Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - � 47

 

Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir

Bookmark and Share

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş gənc ifaçıların müsabiqəsi keçirilir.  3 günlük proqram üzrə təşkil olunan müsabiqənin açılışı dekabrın 1-də Musiqi Kollecinin böyük zalında oldu.  Mərasimi Musiqi Kollecinin direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq müsabiqə iştirakçılarını və qonaqları salamladı, Azərbaycan Prezidentinin sərəncamına əsasən bu il 125 illiyi bütün ölkədə geniş qeyd olunan Üzeyir Hacıbəyliyə həsr etdikləri növbəti tədbirə yığışdıqlarını bildirdi.

N.Kazımov diqqətə çatdırdı ki, Musiqi Kollecinin kollektivi indiyədək dahi bəstəkarın yubileyi münasibəti ilə iki böyük tədbir keçirib. Kollecin tələbələri bu ilin aprelində Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin adını daşıyan Simfonik Orkestrin müşayiəti ilə konsert veriblər. May ayında isə Rəşid Behbudov adına Mahnı Teatrında kollecin tələbələrinin Ü.Hacıbəyliyə həsr olunmuş konserti olub. Açılışına toplaşdıqları gənc ifaçıların müsabiqəsi bu silsilədən üçüncü tədbirdir.

Kollecin direktoru klassik musiqimizin banisi, Azərbaycan musiqi elminin əsasını qoyan, bəstəkar, dirijor, müəllim, publisist Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafındakı  böyük  rolundan söz açaraq, Azərbaycan musiqisinin yüksək səviyyəyə çatmasında, dünya miqyasında diqqətəlayiq nailiyyətlər əldə etməsində Üzeyir Hacıbəylinin misilsiz xidmətləri olduğunu söylədi.

Ü.Hacıbəylinin Azərbaycanda milli musiqi kadrlarının hazırlanmasına böyük önəm verdiyini xüsusi qeyd edən professor N.Kazımov onun bu sahədə yorulmadan çalışdığını, müxtəlif illərdə iki dəfə Musiqi Kollecinə  rəhbərlik etdiyini, kollecin direktoru olduğu dövrlərdə onun maddi-texniki bazasının möhkəmləndirilməsi, milli kadrlarla təmin olunması və buraya istedadlı azərbaycanlı gənclərin cəlbi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdiyini vurğuladı. N.Kazımov çıxışının sonunda müsabiqəyə qoşulmuş gənc ifaçılara uğurlar arzuladı.

Mərasimdə kollecin musiqi nəzəriyyəsi ixtisası üzrə  müəllimi, sənətşünaslıq namizədi, dosent Xatirə Həsənzadə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verdi.

Ulu öndərimiz Heydər Əliyevin hər bir xalqın özünəxas xüsusiyyətlərini təcəssüm etdirən mədəniyyətin ölkəmizdə inkişafına böyük diqqət və qayğı göstərdiyini, bu siyasətin onun varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən X.Həsənzadə böyük sənətkarımız Üzeyir Hacıbəylinin 125 illik yubileyinin də məhz Prezidentin sərəncamı ilə ölkəmizdə geniş qeyd olunduğunu, bu məqsədlə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırdı. Həmin tədbirlər arasında Musiqi Kollecinin tədbirlərinin xüsusi yeri olduğunu bildirdi.

X.Həsənzadə Ü.Hacıbəylinin musiqi incəsənətimizin inkişafı üçün gördüyü işlərdən danışdı, onu böyük tədqiqatçı alim, musiqi xadimi və ictimai xadim kimi səciyyələndirdi, yubileyi ilə bağlı keçirilən müsabiqəni ən önəmli tədbirlərdən biri adlandırdı. Məruzəçi çıxışının sonunda müsabiqənin gənc ifaçıların taleyində yeni səhifə olacağına əminliyini ifadə etdi, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Sonra Musiqi Kolleci tələbələrinin müsabiqənin açılışına həsr edilmiş konserti oldu. Müxtəlif kurslarda təhsil alan tələbələrin, onlardan ibarət skripkaçılar ansamblının ifa etdikləri Ü.Hacıbəylinin "Arazbari", Ş.Qardeninin "Sehrli bağın melodiyası", xalq mahnısı "Sarı gəlin", C.Hacıyevin "Ballada", habelə "Dilkəş ahəngi" və b. musiqi nömrələri mərasim iştirakçıları tərəfindən maraqla izlənildi və alqışlandı.

Konsertdən sonra müsabiqədəki çıxışların sıra ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirildi.

Məlumat üçün bildirək ki, təsdiq olunmuş proqrama əsasən müsabiqə iki turda təşkil olunub. Birinci tur dekabrın 1-də açılış mərasimindən sonra keçirilib. İkinci tur isə bu gündür.

Müsabiqə iştirakçılarının çıxışları Bakı Musiqi Akademiyasının dosenti Məmməd Quliyevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə müvafiq diplom və hədiyyələr təqdim olunacaq.

Müsabiqənin açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Akif Quliyev, respublikanın əməkdar müəllimi Elmira Paşayeva, paytaxtın, Sumqayıtın musiqi kollecləri və məktəblərindən qonaqlar iştirak edirdilər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - � 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov