Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bookmark and Share

Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində məşhur Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

AFR, Azərbaycan və bir sıra başqa ölkələrin alimlərinin iştirak etdiyi konfransın moderatoru Humbold Universitetinin Tarix İnstitutunun professoru Yorq Baberovski idi.

Azərbaycanın təhsil naziri Misir Mərdanov elmi forumun iştirakçılarını salamlamışdır. Nazir öz çıxışında bu cür tədbirlərin aktual əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: "Mənim tələbəlik dövrüm keçən əsrin 60-cı illərinə təsadüf etmişdir. O vaxt ali məktəblərdə Azərbaycan tarixi praktiki olaraq öyrənilmirdi. Yalnız son kurslarda bu barədə epizodik formada məlumat verilirdi. Demək olar ki, bizim öz tariximizi öyrənmək imkanımız yox idi, çünki bu fənnin tədrisinə ciddi əhəmiyyət verilmirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra vəziyyət kökündən dəyişmişdir. Bu gün Azərbaycan tarixi əsas məcburi tədris edilən fəndir və dövlətimiz onun tədrisinə çox böyük diqqət yetirir". Nazir vurğulamışdır ki, müstəqillikdən əvvəlki illərdə Azərbaycan xalqı Humbold Universiteti kimi nüfuzlu ali məktəbdə "Azərbaycan tarixi" kafedrası açılmasını heç xəyalına da gətirə bilməzdi, halbuki ermənilər bütün dünyaya səpələndikləri üçün öz lobbiçilərinin vasitəçiliyi ilə bir sıra ölkələrin dövlət və elmi dairələrinə təsir göstərmək və dünyanın bir sıra elmi mərkəzlərində ermənişünaslıq kafedraları açmaq imkanına malik idi. "Bu gün Azərbaycan xalqı vaxtilə itirilmiş imkanın əvəzini çıxır və bu, ilk növbədə, dövlət müstəqilliyi sayəsində mümkün olmuşdur" - deyən M.Mərdanov professor Eva-Mariya  Auxa  onun başçılıq  etdiyi  "Azərbaycan tarixi" kafedrasının işində böyük  uğurlar  arzulamışdır.

Humbold Universitetinin Tarix İnstitutunun direktoru, professor Tomas Mergel çıxışında azərbaycanlı nazirin təbriklərinə qoşulmuşdur. Onun sözlərinə görə, bu gün Azərbaycanın bir sıra məsələlər üzrə qazandığı uğurlar avropalılar üçün nümunə ola bilər. Avropalılar azərbaycanlılardan həqiqətən çox şey öyrənə bilərlər: tolerantlıq, polietniklik, açıqlıq və çox sahələrdə səmimilik. Professor Mergel demişdir: "Azərbaycan tarixi" kafedrasının fəaliyyəti həqiqətən qarşılıqlı faydalı olacaqdır. Azərbaycan öz zəngin tarixini Avropada populyarlaşdıra biləcək, bizim isə qazancımız bu olacaqdır ki, həmin tarixi, necə deyərlər, yaxın məsafədən öyrənmək imkanı yaranacaqdır. Biz sizin üçün şərait yaradırıq ki, siz bizə öz tarixinizi öyrədəsiniz. Qarşılıqlı fayda da bundan ibarətdir". O xatırlatmışdır ki, nasizm illərində Humbold Universitetinə ciddi zərər dəymişdir. Görkəmli professorların çoxu həbs olunmuş və məhv edilmiş, elmi muxtariyyətə son qoyulmuşdu. Universitet əməkdaşlarının çoxu ya könüllü şəkildə, ya da məcburən gestapo ilə əməkdaşlıq edirdi, onlar millətçi-sosialist partiyasının üzvləri idi. Bu gün hər sahədə vəziyyət o müdhiş illərdəkindən tamamilə fərqlidir. Humbuld Universitetinin əsas fərqli cəhəti burada elmin azad olmasıdır. Məhz bu fakt sayəsində Universitet dünyanın ən nüfuzlu ali məktəbləri siyahısına daxil olmuşdur. Professor Mergel təbrik nitqinin sonunda bu universitetdə "Azərbaycan tarixi" kafedrasının yaradılmasında iştirak edənlərə təşəkkürünü bildirmişdir.

Sonra tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli "Azərbaycan tarix elminin müasir vəziyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. Alim yeni yaradılmış kafedranın müdiri Eva-Mariya Auxa nadir arxiv sənədinin - Pişəvərinin "İran Azərbaycanında demokratik hərəkatın tarixi" adlı kitabının 1947-ci ilin iyul ayında güllələnmiş müəllifin mənzilindən Xalq Daxili İşlər Komissarlığı tərəfindən götürülmüş əlyazmasının surətini təqdim etmişdir.

Daha sonra Mərkəzi Asiya İnstitutunun direktoru, Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi doktor Svante Kornell "Azərbaycan tarixi araşdırmaları Avropa kontekstində", Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, Baltimor ştatındakı (ABŞ) Con Hopkins Universitetinin "İpək yolu" tədqiqat proqramının rəhbəri, professor Frederik Star "ABŞ-da Azərbaycan tarixinin öyrənilməsi", professor Tamara Draqadze "Azərbaycan qlobal kontekstdə", Giresun Universitetinin (Türkiyə) prorektoru, professor Aygün Əttah "Türkiyədə azərbaycanşünaslığın müasir vəziyyəti haqqında", Babeş-Boyai (Rumıniya) Universitetinin professoru Tasil Kamil "Rumıniyada Azərbaycan tarixinin öyrənilməsi", Humbold Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri Eva-Mariya Aux "Azərbaycan tarixi Şərqi Avropa məsələlərinin tədqiqatı sahəsində yeni fənn kimi", Berlin Etnologiya Muzeyinin əməkdaşı, doktor İnqrid Şindelberq "Avropada Azərbaycan etnologiyasının öyrənilməsi haqqında", Frayburq Universitetinin (Almaniya) professoru Yorq Ştadelbauer "Azərbaycan dünya coğrafiyasında", Marburq Universitetinin (Almaniya) professoru Udo Ştaybax "Azərbaycan konfliktologiya məsələlərində" mövzularında məruzələrlə, habelə Halle-Vitenberq şəhərindəki Martin-Lüter Universitetinin kafedra müdiri, professor Volker Adam çıxış etmişlər.

Məruzələrdən sonra keçirilən müzakirələrdə AMEA-nın müxbir üzvü, Azərbaycanın əməkdar elm xadimi, AMEA Tarix İnstitutunun tarixi coğrafiya şöbəsinin müdiri, Azərbaycan Aviasiya Akademiyasının humanitar elmlər kafedrasının müdiri Fəridə Məmmədova, BDU-nun professoru Cəmil Həsənli, Azərbaycanın AFR-də fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Bonn Universitetinin professoru Əhəd Rəhmanzadə, Berlin Azad Universitetinin doktorantı Rail Səfiyev, Mayns Universitetinin doktorantı Vüqar Aslanov, Azərbaycan XİN-in şöbə müdiri Rizvan Nəbiyev və konfransın bir sıra digər iştirakçıları çıxış etdilər.  

Vüqar SEYİDOV,
AzərTAc-ın
xüsusi müxbiri
Berlin

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov