Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub

Bookmark and Share

Dekabrın 1-də Bakıdakı "Park İNN" otelinin konfrans zalında Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru  Nigar Vəliyevanın "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"inin təqdimat mərasimi keçirildi. Tədbirdə elm adamları, Milli Məclisin üzvləri və başqaları iştirak edirdilər.  Hər biri 988 səhifədən ibarət olan II cildlik lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulub.   Təqdimat mərasimini giriş sözü ilə açan professor N.Vəliyeva qonaqları salamlayaraq  dəvəti qəbul etdiklərinə görə onlara  təşəkkürünü bildirdi. O, lüğət haqqında məlumat verərək bildirdi ki, müasir ingilis, Azərbaycan və rus dillərində frazeoloji birləşmələrin müqayisəli araşdırılması bir neçə cəhətdən əhəmiyyətlidir.

Bu araşdırma  dillərin qanunauyğunluqlarını müəyyənləşdirməyə, onun semantik inkişafı haqqında düzgün təsəvvür əldə etməyə kömək edir. Kitabda ilk dəfə olaraq ingilis, Azərbaycan və rus dillərində frazeoloji birləşmələr toplanılıb, sistemə salınıb, bir-birindən uzaq  və müxtəlif sistemli dillərə məxsus olan belə leksikləşmiş vahidlər tipoloji-linqvistik cəhətdən təhlil edilir. Lüğət frazeoloji söz birləşmələri, ifadələri, məsəllər və atalar sözləri  əsasında tərtib edilib. Kitabda 90 mindən artıq frazeoloji vahid vardır.

Sonra söz təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynovaya verildi. İradə xanım iştirakçıları Təhsil Nazirliynin rəhbərliyi və hörmətli nazir Misir Mərdanovun adından salamladı. Çıxışını ulu öndər Heydər Əliyevin " Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" sözləri ilə başlayan professor İ.Hüseynova kitabın Azərbaycan dilçilik elminə dəyərli töhfə olduğunu və gələcək nəsillərin bundan maksimum faydalanacaqlarına ümidvar olduğunu bildirdi. Nazir müavini qeyd etdi ki, son dövrdə Azərbaycan dilinin nüfuzlu təşkilatlarda işlənməsi və bu dilə beynəlxalq münasibətlər müstəvisində böyük dəyər verilməsi ümummilli lider Heydər Əliyevin çoxşaxəli, gərgin əməyinin nəticəsidir. İradə xanım qeyd etdi ki, ümummilli liderimizin bu müdrik siyasətini hörmətli Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva davam etdirərək, milli adət-ənənələrimizin, mənəvi dəyərlərimizin inkişafına böyük diqqət və qayğı göstərirlər. Bildirildi ki, doğma dilimiz olan Azərbaycan dili ilə yanaşı, xarici dillərin öyrənilməsi də dövlətçiliyimiz üçün mühüm strateji əhəmiyyət kəsb edir. Beynəlxalq səviyyədə siyasət aparmaq, Azərbaycan reallıqlarını, haqq səsimizi dünyaya çatdırmaq üçün xarici dillərin akademik səviyyədə öyrənilməsi milli strategiyamıza xidmət edən vacib amillərdən biridir. Bu baxımdan filologiya elmləri doktoru, professor Nigar xanım Vəliyevanın bu gün təqdimatına yığışdığımız "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"i böyük əhəmiyyət və səciyyə daşıyır.

İradə Hüseynova  bildirdi ki, dilin lüğət tərkibini təşkil edən sözlərin həqiqi mənaları ilə yanaşı, məcazi mənaları da var ki,  bu səbəbdən də xalqın milli yaddaşından süzülüb gələn frazeologizmlərin müqayisəli şəkildə araşdırılması müxtəlif sistemli dillərdə frazeoloji birləşmələrin  yaranması prosesinin elmi nöqteyi-nəzərdən öyrənilməsinə imkan verir. Nazir müavini Azərbaycan,ingilis,rus dillərində frazeoloji birləşmələrin artırılmasını son dərəcə əhəmiyyətli məsələlərdən biri olduğunu qeyd etdi. İngilis və rus dilləri təkcə xarici dil kimi deyil, diplomatiya dili,siyasət dili, işgüzar əlaqələr və millətlərarası ünsiyyət dili kimi  öyrənilməlidir. Son illərdə müxtəlif sistemli dillərin frazeoloji leksikasının araşdırılmasına diqqət artsa da, irihəcmli  frazeoloji lüğət tərtib olunmamışdır. Frazeoloji birləşmələr, atalar sözləri və zərb-məsəllərin müxtəlif dillərdə çox zaman dəqiq qarşılığı olmadığı üçün, onların öyrənilməsi prosesində müxtəlif maneələr qarşıya çıxırdı. Bu cəhətdən  xarici dilləri öyrənənlər üçün də sözügedən lüğətin xüsusi əhəmiyyəti və mənası vardır.

 İradə Hüseynova təhsil nazirinin müavini və eyni zamanda uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olan tarixçi alim və pedaqoq kimi lüğətin xüsusi olaraq praktiki əhəmiyyətindən söz açaraq bildirdi ki, lüğət tədris prosesində bir neçə dil öyrənənlərə, magistrant və dissertantlara, filoloq və tərcüməçilərə, jurnalist və iş adamlarına, eləcə də bir çox şəxslərə yardımçı olacaq. O, kitabı tərtib edən müəllifə və bu lüğətin ərsəyə gəlməsində əziyyət çəkən şəxslərə yeni yaradıcılıq uğurları arzu etdi.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov kitabın əhəmiyyətindən söz açaraq belə bir lüğətin məhz ADU-nun professoru tərəfindən hazırlanmasını ikiqat sevinc hissi ilə qarşıladığını və gələcəkdə də belə layihələrin həyata keçməsi üçün təhsil ocağının çalışacağını bildirdi. O, N.Vəliyevanın gənc olduğunu və bundan sonra da Azərbaycan dilçilik elminə böyük töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Kitab haqqında fikirlərini bildirən  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov son illərdə müxtəlif sistemli dillərin frazeoloji leksikasının araşdırılmasına diqqətin artdığını, amma ingilis, Azərbaycan və rus dillərində irihəcmli frazeoloji lüğətin bu günə qədər  tərtib olunmadığını qeyd etdi, frazeoloji birləşmələrin ilk dəfə olaraq geniş tərtibatda oxuculara təqdim olunmasını sevindirici və təqdirəlayiq hal kimi qiymətləndirdi.

Digər çıxış edənlər də kitab və onun müəllifi  haqqında dəyərli fikirlər və xoş sözlər söylədilər. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov