Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

Rusiya Federasiyasında təhsil məsələləri

Bookmark and Share

Prezident Dmitri Medvedev "Təhsil haqqında" Qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını təklif edib 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin ölkənin təhsil və elm naziri Andrey Fursenko ilə bu günlərdə keçirilən işgüzar görüşündə "Təhsil haqqında" Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması məsələsi müzakirə olunub. Prezident qeyd edib ki, Rusiya Federasiyasının "Təhsil haqqında" yeni Qanun layihəsinin ictimai müzakirəsi "Polis haqqında" Qanun layihəsinin bu yaxınlarda keçirilmiş müzakirəsindən heç də az maraqlı olmayacaq. Dmitri Medvedev qeyd edib ki, Rusiya vətəndaşlarının müasir təhsil - XXI əsrin təhsili haqqında təsəvvürlərini əks etdirəcək optimal, balanslaşdırılmış bir sənəd hazırlamaq lazımdır.

Müəllimləri təbrik edərkən onların "Təhsil haqqında" Qanunun kütləvi müzakirəsini təşkil etmək barədə təkliflə Prezidentə müracət etdiyini deyən D.Medvedev bu prosesə başlamaq üçün hazırda real imkan yarandığını bildirib və bu işə hazırlığın necə getməsi, müzakirə nəticəsində nə alınması ehtimal olunduğu ilə maraqlanıb.

Dövlət başçısına məlumat verilib ki, Sizin göstərişinizə uyğun olaraq Prezidentin müşaviri Veniamin Fyodoroviç Yakovlevın rəhbərliyi altında komissiya yaradılıb. Komissiyaya həm İctimai Palatanın, həm də müxtəlif təhsil səviyyələrinin nümayəndələri, o cümlədən ölkənin aparıcı ali məktəblərinin rektorları daxil edilib. Komissiya müzakirənin necə təşkil olunmasını təklif edib. Eyni zamanda ilk təklif olunan materialların redaktəsi aparılıb və onlar sayta yerləşdirilmək üçün hazırlanıb.

Prezident bildirib ki, "Polis haqqında" Qanunun ictimai müzakirəsində olduğu kimi təhsil haqqında qanun layihəsinə də maraq çox olacaq və təkliflər veriləcək. O, veriləcək təkliflərə diqqətlə yanaşılmasını, onların toplanıb təhlil edilməsini tövsiyə edib.  

Təhsilin inkişafının yeni proqramı müzakirə olunub 

Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin Rusiya Federasiyası təhsil və elm naziri Andrey Fursenko ilə işgüzar görüşündə təhsilin inkişafı üzrə yeni məqsədli Federal Proqramın əsas istiqamətləri müzakirə olunub. Görüşdə qeyd edilib ki, Rusiya Federasiyasının təhsilin inkişafı üzrə mövcud proqramının fəaliyyət müddəti bu il başa çatır. Bununla əlaqədar Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi bu mövzuda yeni sənəd hazırlamışdır. Baş nazirə məlumat verilib ki, yeni proqramın ideoloji əsasını Milli layihənin regionlarda təhsilin kompleks inkişafına həsr olunan hissəsi təşkil edir. Yeni məqsədli federal proqramda regionlarda təkmilləşdirmə mərkəzlərinin - ən yaxşı məktəbəqədər təhsil verən mərkəzlərin, ən yaxşı məktəblərin, ibtidai və orta peşə təhsili sahəsində çalışan kadrların, o cümlədən yaşlı insanların yenidənhazırlanması mərkəzlərinin yaradılması ideyası öz əksini tapıb.

Proqramda təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində dövlət qiymətləndirilməsindən ictimai qiymətləndirməyə keçid nəzərdə tutulub. Məktəbəqədər müəssisələrin, məktəblərin idarə olunmasına idarəetmə şuralarının , valideynlərin cəlb olunması zəruri hesab olunur. Peşə təhsili müəssisələrində bu işi peşə assosiasiyaları, işəgötürənlər görə bilərlər. Kimlərin və necə hazırlanmasına məhz onlar qiymət verə bilərlər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov