Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub

Bookmark and Share

YUNESKO-nun təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il noyabr ayının üçüncü cümə axşamı Dünya Fəlsəfə Günü kimi qeyd olunur. Noyabrın 18-də qurumun əsas binasında Dünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Əsas hissədən sonra konfrans öz işini müxtəlif bölmələrdə davam etdirmişdir. "Əl-Fərabi və Avropa intibahı" adlı bölmə əsasən Şərq aləminin böyük filosofu Əbu Nəsr əl-Fərabinin yaradıcılığına həsr edilmişdir. Bölmə iclasını açan YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin və Qazaxıstanın təşkilat yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Oljas Süleymenov dünya fəlsəfə məktəbinin inkişafında xüsusi xidmətləri olmuş, Şərq filosoflarının, o cümlədən qədim yunan filosofu Aristotelin əsərlərinin tərcüməçisi, islam fəlsəfəsinin əsasını qoymuş əl-Fərabinin fəlsəfi fikrin formalaşmasında rolundan, riyaziyyatçı, astronom, kimyaçı, musiqişünas kimi  fəaliyyətindən  danışmışlar.  Asiya  və  Avropa  qitələrinin müxtəlif ölkələrinin tanınmış  filosofları  və  alimləri əl-Fərabinin yaradıcılığından bəhs edən məruzələrlə çıxış etmişlər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "Əl-Fərabi və varlığın dualizmi" mövzusunda maraqlı məruzə ilə çıxış etmişdir. Professor Nərgiz Paşayeva demişdir:

- Bu gün mühüm gündür Dünya Fəlsəfə Günüdür. O, varlığın, yəni Kainatın özünün mahiyyətinə həsr olunmuşdur. Bugünkü iclasımız isə müəyyən mövzuya - əl-Fərabiyə həsr olunmuşdur. Bu mövzu bir çox cəhətdən vacibdir. Əvvələn, geniş yayılmış və hamımıza tanış olan bir mövzudur: əl-Fərabi Aristotel və Platonun əsərlərini ərəb dilinə tərcümə etmiş, bu əsərlərə yeni həyat vermiş, habelə öz tərcümələri, traktovkası ilə onlara yeni dünya nizamı, Avropa təfəkkürü anlayışı gətirmişdir. Onu ikinci mütəfəkkir adlandırırdılar. O, ikinci müəllim olmasaydı, heç vaxt birincini başa düşməzdi: Aristoteli təfsir etmək üçün az qala Aristotelin özü olmalısan. O, fəlsəfi əsərləri ilə fəlsəfə tarixinə, bəşəriyyətə böyük töhfə vermişdir. Üçüncüsü, o, bu günədək mübahisə doğuran iki dünya, iki baxış, iki adət, Şərq və Qərb mentalitetləri məsələsini birləşdirmişdir. O, hələ o vaxt bu iki anlayışı vəhdət halına gətirmişdi. Lakin zənnimcə, dördüncü, çox mühüm bir cəhət də vardır. Bəlkə də bəzi traktovkalarda ona bir o qədər geniş yer verilməmişdir. Məsələn, ilk dəfə məhz əl-Fərabi elmin, təfəkkürün və idrakın əhəmiyyətini təsdiq etmişdir. Özü də təkcə elm üçün yox, bütün bəşəriyyət üçün, bəşəriyyətin inkişafı üçün. Məhz o hesab edirdi ki, insanın, hər bir cəmiyyətin əxlaqi keyfiyyətləri, yüksək mənəvi dəyərləri nə siyasətçilərin, nə də fatehlərin dəyişdirə bilmək iqtidarında olmadıqları bir çox şeyi dəyişə bilər. Deməli, yüksək mənəviyyat, yüksək idrak dediyimiz elə budur, dünyanın harmoniyasını tanımaq elə budur. Dünyanın bütün böyük filosoflarının, o cümlədən əl-Fərabinin ideyaları da elə həmin dünya harmoniyasına, yüksək idraka çağırışdır.

Bir daha vurğulamaq istəyirəm ki, min il əvvəl olduğu kimi, bu gün də bəşəriyyət əhatəsində olduğu dünyanı axıradək öyrənə bilməmişdir. Bəşəriyyət hələ də qarşısına onu lap çoxdan düşündürən elə həmin o klassik fəlsəfi sualları qoyur: Biz haradan gəlmişik? Nə üçün gəlmişik, nə edirik və bunu nəyin naminə edirik? Bu suallar bir çoxlarını - həm alimləri, həm də sadə insanları bu günədək düşündürür. Bəlkə də bu təlimlərin, xüsusi zümrələrin yarandığı o dövrün insanları xüsusi insanlar idi, yüksək təfəkkürə və mənəviyyata malik insanlar idi. Xüsusi zümrələr isə Platon öz Akademiyasını Afinada təşkil etdiyi, davamçıları olan tələbələrini ətrafına yığdığı vaxtlarda yaranmışdı. Onlara ehtiramla yanaşır, tərifini göylərə qaldırırdılar. Onların həyatı çətin, taleyi isə heç də birmənalı deyildi. Lakin onlar bilirdilər ki, başqalarının sahib olmadıqlarına sahibdirlər. Bəlkə də bugünkü irrasional elm rasional elmdən bir qədər geri qalır və bəlkə də bu gün Şərq mənəviyyatı və Qərb idrakı bir-birindən bir qədər uzaq düşmüşdür. Dünyanı anlamaq üçün Şərq idrakı lazımdır. Lakin dünyanı anlamaq üçün həm də Şərq mənəviyyatı lazımdır. Dünyanı başa düşmək üçün Qərb idrakı lazımdır, eyni zamanda Qərb mənəviyyatı da lazımdır. Beləliklə, hər şey vahid başlanğıcda, vahid mahiyyətdə cəmləşir. Əl-Fərabi "Hikmət inciləri" əsərində yazırdı ki, Allah dünya kimi bir varlıqdır, lakin vəhdəti təcəssüm etdirir. Dünya da Allah kimi varlıqdır, lakin çoxluqla ifadə olunur. Əsası ilkin başlanğıcdır, vəhdət elə budur. Belə vəhdət olmadan Kainat olmazdı və ola da bilməz. Zənnimcə, birmənalı olmayan bu çox dərin və mürəkkəb fəlsəfi məsələnin dərk edilməsi təkcə elmi dərəcə deyil, həm də Şərq filosoflarının həmişə sahib olduqları mənəviyyat, güclü təxəyyül, abstrakt düşüncə tələb edir.

Sonda yenə də fəlsəfi bir kəlamı xatırlatmaq istəyirəm: gələcək həmişə bağlıdır, keçmiş yaşanmışdır, indimiz isə bəxş edilmişdir. İndimiz biz alimlərdən də, bizdən sonra gələn nəsildən də asılıdır. Bu, eyni zamanda böyük ideyaları və rolları olan böyük insanların bizə miras qoyduqları irsə necə hörmət və ehtiramla yanaşmağımızdan asılıdır.

Azərbaycanlı alimin çıxışı böyük maraq doğurmuş və alqışlarla qarşılanmışdır.

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Elenora Hüseynova və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov mötəbər elmi konfransda iştirak etmişlər.  

Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov