Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 

Bookmark and Share

Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli  kəndində yeni tikilmiş orta məktəbin açılış mərasimi oldu. Tədbirdə Təhsil Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə işçiləri və KİV-in əməkdaşları iştirak edirdilər.

Açılış mərasimindən öncə təhsil naziri Misir Mərdanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Heydər Əliyev adına parkda oldular, ümummilli lider Heydər Əliyevin  abidəsinin önünə, Biləsuvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoydular.

Sonra təhsil naziri Misir Mərdanov rayon rəhbərliyi ilə birlikdə İsmətli kəndində yeni inşa edilmiş 640 şagird yerlik orta məktəbin açılış mərasimində iştirak etdi. Açılış mərasimini giriş sözü ilə Biləsuvar  Rayon Təhsil Şöbəsinin müdiri  Balaqardaş Kazımov  açaraq bildirdi ki, bu gün İsmətli kənd sakinlərinin sevinci çox böyükdür.  4 min əhalisi olan bu kəndin sakinlərinin uzun  illərdən bəri  ürəklərində bəslədikləri  bir   arzu   artıq həyata keçir. Müasir tələblərə cavab verən bu gözəl təhsil ocağı öz  qapılarını şagirdlərin üzünə açır. O, təhsil ocağının yeni binasını kənd sakinlərinə, müəllim və şagirdlərə əvəzsiz töhfə kimi dəyərləndirdi.

Təhsil naziri Misir Mərdanov yeni  məktəbin açılışı münasibətilə rayon rəhbərliyini, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivlərini, kənd  sakinlərini təbrik edərək, gələcəkdə başqa məktəb binalarının da tikiləcəyini bildirdi. Nazir Biləsuvar rayonunda görülən bütün tikinti-quruculuq və abadlıq işlərinin ölkə başçısı İlham Əliyevin Azərbaycanda təhsilə, regionlara göstərdiyi diqqət və qayğısının nəticəsində mümkün olduğunu vurğuladı.

Bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən 2013-cü ilədək Azərbaycanda təhsil sahəsində olan bütün  problemlər  yüksək səviyyədə həllini tapacaqdır.

Misir Mərdanov onu da əlavə etdi ki,   yeni istifadəyə verilən bu  məktəb kənd sakinlərinə, müəllimlərə, şagirdlərə gözəl hədiyyədir. Məktəbi tikmək bir işdirsə,  onu qoruyub saxlamaq daha məsul  və ciddi bir işdir, - dedi. - Biz bunu heç vaxt unutmamalıyıq!

"İndi Azərbaycanda zəruri şərtləri ödəyən təlim və təhsil mühiti formalaşmaqdadır" -  deyən nazir Misir Mərdanov qeyd etdi  ki, ölkə başçısı, xalq bu gün təhsil işçilərindən daha keyfiyyətli təhsil gözləyir. Bunun üçün hər bir kəs öz sahəsində ciddi çalışmalıdır.

Əminəm ki, hazırda istifadəyə verilən  bu təhsil ocağı İsmətli kəndinin  mədəniyyət mərkəzi olacaq və  burada təhsillə bağlı olmayan digər  mədəni-kütləvi tədbirlər  də keçiriləcəkdir. Çıxışının sonunda nazir kənd camaatına, müəllimlərə və kəndin digər ziyalılarına bu işdə böyük   uğurlar arzuladı.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin  başçısı Adil Məmmədov çıxış edərək bildirdi  ki, ölkəmizdə, eləcə də Biləsuvarda son illər təhsilin inkişafına olan qayğı, diqqət öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin fərmanı ilə  təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na  uyğun olaraq yeni məktəb binaları tikilmiş və  bəziləri təmir  olunmuşdur. Yeni nəslin təlim-tərbiyəsinə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə rayonumuzun bütün təhsil işçiləri  adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Adil Məmmədov çıxışının sonunda rayonda   təhsil şöbəsi üçün ayrıca inzibati  binanın tikilməsini və İsmətli kəndində olan köhnə məktəbin  əsasında uşaq bağçasının açılmasının vacibliyini də vurğuladı və  bu məsələlərin həllinə kömək göstərməyi təhsil naziri  Misir Mərdanovdan xahiş etdi.  

İsmətli kənd sakini, məktəb valideyn komitəsinin sədri Musaxan Əliyev də  çıxış edərək bildirdi ki, bugünkü gün bizim üçün əlamətdar, yaddaqalan bir gün olacaqdır. Çünki İsmətli kəndində inşa edilən, müasir tələblərə cavab verən üçmərtəbəli tədris  korpusunun açılışı hər bir kənd sakinini, eləcə də  məni çox sevindirir.  Bildirildi ki, neçə-neçə sənət sahibləri, müəllimlər, həkim, aqronom, mühəndis  və elm adamları bu məktəbin  məzunlarıdır. Onlar məktəblə heç vaxt əlaqələrini kəsmir, sevimli müəllimləri ilə vaxtaşırı   görüşürlər.

Həmin gün məktəbin açılışında sevinclərini gizlədə bilməyən şagirdlər ulu öndərə, Vətənə və məktəbə həsr olunmuş şeirlər söylədilər və ədəbi kompozisiya göstərildi

Çıxışlardan sonra məktəbin açılışını bildirən qırmızı lent kəsildi və  tədbir iştirakçıları təhsil ocağına daxil oldular. Qonaqlar məktəbin sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanaya və idman  zallarına baxdılar. Onlar görülən işin keyfiyyətindən  razılıq etdilər və iş icraçısı Maqbet Musayevin  əməyi  xüsusi qeyd olundu. 

Tədbirin sonunda təhsil naziri Misir Mərdanov rayon ictimaiyyəti ilə birlikdə yeni  məktəbin qarşısında xatirə şəkli çəkdirdi. 

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov