Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

Əməkdar müəllimlərimiz

Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası

Bookmark and Share

Ön söz əvəzi 

Təhsilə dövlət səviyyəsində qayğı və diqqəti təsdiq edən fakt və hadisələr çoxdur. Bu sahədə fəaliyyəti daha da canlandırmaq, yaradıcı müəllimləri aşkara çıxarmaq, təhsilin səmərəliliyi naminə məqsədyönlü və sistemli axtarışlar aparan pedaqoji kollektivlərin uğurlarını maddi cəhətdən stimullaşdırmaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2008-ci ildən "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi tarixi bir başlanğıc, təhsil salnaməmizdə yeni bir mərhələnin əsası oldu. 2008-ci ilin avqust ayında qaliblər bəlli oldular. Və bu qaliblər barədə kitab hazırlanması layihəsi ortaya çıxdı. Respublika təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanovun rəhbərliyi altında tərtibə başladım (sonradan daha iki nəfər bu işə cəlb edildi). Müəllimlər barədə məlumat - qeydləri hazırlayarkən öyrəndim ki, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında bir neçəsi əməkdar müəllimdir. "Əməkdar müəllimlər" adlı kitaba onlar barədə də yazı hazırlamaq məqsədilə məktub göndərdim. İki nəfərdən məktuba cavab aldım. İlk telefon zəngini Samux rayonunun Qarayeri qəsəbə liseyindən Göyçək Bəşir qızı çaldı, razılığını bildirdi...  

Tərcümeyi-halından sətirlər 

Göyçək Bəşir qızı Namazova indiki Göygöl (keçmiş Xanlar) rayonunun Balçılı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirən ili (1980) Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olub.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən gənc müəllim pedaqoji fəaliyyətə böyük həvəs və yaradıcılıq ruhu ilə başlayıb. Uğurları ilə valideynlərin hörmətini, təhsili idarəetmə qurumlarının diqqətini cəlb edib; 1991-ci ildə "Metodist müəllim" adına layiq görülüb.

Müəllim əməyi şagird uğurlarında təsdiqini tapır. Göyçək müəllimin şagirdlərin ədəbi inkişafı, rabitəli nitqinin inkişafı, zəngin ədəbi-tarixi bilikləri öyrətmə, məktəblilərin bədii materiallar fondunu zənginləşdirmə sahəsində ardıcıl, məqsədyönlü axtarışları, sistemli fəaliyyəti yetirmələrinin təlim göstəricilərində, respublika miqyaslı inşa müsabiqələrində özünü əks etdirir.

Axtarış və nəticələr respublika səviyyəsində qiymətləndirilib: G.Bəşir qızı 2001-ci ildə Təhsil Nazirliyi tərəfindən I dərəcəli diploma layiq görülüb. 2005-ci ildə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə "Əməkdar müəllim" adına layiq görülənlər sırasında olub.

G.Namazova YAP-ın Samux Rayon Qadınlar Şurası İdarə Heyətinin üzvüdür.

Azərbaycan müəllimlərinin XIII qurultayında nümayəndə kimi iştirak edib. 

Tədris sistemindən nümunələr 

Dərs haqqında çoxlu sayda elmi-pedaqoji və metodik fikirlər var. Bunları yazıya daxil etməklə həcmi böyütməyə ehtiyac duymuram. Tanınmış rus pedaqoqu Skatkinin bir obrazlı deyimini xatırlamaqla kifayətlənmək olar: Dəniz bir damla suda, tədris sistemi bir dərsdə əks olunur.

Çoxillik müəllim təcrübəsinin üstünlükləri, pedaqoqun ixtisası üzrə bilik və məlumat zənginliyi, şagirdləri öyrətmə və fəallaşdırma ustalığı məhz bir dərsdə də özünü göstərir. Bu dərs nümunəsi müəllimin pedaqoji etikası, təfəkkür tərzi, şagird psixologiyasına bələdliyi və öz peşəsinə məhəbbəti, tədris estetikası barədə əsl təhsil işçisinə, bu sahənin qədirşünaslarına çox həqiqətləri çatdırır.

Göyçək Namazovanın VIII sinifdə "Xitab" mövzusunda keçdiyi dərsin icmalı müəllimin proqram materialının tədrisinə hazırlaşması və məşğələnin ümumi məzmunu barədə təsəvvür yaradır.

Şagirdlərə xitablar, onların nitqdəki əhəmiyyəti haqqında məlumat verən müəllim onları cütlər və ya qruplar şəklində çalışdırır, nitqdə xitablardan geniş istifadəni tövsiyə edir. Dialoqların təqdimatı rollu oyunlar vasitəsilə həyata keçirilir.

Dərsi planlaşdırarkən G.Namazova bu məqsədləri reallaşdırmağa çalışır: nitq zamanı danışıq üslubundan çıxış edərək düzgün müraciət tərzi seçmək və musahibə imkanlarını yüksəltmək; cəmiyyətdəki insanlarla etik normalar çərçivəsində ünsiyyət qura bilmək; xitab, onun cümlədə yeri haqqında biliklər mənimsətmək; qrammatik bilikləri möhkəmləndirmək.

Problem olaraq müəllim bunu müəyyənləşdirir: ətrafdakı insanlarla ünsiyyət qurarkən onlara müraciət etmə ehtiyacı yaranır. Düzgün müraciət tərzi seçmək, xitablardan dəqiq və yerində istifadə etmək və uyğun intonasiya formalarından istifadə etmək.

Problemi açıqlayan müəllim şərhində deyilir: - Siz artıq yuxarı sinif şagirdlərisiniz. Ailə üzvlərinizə və qohumlarınıza, ictimai yerlərdə insanlara müraciət etmə ehtiyacı duyursunuz. Bəzən xitabları düzgün seçə bilmədiyinizdən gülünc vəziyyətə düşür və ya intellekt səviyyəsi aşağı olan bir gənc kimi görünürsünüz...

Beləliklə, şagirdlərdə proqram materialını mənimsəməyə maraq oyadılır.

Şagirdlər tapşırıqlar alandan sonra işçi vərəqlərlə işləyirlər. Fəaliyyət qrup şəklində həyata keçirilir.

İnteqrasiya üzrə belə strategiya müəyyənləşdirilir:

* Şagirdlər rollu oyunlar qurmalıdırlar.

* Şagirdlər verilən rəsmlər üzrə çalışmalı, dialoqlar qurmalıdırlar.

Bu tapşırığı yerinə yetirmək üçün qruplara 15 dəqiqə vaxt verilir.

...Dərs icmalının qısaca təsviri təsdiq edir: a) müəllim mövzunun tədrisini təfəkkür inkişafı, nitq mədəniyyəti və zehni fəallıq təmin olunması parametrlərində qurmağa çalışır;

b) dərsin planlaşdırılmasında interaktivliklə inteqrasiya imkanları nəzərə alınır;

c) dərsin nəticələrinin dəyərləndirilməsində, şagird bilik və bacarıqlarının qiymətləndirilməsində obyektivlik, şəffaflıq və ədalətlilik təmin olunur. 

Poeziyanı duymaq yaradıcı uğurunu dəyərləndirmək üçün əsasdır 

Azərbaycan ədəbiyyatı metodikası elminin korifeyi, mərhum professor Əliyar Qarabağlının bir fikri yada düşür: Ədəbiyyat müəllimi aktyor bacarığına malik olmalıdır.

Ədəbiyyat müəllimi həm də poeziyanı duymalı, heç olmazsa az-çox bədii yaradıcılıq qabiliyyətinə malik olmalıdır. Bu xüsusiyyətlərə malik olmaq ədəbiyyat nümunəsinin tədrisi səmərəliliyini şərtləndirən tərəflərdən biri sayıla bilər.

Göyçək Bəşir qızı özünəxas poetik duyumu olan müəllim olmaqla yanaşı, orijinal deyim tərzi, diqqəti cəlb edən poetizmləri, metaforik fikirləri olan bir yaradıcıdır.

Dərd, kədər üz verəndə, kimisə itirəndə ümid yerimiz göz yaşları olur. Sən demə, iradə poladdan da olsa, ağlamaq bizdən asılı deyil. Sən demə, qəlbimiz yanmasın deyə göz yaşı axıdılırmış. Sən demə, zülmət içində susan ürəyi hamıya tanıdan sözlər imiş...

Və bu sözlərdən "toxunmuş" 3 bəndlik şeirdə Göyçək Namazovanın həyat hadisələrini poetik ifadə duyumu belə mənalandırılır:

İradə poladdan, daşdan olsa da,

Asılı deyilmiş ağlamaq bizdən.

Ürəyin kədəri, sevinci daşsa,

Axıb gilə-gilə tökülər gözdən.

 

Gur sular qəlbini boğmasın deyə,

Bəzən ağlamaq da gərək olurmuş.

Bəzən də qəlbimiz yanmasın deyə,

Bizə göz yaşından kömək olurmuş.

 

Nə yaxşı təzədən durula bilib,

Aləmi şəfəqə qərq edir gözlər.

Zülmətin içində susan ürəyi,

Nə yaxşı hamıya tanıdır sözlər.

Əməkdar müəllim təcrübəsindən bəhs olunan məqalənin bu hissəsində pedaqoqun bədii yaradıcılığından nümunə vermək təsadüfi deyil. Bədii yaradıcılıq psixologiyasına bələd olmadan keçilən ədəbiyyat dərsinin effektliliyinə tam zəmanət vermək olarmı?

XI sinifdə M.Ə.Sabirin "Amalımız, əfkarımız ifnayi-vətəndir" şeirinin tədrisinin məqsədi aşağıdakı kimi müəyyənləşdirilir:

* Şagirdlərdə ifadəli oxu bacarığını formalaşdırmaq;

* Şeirin ideya-məzmununu mənimsətmək;

* Onbirincilərdə vətəndaşlıq hissini daha da dərinləşdirmək;

* Gənclərdə yaradıcı fəaliyyət bacarığı formalaşdırmaq.

Dərslik, marker və s. ibarət təchizat yaradılan dərs interaktiv metodlarla yanaşı, ənənəvi metod əsasında keçilir. Yeni mövzuya hazırlıq məqsədilə müəllim sinfə belə bir sual verir: "Əsl vətəndaş necə olmalıdır?".

Şagirdlərin cavabları lövhəyə yazılır:

* Vətəni dərin məhəbbətlə sevməyi və onu qorumağı bacarır.

* Ətrafdakılara qarşı həssasdır, diqqətlidir, xeyirxahdır.

* Özünün və xalqının hüquqlarını müdafiə etməyi bacarır.

* Vətənini tanımağa çalışır.

* İctimai işlərdə fəallıq göstərir.

Beyin həmləsi ilə başlanan dərsin mövzusu elan edilir: M.Ə.Sabir. "Amalımız, əfkarımız ifnayi - vətəndir".

Göyçək müəllim şeirin əruz vəznində yazıldığını söyləyib, ifadəli oxuyur. Sonra bir neçə şagirdə şeiri oxutdurur. Şagirdlərdə şeirdə ifadə olunmuş fikrə münasibət aşkarlanır, şeirin onlarda doğurduğu hisslər barədə müsahibə aparılır.

Sinifdəki şagirdlər 5 qrupa bölünürlər: "Vətən", "Türk", "Azərbaycan", "Qarabağ", "Yurd". Onlara vatman kağızı verilir və şeirin bir neçə bəndini nəsrə çevirmək tapşırılır. Şeirdə işlənən alınma sözlərin əvvəlcədən hazırlanmış lüğəti lövhədən asılır, şagirdlər şeirin məzmunu üzərində işlərkən ondan istifadə edirlər. Qrupların təqdim etdikləri cavablar lövhədən asılır.

"Vətən" qrupu:

Şeir satirik əsərlərin ruhuna uyğun olaraq tənqidi ruhda yazılmışdır. Satirada, ilk növbədə, yol kəsmək, qoçuluq etmək, lovğalıqla ad qazanmaqla Vətənin oyanışının, millətin mənəvi dirçəlişinin mümkün olmayacağı bildirilir.

"Türk" qrupu:

Şeirdə Vətənin tərəqqi etməməyinin, geri qalmağının daha dərin səbəblərindən söz açılmışdır. Ölkəni geri salan xarici təsirlərin və millət naminə çalışmaq əvəzinə "rütbə ikram" almağa can atanların simasının bütün dolğunluğu ilə canlandırılmasının şahidi oluruq.

"Azərbaycan" qrupu:

Şeirdə millətin istiqbalını geniş mənada maariflənməklə, öz hüquqlarını dərk etməkdə, tərəqqiyə qovuşmaqda olduğunu başa düşürük.

"Qarabağ" qrupu:

Şeirdə avropalılar maarifə, tərəqqiyə çatdıqları halda, bizim millətin qəflətdə yatması, vəhşi adətlərdən hələ də əl çəkməməsinin böyük faciə olduğunu anlayırıq və gözlərimizi açıb dünyada gedən proseslərdən nəticə çıxarmağın, məktəbə, maarifə meydan açılmasının zəruri olduğunu dərk edirik.

"Yurd" qrupu:

Şeirdə ümumiləşmiş mənada Vətənimizin və xalqımızın milli dirçəlişi, inkişafı ilə əlaqədar əsas vəzifələrin cəmləşdiyini, Vətən probleminin önə çəkildiyinin bütün aydınlığı ilə sərgiləndiyini müşahidə edirik.

Göyçək müəllim cavabların içindən şeirin ideyasını əks etdirən əsas açar sözləri seçir, altından xətt çəkərək izah edir ki, şeirdə mənfi cəhətlər tənqid olunur: lovğalıq, özünü düşünmək, qəflətdə yatmaq, vəhşi adətlərlə yaşamaq, maarifdən uzaq olmaq, "rütbə ikram" almağa can atmaq. Bəs sevimli şairimiz M.Ə.Sabir əsl vətəndaşı, əsl insanı necə görmək istəyirdi?

"Vətən" qrupu:

Xalqının dərdinə şərik olan, hamının firavan yaşamasına çalışan.

"Türk" qrupu:

Dünyanı və özünü dərk edən, öz milli mənsubiyyətinə hörmət edən əsl vətəndaş.

"Azərbaycan" qrupu:

Öz tarixini anlayan, keçmişindən dərs alan, gələcəyini quran.

"Qarabağ" qrupu:

Maariflənməklə, öz hüquqlarını dərk etməklə tərəqqiyə qovuşan.

"Yurd" qrupu:

Xalqın, millətin mənafeyini öz mənafeyindən üstün tutan insan.

Müəllim qruplar tərəfindən təqdim olunan bu cavabları ümumiləşdirir. Satiranın tipin dili ilə verilməsi bədii yaradıcılıqda ədəbi bir priyomdur. Sabir bu ədəbi priyomdan istifadə etmiş, satirada tiplərin özlərini ifşa etmələri əsərin şeiriyyətini qüvvətləndirmişdir. Həmçinin şair şeirin təsir qüvvəsini artırmaq məqsədilə bədii təsvir və ifadə vasitələrindən istifadə etmişdir. Şagirdlərin qarşısında belə bir sual qoyulur: "Sən necə vətəndaş olmaq istərdin?".

Şagirdlərə evdə bu mövzuda öz fikir və düşüncələrini ifadə edən kiçikhəcmli inşa yazmaq tapşırılır.

Dərsin gedişi zamanı G.Namazova şagirdləri fərdi və ya qruplarla qiymətləndirir.

Evə tapşırıq:

1. Şeirdən müəyyən hissələri əzbər öyrənmək.

2. "Sən necə vətəndaş olmaq istərdin" mövzusunda inşa yazmaq.

3. "Ədəbiyyat nəzəriyyəsi" kitabından "Bədii əsərin dili" bölməsini öyrənmək.

***

Vətən hamı üçün müqəddəs və əzizdir, qiymətlidir. Bunu varlığında yaşadıb öyünməklə iş bitmir. Vətən sevgisi övlada aşılanmalı, şagirdlərdə tərbiyə sözün qüdrəti ilə təbliğ olunmalıdır. Vətən onda daha ülvi, daha qüdrətli, daha istəkli olur... 

Şamxəlil MƏMMƏDOV

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov