Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

Şair tələbələrin qonağı oldu

Bookmark and Share

Azərbaycan Müəllimlər İnstitutunda əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirildi. Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinə bəstələnmiş "Xalq Heydər söyləyəcək!" mahnısına çəkilmiş klipin nümayişi ilə başlandı. Tədbiri giriş sözü ilə institutun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq nəğməkar şair, nasir, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yaradıcılığı haqqında danışdı.

O, qeyd etdi ki, şair olmaq üçün şübhəsiz ki, fitri istedad və eyni zamanda vətənə, xalqa, torpağa bağlılıq, sevgi-məhəbbət lazımdır. Baba Vəziroğlu poeziyası da vətənə, xalqa məhəbbət, gözəllik, saf, təmiz hisslər, nəciblik kimi duyğularla zəngindir.

Baba Vəziroğlunun yüzlərlə şeirinə mahnılar bəstələnib. Bir çox tanınmış bəstəkarlarımız, eləcə də unudulmaz Rəşid Behbudovdan, Şövkət Ələkbərovadan bu günə kimi neçə-neçə müğənnilərimiz onun yaradıcılığına dəfələrlə müraciət edir. Onun bəstəkar Kamalla birgə yaratdığı ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş "Xalq  Heydər söyləyəcək!" kimi şah əsəri bütün dünya azərbaycanlıları tərəfindən sevilərək dinlənilir.

İnanırıq ki, nə qədər Azərbaycan xalqı var, bizim üçün əziz olan bu mahnı daim seviləcək və yaşayacaq.

Tədbirdə xalq artisti, "Şöhrət" ordenli, bəstəkar Faiq Sücəddinov və xalq artisti   Yalçın Rzazadə, gənc müğənnilərdən Elnur və Ayan şair haqqında öz ürək sözlərini söylədilər və onun sözlərinə yazılmış mahnılar ifa etdilər.

İnstitutun özfəaliyyət kollektivinin üzvlərindən Könül Hacıyeva, Xəqani Sadıqov və Mehriban Şərifova da şairin sözlərinə bəstələnmiş mahnıları ifa edərək tədbir iştirakçılarını salamladılar.  

Çıxış edən tələbələr Baba Vəziroğlu poeziyasını sevə-sevə oxuduqlarını, sözlərinə yazılmış mahnıları heyranlıqla dinlədiklərini bildirdilər və onun  şeirlərini söylədilər.

Şair tələbələrin çoxsaylı suallarını səmimiyyətlə qəbul edərək cavablandırdı və yeni şeirlərini söylədi. O, bildirdi ki, gənclərlə keçirdiyi hər bir görüş onun həyatında mühüm rol oynayır.  

Tədbirin iştirakçıları belə görüşlərin gənclərin mənəvi tərbiyəsinin formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdilər və bu yüksək səviyyəli, maraqlı, məzmunlu tədbirin təşkili üçün institutun rəhbərliyinə, şəxsən Aqiyə xanıma dərin minnətdarlıqlarını bildirdilər.

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov