Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Təhsil Nazirliyində seminar-müşavirə keçirilib

Bookmark and Share

 Dekabrın 3-də Təhsil Nazirliyində "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər" mövzusunda 2010-2011-ci tədris ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsi keçirilib.

Seminar-müşavirədə Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev və Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən cari tədris ilindən ali təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinin əhəmiyyətindən söz açan Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bu mexanizmin mütərəqqi xarakterindən, yeni  mexanizmin icrası ilə bağlı bir sıra normativ sənədlərin hazırlanması istiqamətində Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin birgə əməkdaşlığından bəhs edib. Yeni maliyyələşmə mexanizminin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələri arasında sağlam rəqabətə yol açması, tələbələrin azad seçim imkanlarının təmin edilməsindəki rolu barədə fikirlərini bildirən İ.Pirməmmədov cari tədris ili üçün tələbə qəbulunun proqnozunun hazırlanmasında tətbiq olunan yeniliklərdən və bir neçə ali məktəbin timsalında qəbulun nəticələrindən danışıb. Təhsil Nazirliyi Aparatının rəhbəri qeyd edib ki, ali məktəblər tərəfindən mövcud resurslardan daha səmərəli istifadə baxımından bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir ki, bu işdə də baş mühasiblərin üzərinə böyük məsuliyyət düşür.

Seminar-müşavirədə çıxış edən Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinin "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarının, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasından irəli gəldiyini vurğulayıb. O, həmçinin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, artıq dövlətin ali məktəbi deyil, tələbəni maliyyələşdirdiyini nəzərə çatdırıb. Yeni mexanizmin tətbiqinin mövcud resursların saxlanılması baxımından ali məktəblər qarşısında bir sıra problemlər yaratdığını vurğulayan X.Rzayev bu məsələnin həllində baş mühasiblərin üzərinə düşən vəzifələrə diqqət çəkib. Xaqani Rzayev yeni mexanizmin tətbiqinin ali məktəblərin səlahiyyətlərinin artırılmasına yönəldiyini, 22 oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəb rektorlarının və digər aidiyyəti şəxslərin iştirakı ilə "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, təkliflər və qarşıda duran vəzifələr" mövzusunda keçirilmiş kollegiya iclasında səslənən bir sıra təkliflərə Maliyyə Nazirliyinin müsbət yanaşdığını, lakin bu təkliflərin təmin olunması üçün ali məktəblərdən tələb olunan müvafiq məlumat və hesablamaların vaxtında təqdim edilmədiyini və bu işdə baş mühasiblərin daha çox məsuliyyət daşıdıqlarını bildirib.

Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev bu tədbirə qatıldığına görə Maliyyə Nazirliyi Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevə təşəkkürünü bildirib, seminar-müşavirənin təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi prosesinin əsas iştirakçıları və icraçıları olan baş mühasiblərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən Maliyyə Nazirliyinin bilavasitə dəstəyi ilə görülən konkret işlər barədə məlumat verən Ş.Əliyev "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq olunmuş bir sıra qaydaların və sənədlərin tələblərinin baş mühasiblər tərəfindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.

Şahrza Əliyev Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs bakalavriat və magistratura səviyyələri üçün dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi əsasında həyata keçirilməsi məqsədilə cari ilin sonunadək əlavə tələb olunan vəsaitin (2010-cu ilin sentyabr-dekabr ayları üçün, illik məbləğin 3-dən biri həcmində) bölgüsü"nə əsasən müvafiq vəsaitlərin Təhsil Nazirliyi tərəfindən ali məktəblərin hesablarına köçürülməsindən və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar baş mühasiblərin qarşısında duran vəzifələrdən söz açıb, bir sıra tövsiyələrlə çıxış edib. Şöbə müdiri ölkə Prezidentinin müvafiq sərəncamı əsasında təhsil haqlarından azad olunmuş məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil xərclərinin kompensasiya olunması ilə bağlı təklifə Maliyyə Nazirliyi tərəfindən müsbət yanaşılması, bu xərclərin büdcədən əlavə olaraq ödənilməsinin qərara alınması barədə fikirlərini bildirib və dövlət ali məktəblərindən müvafiq məlumatları Maliyyə Nazirliyinə təqdim etmədiklərinə görə ali məktəblərin baş mühasiblərinin fəaliyyətlərindən narazı olduğunu nəzərə çatdırıb, onları qısa müddət ərzində bu istiqamətdə dönüş yaratmağa çağırıb. Gələcəkdə büdcədənkənar vəsaitlərin planlaşdırılmasında və xərclənməsində ali məktəblərin səlahiyyətlərinin artırılmasının vacibliyini, hər bir ixtisas üzrə dövlət sifarişi üzrə bir təhsilalan üçün müəyyənləşdirilmiş xərc məbləği ilə ödənişli təhsil haqqı arasında uyğunluğun yaradılmasının zəruriliyini vurğulayan Ş.Əliyev dövlət sifarişi üzrə kadr hazırlığı ilə bağlı cari ilin sentyabr-dekabr ayları üçün köçürülmüş vəsaitlərin təyinatı üzrə səmərəli xərclənilməsi və bununla əlaqədar növbəti ilin əvvəlində maliyyə və mühasibat hesabatlarının təqdim olunmasına dair təkliflərini bildirib.

Çıxışlardan sonra yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər, onların həlli yolları, həmçinin ali məktəblərə dövlət sifarişi üzrə kadr hazırlığı üçün köçürülmüş, eyni zamanda büdcədənkənar vəsaitlərdən daha səmərəli istifadəni təmin etmək məqsədilə bu vəsaitlərin ilin sonunda büdcəyə silinməməsi ilə bağlı  təkliflər müzakirə edilib, bu barədə Maliyyə Nazirliyinin dəstəyi ilə yuxarı orqanlar qarşısında vəsatət qaldırılması qərara alınıb, baş mühasibləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov