testləşdirmə Xidməti (ETS - Educational Testing Servise, ABŞ), Kanada Statistika Mərkəzi (Statistics Canada), Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Beynəlxalq Birliyinin katibliyi (İEA, Hollandiya), Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Beynəlxalq Birliyinin Məlumatların Emal olunması Mərkəzi (DPC İEA-DATA Processing Center İEA, Almaniya) və s. adıçəkilən mərkəzlərlə yanaşı, 50 ölkənin aparıcı mütəxəssisləri də həmin prosesdə iştirak edib. Bu, nəinki aparılan tədqiqatı yüksək keyfiyyətlə təmin etdi, eyni zamanda təhsil nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan, təcrübədə beynəlxalq standartların əsasında yoxlanılmış yeni yanaşmaların formalaşmasına da yardım etdi. Dünyanın aparıcı mütəxəssislərini səfərbər etmək üçün Müşavirə Komitələri yaradılmışdı. Bütün tədqiqatın koordinasiyası Boston kollecində Beynəlxalq Koordinasiya Mərkəzində həyata keçirilirdi (İSC - International Study Center, Boston College, ABŞ).

TIMSS, PIRLS-2007 beynəlxalq qiymətləndirmə proqramının aparılma qaydalarının hazırlanmasında TIMSS 1995-2003 araşdırmasında istifadə olunan yanaşmalardan yararlanmışlar.

TIMSS, PIRLS beynəlxalq qiymətləndirmə proqramının aparılma qaydaları özündə aşağıdakıları ehtiva edir:

- test kitabçaları;

- sorğu vərəqələri (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri, ekspert və tədqiqatın keyfiyyətinə nəzarət edən müşahidəçilər üçün);

- metodik təminatlar (tədqiqatın təşkili və aparılmasını icra edən milli koordinatorlar, məktəb rəhbərləri, müstəqil cavablı tapşırıqları yoxlayanlar, məlumatlar hazırlayanlar üçün);

- proqram təminatı (verilənlərə əsasən sinif və şagirdlərin seçimi).

İştirakçı ölkələrin təhsil nailiyyətlərinin müqayisəsi üçün beynəlxalq testləri hazırlayarkən müxtəlif iştirakçı ölkələrin riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisindəki xüsusiyyətləri  mütləq  nəzərə  almaq  lazımdır.

Beynəlxalq testlər aşağıdakı prinsiplər əsasında hazırlanır:

- beynəlxalq test tapşırıqlarının əksər iştirakçı ölkələrin tədris proqramı ilə maksimum uyğun olması;

- 1995, 1999, 2003 və 2007-ci illərdə istifadə olunan qiymətləndirmə vasitələri arasındakı əlaqənin təminatı;

- iştirakçıların yaş xüsusiyyətlərinin uyğunluğu;

- beynəlxalq tədqiqat tələblərinə cavab vermək.

TIMSS  beynəlxalq qiymətləndirməsində hər bir şagirdin sual kitabçasında riyaziyyat və təbiətşünaslığa dair tapşırıqlar, PIRLS beynəlxalq qiymətləndirməsi üçün ayrılan ikinci kitabçada isə oxu üzrə mətnlər yer alır. Cavablandırmaq üçün müxtəlif növlərdən istifadə edilir: düzgün variantı seçmək, qısa və tam cavab yazmaq. Qeyd etməliyik ki, 2007-ci ildə tədqiqatın əvvəlki dövrləri ilə müqayisədə yazılı müstəqil cavab tələb edən tapşırıqların sayı ikiqat artmışdır. Belə tapşırıqların həllinə ümumi vaxtın tam yarısı ayrılır.

 İbtidai məktəbin buraxılış siniflərinin riyaziyyat və təbiətşünaslıq fənlərindən hazırlığını yoxlamaq üçün 353 tapşırıqdan istifadə olunub (riyaziyyatdan 179, təbiətşünaslıqdan 174 tapşırıq). Hərəsi 14 variantda iki dəfə təkrarlanmaqla 28 tapşırıq bloku yaradılır (14 riyaziyyat, 14 təbiətşünaslıq). Bu prinsiplə VIII siniflər üçün 14 variant yaradılır. Lakin çalışmaların sayı çoxdur -427 tapşırıq (215 riyaziyyat, 212 təbiətşünaslıq). Oxu materiallarında isə mətnin tutumundan asılı olaraq sualların sayı dəyişir.

TIMSS və PIRLS-2007 layihələrində nəticələrin ötən illərlə müqayisəsini təmin etmək üçün 14 blokdan 6-da keçən illərin tapşırıqları, 8-də isə iştirakçı ölkələrin mütəxəssisləri tərəfindən hazırlanmış yeni çalışmalar verildi. Beləliklə, hər variantda müxtəlif illərin tapşırıqlarının verilməsi  ilə  nəticələrin  müqayisəli  şkalasını  yaratmaq  mümkün oldu.

TIMSS, PIRLS tədqiqatında əsas tələb müxtəlif vaxtlarda əldə edilmiş nəticələrin müqayisəsini təmin etməkdir.

Daha çox diqqət iştirakçı ölkələrdə aparılan tədqiqatların standartlaşdırılmasına yönəlir. TIMSS, PIRLS - 2007 tədqiqatı beynəlxalq koordinasiya mərkəzində hazırlanmış təlimat və qaydalara uyğun şəkildə aparılıb. Tədqiqatın hər mərhələsi beynəlxalq ekspertlər tərəfindən idarə olunur. Məsələn, testlərin tərcüməsi və anketlərin yenidən yoxlanılması beynəlxalq dərəcəli ekspertlər tərəfindən həyata keçirilir, ayrı-ayrı təhsil müəssisələrindəki test imtahanlarında müşahidəçilər iştirak edir, müstəqil cavablı tapşırıqlar təcrübəli müəllimlər tərəfindən yoxlanılsa da, hər dördüncü iş yenidən yoxlanılır. Bütün bunlardan sonra iştirakçıların cavablarının elektron variantından ibarət beynəlxalq məlumatlar bazası yaradılır. Bununla da beynəlxalq ekspertlər tərəfindən yenidən yoxlanmış cavablar müxtəlif ölkə ekspertlərinin işləri ilə müqayisə edilir.

Beynəlxalq qiymətləndirmənin mövcud nəzəriyyəsi şagirdlərin 40-60 tapşırığı yerinə yetirməsinə, şagirdi, müəllim və təhsil müəssisələrinin xarakteristikasını öyrənməyə, təhlil etməyə (sorğu vərəqələrini cavablandırmaqla) imkan verir.

IV və VIII sinif şagirdlərinin riyaziyyat, təbiətşünaslıq və oxu üzrə nəticələri ayrıca emal və təhlil olunur. Tədqiqatın nəticələrinin statistik emalı nəticəsində riyaziyyat və təbiətşünaslıq fənlərinə dair testləri həll edən hər bir iştirakçıya 1995-ci ildə yaradılmış beynəlxalq 1000 ballıq şkala ilə bal verilir. 

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov