1.
"Şagirdlərin
ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi
haqqında Qaydalar" təsdiq edilsin
(əlavə olunur).
2. Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərinə
qəbul və şagirdlərin yerdəyişməsinin
tənzimlənməsi barədə" 12 sentyabr 2003-cü il
tarixli, 787 nömrəli əmri və 15 sentyabr 2005-ci
il tarixli, 46-14-4534/16 nömrəli təlimati
məktubu qüvvədən düşmüş hesab edilsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
4. Ümumi şöbə (H.Məhərrəmova) əmrin əlavəsi ilə
birlikdə çoxaldılıb yerlərə göndərilməsini təmin
etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 dekabr 2010-cu il |