Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil
və Fövqəladə Hallar nazirliklərinin birgə
razılaşmasına əsasən, Fövqəladə Hallar
Nazirliyinin 18 oktyabr 2010-cu il tarixli əmri
ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında
"Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda
uşaq yaradıcılıq müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə I-XI sinif şagirdləri arasında rəsm,
plakat, əl işi, yanğın və qəza-xilasetmə
texnikasının modeli, yumşaq oyuncaq, inşa,
hekayə, şeir nominasiyaları üzrə
keçiriləcəkdir.
"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq
yaradıcılıq müsabiqəsinin əsasnaməsi
www.edu.gov.az İnternet ünvanında verilmişdir.
Müsabiqənin respublika turunun keçiriləcəyi yer
və vaxt haqqında əlavə məlumat veriləcəkdir.
Respublika turunda yığma komandaların iştirakını
təmin etmək üçün müsabiqənin əsasnaməsinin
tələblərinə müvafiq tədbirlərin görülməsi və
müsabiqənin rayon, şəhər mərhələsinin yüksək
səviyyədə keçirilməsi Sizə tapşırılır.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 dekabr 2010-cu il |