Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

Əlavə təhsillə bağlı müşavirə keçirildi

Bookmark and Share

Noyabrın 25-də nazir Misir Mərdanovun iştirakı ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" mövzusunda müşavirə keçirildi. Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin, həmçinin müəllim hazırlığı, ixtisasartırma təhsili ilə məşğul olan təhsil müəssisələrinin rəhbərləri, paytaxtın bir sıra  ümumtəhsil müəssisələrinin direktorları və başqaları iştirak edirdilər.

Müşavirəni təhsil naziri açaraq müzakirə olunan məsələnin aktuallığından danışdı. Qeyd olundu ki, əlavə təhsil Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılan bir məsələdir və bu istiqamətdə müəyyən işlər görülməkdədir.

Təhsil naziri Misir Mərdanov "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

İlk öncə nazir "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası  Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli, 247 S nömrəli Sərəncamının 2.8-ci bəndinə müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı bir istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası"nın hazırlandığını və həmin sənədin Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarı ilə təsdiq olunduğunu bildirdi. Təhsil naziri qeyd etdi ki, ilk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri üzrə tənzimləyici qaydalar vahid bir sənəddə öz əksini tapmışdır. Azərbaycan təhsil sisteminə əlavə təhsilin yeni istiqamətləri (dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) təcrübəsi daxil edilmişdir. Əlavə təhsilin hər bir istiqaməti üzrə məzmunun çərçivəsi, təhsilin təşkili, təhsilə cəlb olunanlar, monitorinq və qiymətləndirmə, verilən təhsil sənədi, maliyyə mənbəyi və digər məsələlər qaydalar şəklində müəyyən olunmuşdur. Qeyd olundu ki, əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal, səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

Məruzə-təqdimatda əlavə təhsillə bağlı ümumi müddəalardan söz açıldı. Əlavə təhsilin əsas istiqamətləri - ixtisasartırma təhsili; yenidənhazırlanma təhsili; stajkeçmə təhsili; kadrların təkmilləşdirilməsi təhsili; təkrar ali təhsil; təkrar orta ixtisas təhsili; dərəcələrin yüksəldilməsi təhsili və yaşlıların təhsili barədə geniş məlumat verildi.

İxtisasartırma təhsili sahəsində mövcud vəziyyətlə müşavirə iştirakçılarını tanış edən təhsil naziri bildirdi ki, 26 mart 2004-cü il tarixli, 245 saylı əmrlə "Müəllimlərin ixtisasartırma təhsilinə olan tələbatının qabaqcadan öyrənilməsi mexanizmi" təsdiq edilmişdir. Həmin mexanizmə görə müəllimlərin ixtisasartırmaya olan tələbatının öyrənilməsi bir neçə mərhələdən - dərslərin dinlənilməsi və müzakirəsindən; anket  sorğularının aparılmasından; müəllimin özünüqiymətləndirməsindən; məktəb rəhbərliyi tərəfindən şagirdlərin bilik səviyyəsinin monitorinqindən və fənn metodbirləşmələri ilə müsahibələrin aparılmasından ibarətdir. Bütün bunlara əsasən müəllimin ixtisasartırma təhsilinə olan tələbatı müəyyənləşdirilir, ümumiləşdirilir və sifarişlər şəklində formalaşdırılaraq şəbəkəyə daxil olan müvafiq ixtisasartırma müəssisələrinə göndərilir. Həmin müəssisələr, öz növbəsində, hər bir tələbata uyğun tədris plan və proqramları hazırlayıb sifarişçiyə təklif edir. Beləliklə, hər bir müəllim öz tələbatını ödəyən ixtisasartırma təhsili almaq imkanı əldə edir.

İxtisasartırma təhsili sahəsində mövcud vəziyyəti ətraflı təhlil edən nazir Misir Mərdanov 2009-cu ilin mayında respublikanın bütün ixtisasartırma təhsili müəssisələrində monitorinqin aparıldığını və həmin monitorinqin nəticələrinin Təhsil Nazirliyinin 24 oktyabr 2009-cu il tarixli kollegiya iclasında müzakirə edildiyini və ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqinə keçməklə əlaqədar qərar qəbul edildiyini söylədi.

Nazir qeyd etdi ki, ixtisasartırma təhsili ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür. İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı  səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmələri haqqında dövlət sənədi olan kadrlar bir ixtisasartırma dövründə müəyyən edilmiş minimum ixtisasartırma təhsilində iştirak etməlidirlər. İxtisasartırma təhsili əyani və distant (məsafədən) formada həyata keçirilə bilər. Qaydalarda modul-kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin tətbiqi nəzərdə tutulub. Modul-kredit sistemi ixtisasartırma təhsilinin 3 modul üzrə təşkilini nəzərdə tutur. I Modul: təhsilin ümumi əsasları (pedaqoji, psixoloji məsələlər, təhsil sistemi, təhsilin əsasları, təhsilin idarə olunması, təhsilin iqtisadiyyatı və maliyyələşməsi və s.); II Modul: ixtisas sahələri (ixtisas üzrə yeniliklər, kurikulum, tədris metodikaları, müasir təlim strategiyaları, qiymətləndirmə mexanizmləri); III Modul: təhsildə innovasiyalar və yeni tendensiyalar (İKT, xarici dil, inklüzivlik, gender məsələsi və s.).

İxtisasartırma təhsili krediti müəyyən ixtisasartırma proqramının həcmini və  məzmununu əks etdirən və ədədlə ifadə olunan şərti anlayışdır. İxtisasartırma təhsili üzrə bir təhsil krediti proqramın 6 təlim saatına bərabər tutulur. Hər bir modul üzrə toplanan kreditlərin minimum həddi ixtisasartırmanın kurikulum çərçivəsi ilə müəyyən edilir. Ayrı-ayrı kateqoriyadan olan rəhbər və pedaqoji kadrlar üçün hər bir modul üzrə toplanan kreditlərin minimum həddi müxtəlif ola bilər.

Yeni ixtisasartırma modelinin üstünlüklərindən söz açan təhsil naziri onları iştirakçıların diqqətinə çatdırdı. Nazir daha sonra yenidənhazırlanma təhsili barədə danışdı. Qeyd edildi ki, yenidənhazırlanma təhsili ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir.

Yenidənhazırlanma təhsili sahəsində mövcud vəziyyətə də toxunan təhsil naziri bununla bağlı müşavirə iştirakçılarına geniş məlumat verdi. Məruzə-təqdimatda həmçinin əlavə təhsilin digər əsas istiqamətləri - stajkeçmə təhsili; kadrların təkmilləşdirilməsi təhsili; təkrar ali təhsil; təkrar orta ixtisas təhsili; dərəcələrin yüksəldilməsi təhsili və yaşlıların təhsili ilə bağlı məsələlər ayrı-ayrılıqda geniş şərh olundu, mövcud vəziyyət təhlil edildi və əlavə təhsilin hər bir istiqaməti üzrə hazırlanmış xüsusi cədvəllər müşavirə iştirakçılarının diqqətinə çatdırıldı.

Nazir Misir Mərdanov yeni qaydaların tətbiqi ilə əlaqədar hazırlanmış sənədlər barədə də ətraflı söz açdı. Verilən məlumatdan aydın oldu ki, əlavə təhsil proqramlarının qiymətləndirilməsi prosesinin tənzimlənməsi qaydaları; ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və lisenziyalaşdırılması mexanizmi; ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin pedaqoji kadrlar üçün bir ixtisasartırma dövrünü və bu dövr üçün ixtisasartırma təhsilinin minimum həddini müəyyən edən kurikulum çərçivələri hazırlanıb. Daha sonra qaydanın  tətbiqi ilə əlaqədar hazırlanması tələb olunan digər sənədlər müşavirə iştirakçılarının nəzərinə çatdırıldı.

Geniş və ətraflı məruzə- təqdimatının sonunda nazir Misir Mərdanov müzakirə olunan məsələnin olduqca vacib və mühüm əhəmiyyət kəsb etdiyini deyərək, əlavə təhsil üzrə yeni qaydanın tətbiqi ilə əlaqədar ali, orta ixtisas və əlavə təhsil müəssisələrinin, rayon (şəhər) təhsil şöbələri (idarələri), nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun və onun nəzdindəki Təhsildə Tətbiqi Tədqiqatlar Mərkəzi və Kurikulum Mərkəzinin qarşısında duran vəzifələrə toxundu.Həmin istiqamətdə görülməsi vacib olan işlərdən danışdı.

Sonda nazir Misir Mərdanov müşavirə iştirakçılarına bu işin həyata keçirilməsində daha məsuliyyətli olmağı və tələbkarlıq göstərməyi tövsiyə etdi.

Geniş diskussiya  şəraitində keçən müşavirədə Təhsil Nazirliyinin  Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Rahim Əzizov, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz fikir və mülahizələrini söylədilər.    

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov