Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

Qədim Çin filosofu və pedaqoqu - Konfutsi

Bookmark and Share

 Məşhur qədim Çin müdriki, "Jutszya" fəlsəfə məktəbinin yaradıcısı Konfutsi (e.ə. 551-479-cu illər) əsasən böyük filosof, konfutsizm fəlsəfi cərəyanının banisi kimi tanınır. Lakin o, həm də təkcə xronoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda təhsilin və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə görə Çinin ilk böyük pedaqoqudur. Məhz Konfutsinin sayəsində Çin müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti qoruyub saxlayan unikal ölkə kimi tanınır. Çinşünas alimlərin qənaətincə, Konfutsi təlimi Çinə tarixi və mədəni şüur bəxş edib. Çin mədəniyyəti üçün yazılı sözün kultu xarakterikdir. Çin ədəbiyyatı Çinin böyük mənəvi mədəniyyətinin əsasıdır. Konfutsiyə görə, ədəbiyyat (ven) yüksək müdrikliyin yüksək ifadəsidir,  qədim mütləq həqiqətlər haqqında müasirlərə məlumat verən yaxşı sözdür. Kitab toxunulmaz, müqəddəs bir şeydir.

Konfutsinin "Keçmişin ardınca getməkdən yaxşı heç nə yoxdur" tezisinə Çin nümunəsi üzrə tərbiyənin əbədi devizi kimi baxmaq olar. Çinlilər "Qədim, möcüzəli daşlardan gələcəyin pillələrini qurun" çağırışına əməl edərək uşaqlıqdan özlərində öz xalqının zəngin mənəvi mədəniyyətinin ənənələrini və irsini tərbiyə edirlər.

Konfutsinin 77-ci nəsildən törəməsi, professor Kun Teçen yazır: "Konfutsinin pedaqoji təlimi qədim ənənələrə əsaslanmış və gələcək nəsillər üçün yol açmışdır. O, təkcə Çinin intellektual tarixində deyil, həm də bəşər tarixində, bütövlükdə, dünyada mühüm yer tutur".

Böyük maarifçi və pedaqoq ölümündən sonra artıq Avropada Konfutsi kimi tanınırdı. Konfutsi "Kun müəllim" mənasını verən Kun Futszi adının latınlaşdırılmış şəklidir. Kun nəslin soyadıdır. Konfutsinin əsil adı Tsyudur ki, bu da tərcümədə "təpə" deməkdir.

Konfutsi eramızdan əvvəl 551-ci ildə Lu çarlığında anadan olmuşdur. Lu o vaxtlar parçalanmış Çinin ən böyük və mədəni cəhətdən ən inkişaf etmiş çarlıqlarından biri idi.

Konfutsi yoxsullaşmış aristokrat ailəsindən çıxmışdır. Onun atası Şu Lyan-xe Konfutsi 3 yaşında olarkən dünyasını dəyişmişdir. Atasının ölümündən sonra o, anası Yan Çjen-Tszay ilə birlikdə Lu çarlığının paytaxtı Tsyuyfu şəhərinə köçmüşdür. Onun tərbiyəsi ilə anası məşğul olmuşdur. Maddi vəziyyətinin çətinliyinə baxmayaraq, anası oğluna yaxşı təhsil verməyə çalışmışdır.

Hələ uşaqlıq illərində Konfutsi sözəbaxan olması, böyüklərə ehtiram göstərməsi ilə fərqlənirmiş və yaşına görə  çox ağıllı, dərrakəli, mühakiməli imiş. O, xalq adət-ənənələrinə, mərasimlərinə böyük maraq göstərir və qədim kitablara, biliklərə hörmətlə yanaşırmış, 7 yaşı olanda anası onu oxumaq üçün məktəbə qoyur. Burada o, Çjun Ni adını daşıyır. Məktəbdə  çalışqanlığı, təhsildə uğurları və ciddiliyi ilə yaşıdlarını arxada qoyur və buna görə də öz müəlliminin köməkçisi təyin olunur.

Konfutsi 17 yaşında olarkən anası vəfat edir. 19 yaşında o, ailə qurur və bir ildən sonra oğlu dünyaya gəlir. Onu Li adlandırırlar.

Konfutsi gənclikdə məmur işləmişdir. Lakin dövlət qulluğuna alışmadığından tezliklə istefaya çıxmışdır. Onun yüksək mənəvi keyfiyyətləri praktik həyatın reallıqları ilə yazılmadığından bu onu siyasətdə uğursuzluğa gətirib çıxarır. O, qərara gəlir ki, özünü  pedaqoji fəaliyyətə həsr etsin və rəvayətə görə, 22 yaşında müəllim olur.

Məhz bu sahədə o, böyük uğurlar qaz

anmışdır. Onun yanına qədim müdrikliklə (hikmət elmi ilə) maraqlanan adamlar gəlməyə başlamışdır. Konfutsi heç kimi rədd etməmiş, təlim üçün hər hansı natural formada haqq ödəyən hamını qəbul etmişdir. Adətən belə ödəmə forması rolunda o dövrlərdə qaxac ət bağlaması çıxış edirdi.

Öz görüşlərini təbliğ etmək məqsədi ilə Konfutsi şagirdlərinin müşayiəti ilə qədim Çinin müxtəlif çarlıqlarını gəzib dolaşmış, bu zaman çoxlu çətinlik və müsibətlərlə üzləşmişdir. Lakin hökumət tərəfindən dəstək görmədiyindən o, qədim kilsə kitablarını qaydaya salmaq, öz təlim və tədrisi ilə məşğul olmaq üçün Vətənə qayıtmışdır.

O, həyatının böyük hissəsini fərdi müəllimliyə həsr etmiş və o vaxt əsasən aristokratların imtiyazı olan təhsilin cəmiyyətin əksər üzvləri üçün əlçatan olmasına çalışmışdır. O, 3 mindən çox şagird öyrətmişdir. Onlardan 72-si görkəmli şəxsiyyətlər olmuşdur. Konfutsi məşhur "Yaz və payız" qeydlərini tərtib etmiş, "Tarix kitabı", "Şeir və mahnı kitabı" "Dəyişiklik kitabı" kimi klassik kitabların redaktoru olmuşdur.

Konfutsinin yaşadığı dövrdə Çin bir sıra pərakəndə çarlıqlardan (knyazlıqlardan) ibarət idi: Vey, Lu, U, Tszin, Tsi, Çu və b. İğtişaş dövrü idi və Konfutsinin dövlət fəaliyyəti ilə məşğul olmaq cəhdləri onun pozulmuş ədalətli qaydanı, idarə üsulunu bərpa etmək arzusu ilə izah edilir.

Knyazların, çinovniklərin müqaviməti ilə qarşılaşan Konfutsi ideal idarəetmənin necə olması barədə kitab yazmağı qərara alır. O, tarixə müraciət edir, ondan siyasətlə, mənəviyyatla, hökmdarların və təbəələrin vəzifələri ilə bağlı öz görüşlərini aydınlaşdıran misallar götürür. Onun əsəri olan "Yaz və payız" belə meydana gəlir. Həmin əsərdə "ağıllı idarəetməni və insanların əxlaqının (davranışının) əsasları" prinsipləri aydınlaşdırılmışdır.

Konfutsi varlığın ümumi məsələlərinin işlənib hazırlanması ilə xüsusi məşğul olmamış və dünyanın və insanın mənşəyi haqqında məsələni araşdırmağı qarşısına məqsəd qoymamışdır. O, hər şeydən əvvəl, mərkəzində ailənin, cəmiyyətin üzvü olan insanın durduğu etik-siyasi təlimin müəllifidir.

Konfutsi maarifə böyük diqqət yetirmiş, tədrisin, toplanmış məlumatların dərk olunmasının əhəmiyyətini xüsusi qeyd etmiş, insanları praktik fəaliyyətlərində öz biliklərini əldə rəhbər tutmağa  çağırmışdır.

Konfutsi belə hesab edirdi ki, təlim-tədris prosesində adam daha yaxşı və əxlaqlı olur, çatışmazlıqlarını və düzgün olmayan hərəkətlərini düzəltməyə çalışır. O, xalqın maariflənməsi uğrunda çıxış edir və hesab edirdi ki, bununla xalqı onun özünün seçə bilmədiyi  düz yolla getməyə  vadar etmək olar, ona görə ki, bu ancaq insanları  idarə etmək qabiliyyətinə malik, öz nümunəsi ilə onları ardınca apara bilən az adama müyəssər olan yüksək müdriklikdir. Təhsilli idarəedənlər, hökmdarlar təbəqəsinin mövcud olmasının zəruriliyini Konfutsi belə əsaslandırırdı. Bu zaman o, təlimi humanitar fənlərlə məhdudlaşdırır və əmək vərdişlərinin qazanılmasına qətiyyən əhəmiyyət vermirdi.

Konfutsi belə hesab edirdi ki, ədəb qaydaları insanın əxlaqının, davranışının əsasını təşkil edir və ona görə də o, adamları hər şeydən öncə əxlaq nöqteyi-nəzərindən qiymətləndirirdi. Onun fikrincə, bütün adamlar öz təbiəti etibarilə bir-birlərinə yaxındır. Lakin onlara müxtəlif vərdişlər xasdır. Bəziləri yaxşı, mehriban və əxlaqlıdır, digərləri pis, yaramaz və qəddardır.

Yüksək məziyyətlərə malik adamları Konfutsi "Alicənab ərlər" adlandırır və bu keyfiyyətlərdən məhrum olan "miskin adamları" onlara qarşı qoyurdu. O hesab edirdi ki, alicənab adamlar daim özlərini təkmilləşdirməli, öz səhvlərini düzəltməli, ideal qaydaları və ya əxlaq normalarını gözləməlidir.

Konfutsi insanın hökmən yiyələnməli olduğu iki məziyyəti xüsusi qeyd edirdi: borc (və ya ədalətlilik) və insanpərvərlik (və ya insansevərlik).

Borc - insanı hər bir halda əxlaqlı davranmağa sövq edən daxili təmənnasız niyyətdir. Borc hökmdarla təbəələri arasındakı münasibətləri tənzimləyir, insanlara ictimai qaydaları pozmamağı aşılayır.

İnsanpərvərlik - insanlara  sevgidir. "Başqalarına özünə olduğu kimi baxmaq vəziyyətində olmaq - bax bunu humanizm incəsənəti adlandırmaq olar". "Özünə arzulamadığını başqalarına da etmə", - deyə o qeyd edirdi. Konfutsinin anlamında bu keyfiyyət bütün məziyyətlərin cəmidir: "Özünə qalib gəlmək və "əxlaq normalarına" qayıtmaq - deməli, humanist insan olmaqdır".

Konfutsi və onun ardıcılları belə hesab edirdilər ki, birinci növbədə, öz qohumlarını sevmək lazımdır. Sonra isə artıq digərlərini. Buna görə də oğulluq ehtiramı (hörməti) və qardaş məhəbbətinə onlar tərəfindən insanpərvərlik anlayışının vacib tərəfləri kimi baxılırdı. Uşaqlar sözəbaxan olmalı və valideynlərinə hörmət etməlidirlər, valideynlər də, öz növbəsində, uşaqları sevməli, onlara münasibətdə yumşaqlıq (iltifat) rəhimdillik nümayiş etdirməlidirlər, kiçik qardaşlar böyük qardaşlara xidmət etməlidirlər. Yalnız nümunəvi oğul və qardaş yaxşı təbəə ola bilər. Dostlar arasındakı münasibətlərdə açıqlıq (saflıq)  və düzlük vacibdir. Onda dostluq onları nəcibləşdirir, yüksəldir və biliklər əldə etməyə və əxlaqını təkmilləşməyə kömək edir.

Konfutsinin etik-siyasi təlimində əsas prinsiplər "Jen (insanpərvərlik, insanlıq) və "li" (normalar, əxlaq qaydaları) tərbiyə və təlimlə ən sıx şəkildə bağlıdır. 2500 illik tarixi olan Konfutsi təliminin əbədiyaşarlığının əsas səbəbi də bundan qaynaqlanır. Bundan başqa, tədqiqatçıların qənaətinə görə, Konfutsi elə çoxsaylı və mötəbər bir pedaqoji məktəb yaratmışdı ki, onun vəziyyəti məhz Konfutsi ənənələrinin özəyini əxlaqi kamilləşmə və mədəniyyətin simvolik dil dəyərləri təşkil etdiyindən qədim Çin cəmiyyətindəki siyasi  mübarizələrin gözlənilməz təsirlərindən, demək olar ki, asılı olmamışdır. Şəxsi meyil və istəklərinin necə olmasına baxmayaraq, Çin hökmdarlarının heç biri mədəniyyətdən və əxlaq tərbiyəsindən yüksəkdə duran siyasət və ideologiya ortaya qoya bilməmişdir. Məhz buna görə də Konfutsi irsini rədd etmək cəhdləri həmişə uğursuzluqla nəticələnmişdir. Belə cəhdlərdən biri ilk Çin imperatoru Tsin Şixuandinin çarlığı vaxtında olmuş və sülalənin süqutu ilə nəticələnmişdir. Son dəfə Konfutsi təlimini "mədəni inqilab" dövründə Mao-Tsezedun "basdırmağa" cəhd etmişdir.

2500 il ərzində çinlilər əmin olmuşlar ki, onların vətəni şəraitində Konfutsi təlimi ölməzdir, çünki doğrudur.

Konfutsi hesab edirdi ki, tərbiyə və təhsil insan üçün mövcud olmaqdan ötrü maddi vəsaitlər əldə etmək qədər zəruridir. Konfutsinin şagirdləri ilə söhbətlərinin qeydlərindən ibarət olan "Lun yuy" ("Söhbətlər və mülahizələr") kitabında belə bir hadisə nəql olunur. Bir dəfə Konfutsi özünün tələbələrindən Jan Yu adlı birisi ilə Vey çarlığına gəlir. Konfutsi yetirməsindən soruşur ki, olduqları yerdə nə qədər adam yaşayır. Jan Yu cavab verir ki, əhalisi o qədər sürətlə artır ki, məlum deyil sonra necə olacaq. Konfutsi deyir: "onu zənginləşdirin", "Biz onu zənginləşdirdik, bəs sonra nə etmək lazımdır", - deyə şagirdi soruşur. "Onu tərbiyə edin", - deyə Konfutsi cavab verir.

Bununla əlaqədar Çin pedaqogika tarixçiləri qeyd edirlər ki, Konfutsi burada özünün, bir növ: "Şu - fu -tszyao" formulunu (xalq - zənginlik - tərbiyə) söyləmişdir. Başqa sözlə, insanlar əvvəlcə tox olmalı və geyinməli, yaşayış minimumuna malik olmalı, bundan sonra onların tərbiyəsi həyata keçirilməlidir.

Konfutsi belə hesab edirdi ki, hökmdarlar xalqın maariflənməsi üçün çalışmalıdırlar. Bunun üçün məktəb və digər təlim-tərbiyə müəssisələrinin şəbəkəsini genişləndirmək lazımdır.

 O, təlim və tərbiyədə ayrı-seçkiliyə qarşı çıxmış və Çində sosial vəziyyətindən asılı olmayaraq bütün insanların daxil ola biləcəyi ilk xüsusi məktəb yaratmışdır. O deyirmiş ki, "təlimdə insanlar arasında fərq olmamalıdır". Konfutsi öz məktəbini Lu   çarlığının paytaxtı Tsyuyfu (indiki Şandun əyaləti) şəhərində yaratmışdı. Məktəb öz ölçülərinə görə böyük olub iki binadan ibarət idi: "Tan" adlanan yerdə şagirdlər məşğul olur, "Ney"də yaşayırmışlar. Yaxşı havada məşğələlər həyətdə, Konfutsinin çox sevdiyi ərik ağacının altında keçirilərmiş. Məktəb özünün "Sin tan" ("ərik mehrabı") adını da buradan almışdır.

Məktəb böyüklər üçün idi. Konfutsi öz şagirdləri sırasına sosial mənşəyindən asılı olmayaraq biliklərə can atanları qəbul edirdi. O deyirdi: "Əgər adam bilik almaq arzusu ilə yanmırsa, onda mən onu öyrətməyəcəyəm".

O, öz məktəbində vaxtı və tədris məşğələlərinin məzmununu reqlamentləşdirmirdi, mühazirələr oxumurdu, onların biliyini yoxlamırdı. Təlim və tərbiyə tez-tez evristik xarakter daşıyır, sərbəst, azad söhbət prosesində baş verirdi. Konfutsi öz şagirdləri üzərində müşahidələr aparır, onları öyrənir, daim onlarla kontaktda olur, hətta səyahət zamanı məşğələlər keçirdi.

Çin xalqının ən yaxşı və öncül ağılları həmişə Konfutsi təliminin pozitiv tərəflərini xatırlamış, onun maarifçilik ideyalarını, insanların həyatına və işlərinə marağını qiymətləndirmişlər. Konfutsinin biliklərə, həqiqətə olan davamlı cəhdi, onun humanizmi və yüksək mənəvi ideallar uğrunda mübarizəyə çağırışlarının çinlilərin onlarca nəsli üçün nəhəng tərbiyəvi əhəmiyyəti olmuşdur. 

Hazırladı:
Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov